Icma.az
close
up
RU
AYDA 16 MANAT, İLDƏ 362 MİLYON MANAT... Bu vəsaiti ödəməyən “işləyən işsizləri” cərimə gözləyir?

AYDA 16 MANAT, İLDƏ 362 MİLYON MANAT... Bu vəsaiti ödəməyən “işləyən işsizləri” cərimə gözləyir?

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son günlər həm mediada, həm də sosial şəbəkələrdə “Tibbi sığorta haqqında” Qanuna təklif edilən dəyişikliklər ciddi müzakirələrə səbəb olub.

Belə ki, yeni mexanizmə görə, gələn ildən qeyri-formal (işləyən, lakin rəsmi qeydiyyatda olmayan) məşğul şəxslər aylıq icbari tibbi sığorta haqqı ödəməli olacaqlar. Yeni qaydalara əsasən, qeyri-formal məşğul şəxslər 2025-ci ildən etibarən ayda 16 manat icbari tibbi sığorta haqqı ödəyəcəklər.

Qeyri-formal məşğullar üçün icbari tibbi sığorta ödənişi məcburi olacaq. Bu vəsaiti ödəməyən şəxsləri isə cərimə gözləyir.

Qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslərin siyahısı belədir:

Əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə olmadan işləyənlər;Vergi qeydiyyatı (VÖEN) olmadan sahibkarlıq fəaliyyəti göstərənlər;Torpaqdan rəsmi qeydiyyatsız istifadə edənlər;Yerli özünüidarəetmədə uçota durmadan ailə kəndli təsərrüfatı qurub gəlir əldə edənlər.

Sığorta məbləğinin hesablama mexanizmi isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Qeyd edək ki, qanunvericiliyə görə, təcili və təxirəsalınmaz tibbi yardım bütün vətəndaşlara ödənişsiz göstərilir və bu xidmətlər dövlət büdcəsi hesabına maliyyələşir. Lakin ixtisaslı tibbi xidmətin alınması üçün icbari tibbi sığorta haqqının ödənilməsi tələb olunur.

Rəsmi göstəricilərə əsasən, hazırda ölkədə məşğul əhalinin sayı 5 milyon 102,6 min nəfərdir. Onların 1 milyon 781,4 min nəfəri muzdlu işçi, 1 milyon 435,4 min nəfəri isə fərdi sahibkar kimi qeydiyyata alınıb. Qeyri-formal məşğul əhali isə 1 milyon 886,8 min nəfərə çatır. Yeni qaydalar tətbiq olunacağı təqdirdə, bu kateqoriyaya aid şəxslər ayda 16 manat ödədikdə, il ərzində təxminən 362,3 milyon manat əlavə vəsaitin toplanacağı gözlənilir.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli bildirib ki, bu addımın əsas məqsədi əhalinin leqal əmək fəaliyyətinə cəlb olunmasını stimullaşdırmaqdır.

Deputat cərimələrlə bağlı məsələyə də aydınlıq gətirib: “Ödənişlərin mexanizmi və bu məsələdən irəli gələn suallar barədə yaxın vaxtlarda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və ya Maliyyə Nazirliyi məlumat verəcək. Qeyri-formal şəxslər tibbi sığorta haqqını ödəməlidirlər. Bu məbləğ 16 manat olaraq müəyyən edilib. Vətəndaş həmin məbləği hər ay müəyyən olunmuş gündə ödəməlidir. Bu olmadığı təqdirdə isə şəxs həmin məbləğin 10 faizi həcmində cərimə ödəməli olacaq. Dediyim kimi, məqsəd əhalinin leqal əmək fəaliyyətinə cəlb olunmasını stimullaşdırmaqdır. Burada işsiz kimi müvafiq dövlət qurumunda qeydiyyatda olan şəxslər istisnadır və onlardan heç bir ödəniş tələb olunmayacaq. Həmin vətəndaşların sığorta haqqı dövlət tərəfindən ödəniləcək”.

İqtisadçı Xalid Kərimli “AzPolitika”ya açıqlamasında bildirib ki, 10 faiz cərimə ilə bağlı məlumatı yoxdur. Onun sözlərinə görə, əsas məqam ondan ibarətdir ki, işləyən şəxslər harada və hansı şərtlərlə işləməsindən asılı olmayaraq rəsmi əməkhaqqı alırlarsa, avtomatik olaraq icbari tibbi sığorta sisteminə cəlb olunurlar və maaşlarından müvafiq tutulmalar edilir. İşsizlər, əlillər, pensiyaçılar, tələbələr və hərbi qulluqçular isə dövlət tərəfindən sığortalanır.

İqtisadçının fikrincə, yerdə qalan kateqoriya – işləməyən, işsiz kimi qeydiyyatda olmayan, yaxud işləyib lakin qeydiyyata durmayan və sığorta haqqını ödəməyən şəxslərdir: “2026-cı il yanvarın 1-dək mövcud olan güzəşt müddəti bitir və bundan sonra sığorta haqqını ödəməyən şəxslər icbari tibbi sığortadan yararlana bilməyəcək. İnsan işləmirsə və işsiz kimi qeydiyyatdan keçmirsə, niyə dövlət hesabına sığortalanmalıdır? Kim ödəyirsə, o da faydalanmalıdır. İmkanı olmayanların sığorta haqqını dövlət ödəyir. Amma işləməyib, işləmək istəməyən və ödənişdən yayınan şəxslər ya ödəməlidir, ya da xidmətlərdən yararlanmamalıdır”.

Xalid Kərimli deyir ki, qeyri-formal məşğulluq onsuz da qanunsuz fəaliyyətdir və dövlət bunu aşkar etdiyi halda ciddi cərimələr tətbiq olunur: “İşəgötürənə 25 min manat, hər bir qeyri-rəsmi işçi üçün əlavə 1000 manat cərimə nəzərdə tutulur. İşləməyib vergi ödəməyən, işsiz kimi qeydiyyata durmayan şəxslərə də 50 faizədək cərimə tətbiq edilir. Yəni kifayət qədər sanksiya var və dövlət icbari tibbi sığorta ilə bağlı heç kimin arxasınca düşüb cərimələməyəcək. Sadəcə ödəniş etməyənlər tibbi sığorta xidmətlərindən istifadə edə bilməyəcəklər”.

Ekspertin sözlərinə görə, hökumətin məqsədi xərclərə qənaət etmək və sistemdə ədaləti qorumaqdır: “İcraedici orqanlar həmçinin qeyri-formal işləyənlərin qeydiyyata alınmasına stimul yaratmaq istəyir. Bu gün rəsmi işləyən şəxslər maaşlarından vergi və ödənişlər edirlər, digərləri isə qeyri-formal işləyib vergidən yayınır. Bu, ədalətsizlik yaradır. Ona görə də sistemdə dəyişikliklər qaçılmazdır”.

Elvin Bəyməmmədli
“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 Noyabr 2025 20:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see154

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri