Icma.az
close
up
RU
Ayda qonaq olmaq istəyirsinizmi?

Ayda qonaq olmaq istəyirsinizmi?

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Ay əsrlər boyu insanın ümidlərinin, xəyallarının və sükutunun ünvanı olub. Gecələrin səmasında sakitcə parlayan bu nur topası nə vaxtsa sevgi etiraflarına, ayrılıqlara, dualara və arzulara şahidlik edib. İnsan ona baxıb susub, düşünüb, bəzən də cavabsız suallarını ona etibar edib. Bu gün isə həmin səssiz şahid haqqında danışarkən sözlər dəyişir: artıq Ay təkcə poetik ilham mənbəyi deyil, elmi layihələrin, texnoloji planların və kosmik tikintilərin mərkəzində dayanır.

San-Fransiskonun texnoloji səmasının altında doğulan cəsarətli ideyalar Ayı yavaş-yavaş xəritəyə çevirir. ABŞ-ın qərb sahilində fəaliyyət göstərən “GRU Space” adlı startap iddia edir ki, Ayda hotellər tikmək və 2032-ci ildən etibarən oraya turistlər göndərmək artıq fantaziya yox, planlaşdırılan gələcəkdir.

Bu barədə San-Fransiskonun (ABŞ, Kaliforniya ştatı) “GRU Space” startap şirkətinin saytındakı məqalədə qeyd olunub. Bildirilir ki, şirkət Ayda hotellər tikməyi və artıq 2032-ci ildə ora turistlər göndərməyi nəzərdə tutur. Öz məqsədlərini isə bununla əsaslandırıb ki, “SpaceX” şirkətinin fəaliyyəti sayəsində son illərdə yüklərin orbitə çıxarılması xərci əhəmiyyətli dərəcədə azalıb. Kosmosa yüklərin göndərilməsi “Blue Origin” şirkəti və dünyanın digər ölkələrində çoxsaylı startaplar sayəsində bazarda artan rəqabət səbəbindən ucuzlaşmağa davam edəcək.

Şirkətin açıqlamasına görə, kosmos artıq varlı insanlar üçün turistik istiqamətə çevrilir. Birinci mərhələdə hotellər turistlərlə birlikdə Yerin səthinə çatdırılacaq, bunlar 2-4 nəfərlik şişmə modullar olacaq. İldə üç uçuş şərti ilə bir turist üçün nəzərdə tutulan xərc 416 min dollar təşkil edəcək. Daha sonra həm Yer kürəsindən, həm də Ay səthindən alınan materiallardan istifadə edərək daha mürəkkəb konstruksiyaların tikilməsi planlaşdırılır. Bu cür hotellər 10 qonağı qəbul edə biləcək, qiymət isə 83 min dollara qədər ucuzlaşa bilər. Texnologiyaların sınaqdan keçirilməsi üçün hazırlıq uçuşlarının 2029 və 2031-ci illərdə həyata keçirilməsi planlaşdırılır.

Hazırda Ayda daimi yaşayış yoxdur. Orada nə şəhər var, nə küçə, nə də gündəlik həyat. Ay səthi sərt temperatur fərqləri, radiasiya, oksigen və su çatışmazlığı ilə xarakterizə olunur. Buna baxmayaraq, son illər aparılan elmi araşdırmalar göstərir ki, Ay tamamilə “ölü” deyil. Onun bəzi bölgələrində, xüsusən də qütb ərazilərində su buzlarının mövcudluğu aşkar edilib. Bu isə uzunmüddətli yaşayış üçün ən vacib şərtlərdən biri hesab olunur. Ayda tikilməsi planlaşdırılan hotellər isə klassik mənada yaşayış üçün deyil. Bu obyektlər əsasən kosmik turizmə xidmət edəcək.

Gələcəkdə Ay səfərlərinə qatılacaq şəxslər yüksək gəlirli turistlər, astronavtlar, alimlər və tədqiqatçılar olacaq. Onlar burada aylarla deyil, bir neçə gün və ya həftə qalacaqlar. Bu hotellər Yer üzündəki hotellərdən köklü şəkildə fərqlənəcək: qalın qoruyucu divarlar, süni cazibə sistemləri, qapalı ekosistemlər və tam avtomatlaşdırılmış həyat təminatı infrastrukturu ilə.

Mütəxəssislərin fikrincə, Ayda yaşayışın mümkünlüyü daha çox texnologiyanın inkişaf sürətindən asılıdır. Əgər enerji mənbələri, radiasiyadan qorunma üsulları və qida istehsalı problemləri həll edilərsə, Ay gələcəkdə elmi koloniyalara ev sahibliyi edə bilər. Lakin bu yaşayış Yer üzündəki həyatla müqayisə edilə bilməz. Bu, daha çox elmi missiyalara xidmət edən məhdud və nəzarətli mühit olacaq.

Bəli, Ayda hotellərin tikilməsi hələlik cəsarətli bir ideya, böyük xəyalların məhsulu kimi görünə bilər. Ancaq unutmayaq ki, bir vaxtlar təyyarə ilə uçmaq, okeanın altı ilə getmək və ya kosmosa çıxmaq da mümkünsüz sayılırdı. Ayda yaşayış bu gün reallıq olmasa da, sabahın elmi gündəliyində artıq öz yerini alıb. Ola bilsin ki, yaxın gələcəkdə Ay təkcə gecələr səmamızda parlayan bir işıq deyil, insanın yeni ümidlərinin, araşdırmalarının və macəralarının ünvanı olacaq.

Nurəngiz ADİLQIZI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Yanvar 2026 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see408

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see402

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see278

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see259

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see248

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see241

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see239

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see235

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see234

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see218

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see207

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see207

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see203

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see202

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see201

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see198

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see194

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see193

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri