Icma.az
close
up
RU
Ayaqlarınızı quma basdırırsınız? Baş verənlər sizi təəccübləndirəcək

Ayaqlarınızı quma basdırırsınız? Baş verənlər sizi təəccübləndirəcək

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yay mövsümünün gəlişi ilə çimərliklərdə canlanma yaşanır. Kimi sərin dənizdə çimərək istirahət edir, kimi günəş vannası qəbul edir, kimisi isə saatlarla ayaqlarını və ya bədənini isti, narın quma basdırır. Maraqlıdır ki, insanların illərdir vərdiş etdiyi bu üsul sadəcə istirahət məqsədi daşımır. Dünyanın müxtəlif ölkələrində isti qumla müalicə – psammoterapiya  fizioterapiyanın köməkçi üsullarından biri kimi də tətbiq olunur.

Bəs isti quma ayaqları basdırmaq həqiqətən sağlamlığa faydalıdırmı? Hansı xəstəliklər zamanı bu üsuldan istifadə edilir?

“Yeni Sabah” mövzunu araşdırıb. pizza

Psammoterapiya qədim Misirdən, Yunanıstandan və Roma dövründən məlum olan istilik terapiyası üsullarından biridir. Hazırda da Yaponiya, İtaliya, İspaniya, Misir və bəzi digər ölkələrdə xüsusi qum terapiyası mərkəzləri fəaliyyət göstərir. Günəş altında qızan təbii qum istiliyi uzun müddət saxladığı üçün bədənə tədricən istilik ötürür. Bunun nəticəsində qan damarları genişlənir, qan dövranı sürətlənir, əzələlər boşalır və tərləmə artır.

Mütəxəssislər bildirirlər ki, isti qum xüsusilə ayaqlarda uzun müddət davam edən yorğunluğun azalmasına, əzələ gərginliyinin aradan qalxmasına və oynaqlarda hərəkətin nisbətən rahatlaşmasına kömək edə bilər. Artrozdan əziyyət çəkən bəzi insanlarda istilik qısamüddətli rahatlıq yaradır. Uzun müddət ayaqüstə çalışanlar və ya gün ərzində saatlarla oturaq vəziyyətdə işləyən şəxslərdə də ayaqlardakı ağırlıq hissinin azalmasına müsbət təsir göstərə bilər.

Bundan əlavə, qum dənəciklərinin ayaqaltına göstərdiyi mexaniki təsir sinir uclarını stimullaşdırır. Bu isə həm rahatlama hissini artırır, həm də stressin azalmasına kömək edir.

ABŞ-nin “Yale” Universitetinin Tibb Fakültəsinin revmatoloqu, professor Riçard Bukala bildirib ki, istilik terapiyasının uzun illərdir revmatologiyada köməkçi üsullardan biri kimi istifadə edilir. Onun sözlərinə görə, istilik qan axınını artırır, əzələləri boşaldır və bəzi xroniki ağrıların müvəqqəti azalmasına kömək edir. Lakin o vurğulayır ki, bu üsul yalnız simptomları yüngülləşdirə bilər və heç bir halda əsas müalicəni əvəz etmir.

Mütəxəssisin sözlərinə görə, xüsusilə osteoartrit, xroniki bel ağrıları və əzələ spazmları olan şəxslər istilik terapiyasından fayda görə bilərlər. Ancaq oynaqlarda aktiv iltihab, güclü şişkinlik və qızartı olduqda istilik vəziyyəti daha da ağırlaşdırır.

Hər kəs üçün uyğun deyil

Həkimlər xəbərdarlıq edirlər ki, isti qum terapiyası bəzi insanlar üçün təhlükə yarada bilər. Şəkərli diabet səbəbindən ayaqlarda hissiyyatı zəifləyən şəxslər qumun həddindən artıq isti olduğunu hiss etməyə və yana bilərlər. Ayaqlarda açıq yara, infeksiya, venaların trombozu, ağır ürək-damar xəstəlikləri və yüksək hərarət zamanı da bu üsul tövsiyə edilmir.

Mütəxəssislər ayaqları günün ən isti saatlarında deyil, səhər və ya axşamüstü 15-20 dəqiqə müddətində isti quma basdırmağın daha təhlükəsiz olduğunu bildirirlər. Prosedurdan sonra kifayət qədər su qəbul etmək və bədənin həddindən artıq qızmasının qarşısını almaq vacib sayılır.

Həkim bildirir ki,  sağlam insanlarda isti qum üzərində gəzmək və ayaqları qısa müddət quma basdırmaq qan dövranını aktivləşdirə, əzələləri rahatlaşdıra və ümumi rahatlıq hissini artıra bilər.

Xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər isə qum terapiyasından istifadə etməzdən əvvəl mütləq həkimlə məsləhətləşməlidirlər.

Əsmətxanım Rzazadə


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 12 İyul 2026 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see329

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see312

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see297

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see256

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see251

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see248

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see243

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see234

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see230

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see218

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see213

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see209

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see207

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see206

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see197

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see183

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see183

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see179

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see177

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri