Icma.az
close
up
RU
Payız stansiyası Ayaz Arabaçı yazır

Payız stansiyası Ayaz Arabaçı yazır

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

Etiraz eləsəm də Vaqif məni vağzala təzə aldığı "Mercedes" iylə gətirdi. Az qala qatara gecikəcəkdim. Dünənki toydan sonra restoranda oturub "paxmel" imizi açdığımızdan qatarın vaxtını unutmuşdum. Əslində qalmağımı israr edən Vaqifə bu sərf eləyirdi. Amma Bakıda vacib işlərim olduğundan onun xahişinə məhəl qoymadım.Bəxtimdən qatar gecikirdi.

Payız axşamı idi. Hava köhnə şəkil kimi bozarmışdı. Çox keçmədi yağış başladı.

Bir tərəfdə çayçı samovarı köhnə paravoz kimi tüstüləyirdi, bir tərəfdə isə sərxoş bir kişi skamyada yatmışdı.

Gəncədən Bakıya qayıdırdım. Yorğun idim,yatmaq istəyirdim.

Platformada sosiska iyi, yaş rels qoxusu və uzaqdan gələn qatar səsi bir-birinə qarışmışdı. Adamlardan kimisi siqaret çəkir, kimisi telefonda qışqırır, kimisi çamadanlarını sürüyə-sürüyə ordan-bura gedirdi. Mən isə sadəcə yatmaq istəyirdim.Nəhayət qatar gəlib dayandı. Təkərlərin relslərə sürünərək çıxartdığı əcaib səs gecənin içini cırdı. Kupenin nömrəsinə baxa-baxa dar keçiddən keçdim. İçəridə zəif sarı işıq yanırdı.

Kupenin qapısını sürüşdürüb içəri girəndə gördüm ki, içəridə bir qadın var.Gəlin dedi, rahat olun, bu kupeyə daha heç kim gəlməyəcək.

Pəncərə tərəfdə oturmuşdu. Tünd rəngli palto geyinmişdi. Dizinin üstündə balaca qara çanta vardı. Bu tələm - tələsiklikdə kitab oxuyurdu. Yağışdan islanmış saçlarının bir neçə teli yanağına yapışmışdı. Qatarın zəif işığında sifəti yorğun görünsə də sakit idi. Sanki uzun müddət idi ki, danışmağı və gülməyi yadırğamışdı.

Mən girəndə başını yavaşca qaldırdı. Gözləri bir anlıq gözlərimə sataşdı. Baxışlarında nə soyuqluq vardı, nə də maraq sadəcə yorğun bir insanın başqa bir yorğun insana baxışı hiss olundu. Zərif bir qoxu kupeni çulğamışdı. Pəncərənin o üzündə ölgün işığın altında adamlar qarışqatək qaynaşırdı. Kimsə pəncərəyə əl edirdi, kimsə son dəfə qucaqlayırdı kimisə. Qatarın tavanındakı balaca ventilyator asta-asta fırlanırdı.

Keçib onunla üzbəüz oturdum.

Qatar tərpənəndən sonra qadın kitabı bağladı. Pəncərədən çölə baxıb sakitcə dedi:

- Adam ən çox harda tənha olur, bilirsiz?

Gülümsədim.

Tanımadığı, ilk dəfə gördüyü şəhərdə..

Başını yellədi.

Yox… adam ən çox sevdiyi adamın yanında.. tənha olur.

Mən yavaşca:

-Sevdiyim olmadığından bir şey deyə bilmərəm.

Gülümsündü.

Səsi sakit idi. Yorğunluğumu apardı. Qatar yola varid olmuşdu.

Bir az sonra çay gətirdilər.

Çantasından iki konfet çıxarıb masanın üstünə qoydu. Birini mənə uzatdı.

-Limonludu..

Konfeti alıb təşəkkür elədim. Barmaqları nazik və gözəl idi. Dırnaqlarında solğun rəng qalmışdı. Elə bil çoxdan özünə baxmırdı. Ya da baxmağa həvəsi qalmamışdı.

Qatar qaranlığı yara-yara gedirdi.

Pəncərənin o üzündə arabir hansısa qəsəbənin işıqları görünür, sonra yenə qaranlıq başlayırdı. Relslərin yeknəsəq səsi adamın fikirlərini də özüylə aparırdı. Kupedə qəribə rahatlıq vardı. İki yad adamın eyni yorğunluqda yaxınlaşması kimi..

Çayımdan Bir qurtum alıb soruşdum:

-Nə oxuyurdunuz?

"Zəfər Tağı" nı..

Sonra gülümsündü, bu kitabı hər dəfə başqa cür anlayıram.

Dedim, bəzi kitablar adamın yaşına görə dəyişir.

Başını tərpətdi, bəzi insanlar da…

Bir anlıq susduq.

Qadının üzündə qəribə bir kədər vardı. Amma o kədər adamı sıxmırdı. Əksinə, yaxınlaşdırırdı.

Qatar sürətləndikcə kupenin işığı yellənirdi. O işıq qadının üzünə düşəndə gözlərinin altındakı yorğunluq daha aydın görünürdü.

Birdən soruşdu:

- Siz heç gecikmisiz?

-Hara?

Pəncərəyə baxdı.

-Həyatınıza…

Nə bilim, mən onsuz da hər şeyə gecikirəm dedim..

Çöldə ildırım çaxdı. Kupenin şüşəsi bir anlıq işıqlandı. Hiss elədim ki, bərk qorxdu. Gəlib yanımda oturdu. Başını çiynimə söykəyib:

Mən sizə öz həyatımdan danışmaq istəyirəm, dedi. Maraqlıdır… insan bəzən ən səmimi söhbəti tanımadığı adamla edir.

Qəribəydi… onu dinlədikcə yuxum qaçırdı. Elə bil bu qadını hardansa tanıyırdım. Ya da bütün yorğun qadınlar bir-birinə oxşayırdı.

Qatar balaca bir stansiyada yavaşladı. Bayırda yağış altında iki polis dayanmışdı. Uzaqda it hürürdü.

Qadın üzünü mənə çevirdi.

Diqqətlə baxdım ona.

Kirpikləri uzundu. Dodaqları öpüləcək qədər şirin..

Və nədənsə o an hiss elədim ki, bu gecədən sonra onu heç cür unuda bilməyəcəyəm.

İnsan bəzi "fəlakət" ləri qabaqcadan hiss edir.

Kupenin zəif işığında üzünə baxıb asta səslə dedim-

-Mən burda düşməliyəm..

Qatar sürətlə tərpəndi.. Yağışın altında durmuşdum.. Yüngülcə əl eləyib, bir siqaret yandırdım

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://adalet.az
archiveBu xəbər 19 May 2026 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see348

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see340

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see255

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see252

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see243

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see234

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see234

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see226

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see225

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see223

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see220

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see212

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see208

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see193

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see192

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see189

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see186

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see182

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri