Bu şəxslər vergi ödəyəcək
Yenisabah saytına istinadən Icma.az xəbər verir.
Milli Məclisin bugünkü plenar iclasında özəl məhkəmə ekspertlərinin vergiyə və məcburi dövlət sosial sığortasına cəlb olunmasını nəzərdə tutan qanun layihəsi müzakirə olunaraq birinci oxunuşda qəbul edilib.
"Yeni Sabah" xəbər verir ki, bu tənzimləmə ilə bağlı Vergi Məcəlləsinə, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” qanunlara müvafiq dəyişikliklər təklif olunur.
Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, özəl məhkəmə ekspertləri fəaliyyət göstərdikləri yer üzrə vergi orqanlarında uçota alınacaqlar. pizza hut
Məhkəmə ekspertizasının sifariş olunması barədə müqaviləyə əsasən ödənilən haqlar qeyri-sahibkarlıq fəaliyyətindən gəlir hesab olunacaq və bu vəsaitlər xərclər nəzərə alınmadan vergitutma obyekti kimi 10 faiz dərəcə ilə vergiyə cəlb ediləcək. Özəl məhkəmə ekspertləri öz fəaliyyətlərinə görə aldıqları ekspertiza haqlarına münasibətdə hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi bəyannaməsi təqdim etməli, hər ay üçün hesablanmış vergini isə növbəti ayın 20-dək dövlət büdcəsinə ödəməlidirlər.
“Sosial sığorta haqqında” qanuna edilən dəyişikliyə görə, özəl məhkəmə ekspertləri məcburi dövlət sosial sığortasına cəlb olunaraq xərclər çıxılmaqla gəlirlərinin 15 faizi miqdarında sosial sığorta haqqı ödəyəcəklər.
Eyni zamanda, “Tibbi sığorta haqqında” qanuna təklif olunan dəyişikliklə vergi ödəyicisi kimi vergi uçotuna alınmış özəl məhkəmə ekspertlərinin icbari tibbi sığorta sistemində sığortalı qismində özlərinin çıxış etməsi nəzərdə tutulur.
Qanun layihəsi parlamentdəki müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda təsdiqlənib.
Baxış sayı:130
Bu xəbər 30 Oktyabr 2026 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















