Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Azərbaycanda ayda 16 manat ödəməyən işsiz CƏRİMƏLƏNƏCƏK

Azərbaycanda ayda 16 manat ödəməyən işsiz CƏRİMƏLƏNƏCƏK

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Milli Məclisdə "Tibbi sığorta haqqında" Qanuna təklif olunan dəyişikliyə əsasən, qeyri-formal məşğul şəxslər, yəni işsizlər növbəti ildən tibbi sığortadan yararlanmaq üçün aylıq 16 manat ödəməli olacaqlar. Həmçinin qeyd olunur ki, bu məbləği vaxtında ödəməyənlərə 10 faiz miqdarında cərimə tətbiq ediləcək.

Hazırda cəmiyyətdə prosesin mexanizmi ilə bağlı suallar yaranıb.

Redaktor.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli bildirib ki, bu addımın əsas məqsədi əhalinin leqal əmək fəaliyyətinə cəlb olunmasını stimullaşdırmaqdır.

Deputat cərimələrlə bağlı məsələyə də aydınlıq gətirib:

"Ödənişlərin mexanizmi və bu məsələdən irəli gələn suallar barədə yaxın vaxtlarda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və ya Maliyyə Nazirliyi məlumat verəcək. Ümumilikdə qeyd edə bilərəm ki, qeyri-formal məşğul şəxslər siyahısına əmək müqaviləsi olmayan, VÖEN-siz kənd təsərrüfatında qeydiyyatsız çalışaraq gəlir əldə edən vətəndaşlar daxil ediləcəklər. Onlar ya öz əmək fəaliyyətini leqallaşdırmalı, ya da qeyri-formal şəxslər kimi tibbi sığorta haqqını ödəməlidirlər. Bu məbləğ 16 manat olaraq müəyyən edilib. Vətəndaş həmin məbləği hər ay müəyyən olunmuş gündə ödəməlidir. Bu olmadığı təqdirdə isə şəxs həmin məbləğin 10 faizi həcmində cərimə ödəməli olacaq. Dediyim kimi, məqsəd əhalinin leqal əmək fəaliyyətinə cəlb olunmasını stimullaşdırmaqdır. Burada işsiz kimi müvafiq dövlət qurumunda qeydiyyatda olan şəxslər istisnadır və onlardan heç bir ödəniş tələb olunmayacaq. Həmin vətəndaşların sığorta haqqı dövlət tərəfindən ödəniləcək".

Deputat vurğulayıb ki, bəzi şəxslər dövlət tərəfindən sığorta haqlarından yararlanırlar:

"Bir çox qrupa daxil olan şəxslərin sığorta haqları dövlət tərəfindən ödənilir: 18 yaşına qədər olan uşaqlar, 23 yaşadək birinci ali təhsil alan tələbələr, bütün pensiyaçılar, sağlamlıq haqları məhdud olanlar və bütün növ müavinət alanlar sığorta olunmuş hesab edilirlər. Bu şəxslərin ödənişləri dövlət büdcəsindən ayrılmış vəsait hesabına qarşılanır. Qeyri-formal məşğulluğu olan şəxslər ödənişləri könüllü edirlər. Bunu etmədikdə sığorta hüququndan yararlana bilmirlər. Bu məbləğ isə 16 manat nəzərdə tutulur və il ərzində ödənişlər edildikdə vətəndaş sığorta haqlarından yararlana bilər".

Milli Məclisin Səhiyyə komitəsinin digər üzvü Pərvanə Vəliyeva isə Oxu.Az-a açıqlamasında bildirib ki, icbari tibbi sığorta haqqını ödəmək icbaridir, könüllü deyil.

Deputat qanuna təklif edilən dəyişiklik layihəsinin mahiyyətini açıqlayıb:

"Qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər sığorta haqlarını özləri ödəməlidirlər. Əslində, bu, hazırkı qanunun 15-2.2.4 maddəsində də var. Yəni rəsmi işləyən və bir sıra müəyyən olunmuş həssas əhali qruplarına aid olmayan şəxslərdən başqa, digər sığortaolunanlar sığortalı qismində özləri çıxış edirlər. Təklif edilən dəyişikliklə isə bunun əhatə dairəsi müəyyənləşir. Bu qrupa qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslərin daxil edilməsi nəzərdə tutulur. "Məşğulluq haqqında" Qanuna əsasən, qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər Əmək Məcəlləsinə uyğun olaraq əmək müqaviləsi (kontrakt) və ya Mülki Məcəlləyə uyğun olaraq mülki hüquqi müqavilə bağlanmadan müəyyən fəaliyyətin yerinə yetirilməsi, Vergi Məcəlləsinə uyğun olaraq sahibkarlıq fəaliyyətinin və mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadənin rəsmiləşdirilmədən həyata keçirilməsi, eləcə də "Ailə kəndli təsərrüfatı haqqında" Qanuna uyğun olaraq yerli özünüidarəetmə orqanlarında uçota durmadan ailə kəndli təsərrüfatının təşkili nəticəsində qazanc (gəlir) əldə edənlərdir".

Millət vəkilinin sözlərinə görə, onların ödəyəcəyi sığorta məbləği isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qurum tərəfindən müəyyən olunacaq:

"Qeyd edilən şəxslər tərəfindən sığorta haqqını ödəmək öhdəliyi təqvim ili ərzində yarandıqda, həmin şəxslər üçün sığorta haqqı 12-yə bölünməklə, öhdəliyin yarandığı ay da daxil olmaqla ilin sonunadək növbəti ayların sayına vurulmaqla hesablanacaq. Bu, əmək müqavilələrinin "ağardılması"na, VÖEN olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin qanunvericiliyə uyğun şəkildə fəaliyyətə cəlb edilməsinə yönəlib.

Bundan başqa, növbəti ildən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bəzi dövlət proqramlarını da əhatə edəcək. Şəkərli diabet, dağınıq skleroz, hemofiliya, vərəm, ixtioz və bullyoz epidermoliz xəstəliklərinin, eləcə də bir sıra digər xəstəliklərin müalicəsi və profilaktikası sığorta sistemi ilə əhatə olunacaq. Burada vətəndaş olaraq həmrəylik nümayiş etdirməliyik. Bu dəyişiklik, əsasən, hesabatlılığın artırılmasına yönəlib.

Həmçinin vurğulamaq lazımdır ki, ilkin səhiyyə xidməti təcili və təxirəsalınmaz hallarda hər kəsə ödənişsiz göstərilir. Bunun xərci dövlət büdcəsi hesabına ödənilir. Söhbət ixtisaslı tibbi xidmətdən gedir və o zaman da sığorta haqqı ödənilməlidir. Reyestrdə vətəndaşın icbari tibbi sığorta haqqını ödəmək öhdəliyi yaranıbsa, bundan imtina mümkün deyil".

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, qanunvericiliyə dəyişiklik edildikdən sonra ödəniş mexanizminə aydınlıq gətiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:405
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 Noyabr 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see567

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see416

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see388

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see321

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see307

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see283

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see259

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see258

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see253

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see237

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see237

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see232

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see231

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see225

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see204

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see204

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see193

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see191

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see189

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri