Icma.az
close
up
RU
Ayaqlara zərər verir: Bu ayaqqabıları almayın

Ayaqlara zərər verir: Bu ayaqqabıları almayın

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Yerimək fiziki sağlamlıq üçün vacib hesab olunur. Lakin düzgün seçilməyən idman ayaqqabıları bütün səyləri boşa çıxara və ayaqlarda deformasiya yarada bilər.
Demokrat.az
xəbər verir ki, bu barədə fizioterapevt Milika Makdauell “TODAY” nəşrinə müsahibəsində danışıb.
Ekspertin sözlərinə görə, böyüklərin 60 faizindən çoxu ayaqqabını düzgün ölçüdə seçmir. Bir çox insan yeniyetməlik dövründən sonra ayağın artıq böyümədiyini düşünsə də, yaş artdıqca ayaq həm uzana, həm də enlənə bilər.
“Geniş yayılmış yanlış fikir budur ki, insan ömrü boyu eyni ayaqqabı ölçüsündən istifadə edir. Əksəriyyət düşünür ki, boy artımı dayandıqdan sonra ayaqlar da böyümür”, deyə Makdauell bildirib.
Fizioterapevtə görə, ideal seçim burun hissəsi daha geniş olan və dabanla barmaq hissəsi arasındakı hündürlük fərqi 8 millimetrdən az olan ayaqqabılardır. Hazırda dəbdə olan həddindən artıq yumşaq amortizasiyalı ayaqqabılar isə əslində zərər verə bilər, çünki bu halda “bütün işi ayaqqabı görür” və ayaq əzələləri zəifləyir.
“Düzgün ayaqqabı ilə uzun gəzintidən sonra ayaqlar yorğun ola bilər, amma narahatlıq hiss edilməməlidir. Əsas fərq də budur”, deyə o vurğulayıb.
Mütəxəssis qeyd edib ki, qabarlar, keyimə və qıcolmalar əsas xəbərdaredici əlamətlər sayılır. Makdauell narahat ayaqqabının zamanla “açılacağı” fikrini isə yanlış hesab edir.
“Bəzən səbəb corab ola bilər. Amma halların 90 faizində ayaqda su toplaması yaranırsa, deməli ayaqqabı uyğun deyil və sonradan rahatlaşmayacaq”, deyə o əlavə edib.
Ekspertin sözlərinə görə, davamlı ağrı hiss olunursa və ya ayaqda sümük çıxıntıları yaranıbsa, dərhal həkimə müraciət etmək lazımdır. Çünki ayaq problemləri gündəlik həyatın bütün sahələrinə təsir göstərir.
Jalə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 May 2026 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see598

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see422

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see306

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see294

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see285

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see272

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see262

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see262

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see259

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see241

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see235

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see212

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see205

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see204

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see199

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see190

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see188

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see184

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see183

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri