Icma.az
close
up
RU
Menu

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Ən çox qazanan televiziya aktyorları...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Sözün milliliyi harada doğulması ilə ölçülmür Ayaz Arabaçı yazır

Sözün milliliyi harada doğulması ilə ölçülmür Ayaz Arabaçı yazır

Adelet.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Dərdimizin başımızda aşan vaxtında başladım bir sıra məzmunsuz və mənasız adamların naftalin qoxulu fikirləri ilə uğraşmağa.

Əvvəlcədən deyim ki, söhbət dilə münasibətdən, düşüncə mədəniyyətindən, milli özünüdərkdən və dünyaya açıq olmaqdan gedir. Kefinizə düşsə oxuyun, düşməsə oxumayın. Böylə hicab etdi ki, bu məsələyə kifayət qədər ciddi, hətta bir qədər sərt yanaşmaq məcburiyyətində qaldım.. Yenə də deyirəm, burada söhbət təkcə ayrı-ayrı sözlərin taleyindən getmir, dilə münasibətdən, düşüncə mədəniyyətindən, milli özünüdərkdən və dünyaya açıq olmaqdan gedir. Bu yazını yaza-yaza həm də bir türk kinosuna baxıram, bu məqamda birisi o birinə deyir:

-Burası dağ başımı arkadaş?

Çox yerinə düşür, mən də birbaşa söz güllələrimi hələlik yenilik təcavüzkarlarının ayağına sıxıram və soruşuram-burası dağ başımı cənablar?

Dilimizi qoruyuruq, yoxsa onu keçmişə qaytarırıq?

Müasir sözlərə qarşı hücuma keçmək dilə sevgidir, yoxsa yanlış münasibət?

Dilimizdə işlənən bəzi beynəlxalq sözlərə qarşı qəribə bir mübarizənin şahidi oluruq. Sanki kimlərsə özünə bir vəzifə seçib, harada müasir bir söz gördüsə, onun üstünə hücum çəkməli, onu yad elan etməli, əvəzində isə illərin arxasında qalmış, bəzən gündəlik ünsiyyətdə heç kimin istifadə etmədiyi arxaik bir sözü meydana çıxarmalıdır. Eləysə gedin çarığınızı geyinin, motal papağınızı qoyun başınıza,eşşəyinizi minib gedin danışmaqxananıza..

Bayaq da feysbuk dostlarımdan biri yazıb ki, şair mən bir qızla "moll" da tanış olmuşam, İndi oraya tanışlıqxana deyə bilərikmi..

Biz dilimizi inkişaf etdiririk, yoxsa onu süni şəkildə keçmişə qaytarmağa çalışırıq?

Azərbaycan dili bizim milli varlığımız, yaddaşımız, mənəvi kimliyimizdi, onu sevmək, qorumaq, zənginləşdirmək hər birimizin borcudur. Ancaq dil sevgisi dilimizə daxil olan yeni sözlərə düşmən münasibəti bəsləmək demək deyil. Dil sevgisi hər gələn sözü qapıdan qaytarmaq, hər beynəlxalq ifadəyə şübhə ilə yanaşmaq, müasir dünyanın terminlərini milli kimliyimizə təhlükə hesab etmək də deyil.

Dil canlı orqanizmdir. O yaşayır, dəyişir, zənginləşir, başqa dillərlə təmasda olur, yeni anlayışlar qəbul edir. Heç bir xalqın dili dünyadan təcrid olunmuş vəziyyətdə inkişaf etməyib. Tarix boyu dillər bir-birindən söz alıb, bir-birinə söz verib. Bu, dilin zəifliyi deyil, onun həyat qabiliyyətidir. Bəs onda bu adamlara cinmi girib ki, belə şivən qopardırlar, parlament sözü beynəlxalq siyasi termin kimi dünyanın bir çox dillərində işlənir. Onu hansısa süni şəkildə yaradılmış, xalqın dilinə yad bir ifadə hesab etmək nə dərəcədə məntiqlidir, parlament əvəzinə başqa söz işlətməklə nə qazanacağıq.. Məgər dövlətçilik anlayışımız dəyişəcəkmi? Məgər qanunvericilik orqanının mahiyyəti dəyişəcəkmi? Yoxsa sadəcə bir sözün adını dəyişib özümüzü dilimizin böyük müdafiəçisi elan edəcəyik?

Bəs STOP sözü? Yol hərəkətinin beynəlxalq işarələrində, nəqliyyat sistemində və gündəlik həyatda tanınan bir ifadəsidir. Onun yerinə başqa söz işlətmək mümkündürsə, bu, müzakirə oluna bilər. Amma hər beynəlxalq sözü milli təhlükə kimi təqdim etmək hansı məntiqə əsaslanır?

Həzərat, sözün milliliyi yalnız onun harada doğulması ilə ölçülmür. Əsas məsələ onun dilimizdə necə yaşaması, necə işlənməsi, hansı məna daşımasıdır. Bir söz dilimizin fonetik və qrammatik qaydalarına uyğunlaşıbsa, xalqın danışığında və yazısında özünə yer tapıbsa, artıq onu sadəcə mənşəyinə görə yadlaşdırmaq doğru yanaşma deyil.Gəlin unutmayaq ki, dilin lüğət tərkibi muzey eksponatı deyil. Dil vitrində saxlanılan, tozunu silib əvvəlki vəziyyətində qoruduğumuz əşya deyil. Dil xalqın nəfəsidir. Xalq necə yaşayırsa, dil də onunla birlikdə yaşayır.Beynəlxalq terminlərdən istifadə etmək təbii prosesdir.Əsas meyar kimi sözün mənşəyini yox, dilin ehtiyacını və ifadə imkanlarını nəzərə almalıyıq..

İndi  dilimizin qorunması adı altında elə sözlərə hücum edilir ki, onların əvəzinə təklif olunan ifadələr nə gündəlik danışığa uyğun gəlir, nə də müasir ünsiyyətin tələblərinə cavab verir. Sanki əsas məqsəd dilə xidmət etmək yox, bir sözün üstündə mübahisə yaratmaqdır. Biz niyə enerjimizi dilimizin elmi, texnoloji, fəlsəfi, hüquqi və ictimai ifadə imkanlarını genişləndirməyə sərf etmirik, niyə terminologiyamızı müasir dünyanın tələblərinə uyğunlaşdırmaq əvəzinə, mövcud sözlərin mənşəyini mübahisə predmetinə çeviririk? Biz bu ipəzorçuların, süranəçilərin, toxdaçıların əlindən hayana baş alıb gedək? ..

Dilin inkişafı sözləri qadağan etməklə deyil, yeni anlayışları ifadə etmək gücünü artırmaqla mümkündür. Bir də başqa bir məsələ var. Dilimizin qorunmasından danışanların bəziləri gündəlik danışıqda, yazıda, rəsmi sənədlərdə yol verilən kobud qrammatik və üslubi səhvlərə o qədər də həssas yanaşmırlar. Televiziyada, mətbuatda, sosial şəbəkələrdə Azərbaycan dilinin sintaksisi, ifadə tərzi pozulur, amma bunlara göz yumulur. Əvəzində bir beynəlxalq sözün işlədilməsinə görə az qala məhkəmə qurulur.

Bu barədə daha çox şeylər yazardım.. Amma kinom yarımçıq qalır..

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://adalet.az
archiveBu xəbər 18 Noyabr 2026 09:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see291

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see285

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see277

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see276

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see266

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see256

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see251

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see250

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see243

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see243

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see241

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see231

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see227

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see225

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see225

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see222

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see212

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see206

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see203

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri