Icma.az
close
up
RU
Ayaz Arabaçı: Bir qazi çay aparır iki fərarinin oturduğu masaya..

Ayaz Arabaçı: Bir qazi çay aparır iki fərarinin oturduğu masaya..

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bir qazi çay aparır iki fərarinin oturduğu masaya.. 
Vəli kişi kənardan deyinir Ana Yasaya. 
Oturub təşəxxüslə iki fərari "samovardan yuxarı", 
Qazinin üzündə yol salıb xəcalət buxarı.. 
Xəcalətli düşməni olmalıydı əslində.. 
Qələbə əsrində, zəfər fəslində. 
Əvvəllər fəxarətlə taxardı medallarını, gizlədir buraya işə düzələndən.. 
Qılçası boyda bir qoduq üstünə darğalanır. 
İçində Cəbrayıla taxdıqları bayraq dalğalanır. 
Bir qazi çay aparır iki fərariyə.. 
Yol boyu əlləri titrəyə-titrəyə, 
Bir qazi çay aparır fərarilərin verdiyi sədəqə-fitrəyə. 
Fərarilər qurtumlayır çaydan.. 
Qazi düşünür:
Deyirlər pensiyalar qalxacaq bu aydan.. 
Ümid 
bir qəbir qədər dərin.
              ***
Bir qazi də araq süzür,
kabab daşıyır başqa bir süfrəyə,
içində paslı bir mina. 
Xəyalında döyüşlər, 
Dişinin dibində söyüşlər.. 
Qulağında
tankın içində yanan yoldaşlarının səsi.
Vüqar, Fəxrəddin, Nəsib.. 
Fərarilər sağlıq deyir:
-Şərəfə.. 
Amma doludurlar, şərəfsizliklə..
Kefləri saz, qarınları tox..
Amma bir barel adamlıqları yox! 
Qazi
qovrulur od üstündəki hər tikəylə.
Külək də bir yandan, hikkəylə. 
Başqa yolu yox
neynəsin fağır. 
Bilir, 
indi yaşamaq 
ölümdən də ağır.
        ***
Bir qazi maşın yuyur, təkər qaraldır bir fərariyə…
Niyə axı, niyə? 
Qan beyninə vurur, kənarda təsbeh çevirən Vəli kişinin.
Kimə töksün acısını dişinin. 
Bir qazi maşın yuyur,
bir fərariyə. 
Sanki savaş 
meydanındakı qan izlərini yuyur.. 
Bir qazi
təkər qaraldır bir fərariyə-
müharibədən qaçan bir kölgəyə.
Savaşdan gizlənən  bir cöngəyə.. 
Bir qazi maşın yuyur,
əlləri tank tırtılları kimi kobud,
amma bu dəfə qan yox  köpük axır əllərindən.. 
Fərari 
siqaret tüstüsünü halqa-halqa
buraxır göyə
təmiz yu  deyir,
Qazi basır səbrini, 
İki dəqiqəyə qazar onun qəbrini. 
Bura arxa cəbhədir, qanı qanla yumazlar. 
Amma neyləyəsən ki.. 
Minamyot uğultusundan qalib çıxanlar, milçək vızıltısına məğlub olmuş. 
Təkər qaraldır qazi,
təkər yox öz öz içini qaraldır.
Vətənin üzünü qaraldır.
Bir qazi maşın yuyur,
amma yuduğu nə fərarinin maşınıdı,
nə də təkərlərin palçığı. 
Yuduğu:
bir xalqın unutqanlığıdı, 
bir millətin süst vicdanıdı..
Öz canıdı. 
Təkər parıldayır, fərari bir onluq atır, 
üstü qalsın, deyir,
amma qazinin gözləri yerə dikilir.
Üstü qalan 
cəbhədən gəlməyən ayaqlardı.
Sarsılan dayaqlardı!! 
Boğazında düyün olmuş  Vətənin harayıdı.
İçinin dağılmış sarayıdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://adalet.az
archiveBu xəbər 14 İyul 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri