AYB üzvlük haqqı davası: Ödəməyənlərin siyahısı açıqlanacaqmı?
Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.
"Üzvlük haqqını verməyən yazıçı və şairlərin siyahısı var. Həmin siyahı mühasibatlıqdadır".
Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin baş müşaviri Rauf Aslanov üzvlük haqqını ödəməyən üzvlərin qurumdan xaric edilməsi ilə bağlı qərara aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, Yazıçılar Birliyinin 3 minə yaxın üzvü var:
"Onların arasında üzvlük haqqını verən də, verməyən də var. Onların hər birinin adını yadda saxlamaq olmur. Siyahı mühasibatlıqdadır".
Rauf Aslanov vurğulayıb ki, əgər üzvlük haqqını verməyən üzvlərin birlikdən xaric edilməsi ilə bağlı fikir bildirilibsə, deməli, konkret qərardır.
Qeyd edək ki, bir neçə gün öncə AYB Katibliyinin növbəti iclası keçirilib. Orada qərara alınıb ki, Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənləri cəzalandıracaq. Bunun üçün üzvlük haqqını ödəməyənlərə fevral ayının 1-nə kimi vaxt qoyulub.
Bahar Rüstəmli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 10 Yanvar 2026 13:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















