Icma.az
close
up
RU
Aydan Nuriyevanın musiqi dünyası

Aydan Nuriyevanın musiqi dünyası

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Etibar CƏBRAYILOĞLU
Həmin gün gözəl bir yaz axşamının sükutunu ecazkar klassik musiqi və ifaçıya ünvanlanan alqış sədaları pozdu. Gənc musiqiçi Aydan Nuriyeva fortepianonun dillərinə barmaqları ilə deyil, ürəyi ilə toxunurdu sanki...
Dünən Müslüm Maqomayev adına Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında gənc pianoçu Aydan Nuriyevanın ilk solo konserti keçirildi.
Moskva, Sankt-Peterburq, Nyu-York səhnələrini fəth edən 15 yaşlı azərbaycanlı qız

Aydan Nuriyeva 2010-cu il aprelin 16-da Moskvada anadan olub. Valideynlərinin işi ilə bağlı Rusiya paytaxtında yaşayan balaca Aydan nənəsi Nəzirə Cahangirovadan təkcə nağıl, şeir və tapmaca deyil, həm də musiqi ilə bağlı söhbətlər eşidib. Tanınmış elm və təhsil xadimi Nəzirə xanım Balabəyqızı nəvəsi Aydanda musiqiyə maraq oyada bilib.

6 yaşında Moskvadakı Uşaq İncəsənət Məktəbinə daxil olan balaca istedad tanınmış pedaqoq Yelena Litvinadan dərs alıb. Yelena Valeriyevna öz yetirməsini belə xarakterizə edir: “Elə ilk günlərdən Aydan musiqi duyumu, yüksək yaradıcılıq potensialına malik uşaq kimi diqqətimi çəkməyi bacardı. Çox tələbkar, öz üzərində yorulmadan çalışmağı sevir. Onu dinləmək maraqlıdır”.
İkinci sinifdən Aydan Nuriyeva müxtəlif müsabiqə və festivallarda iştirak etməyə başlayıb, ilk mükafatlarını qazanıb. Balaca istedada P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Raxmaninov zalında, Sankt-Peterburq Dövlət Muzeyində, İtaliyanın Qrossemo şəhərindəki Duomo di San Lorenzo kilsəsində, ABŞ-nın Nyu-York şəhərindəki Karnegi-Hollda çıxışlar etmək və mükafatlar qazanmaq nəsib olub. O, VII Moskva Açıq İncəsənət Festivalının, V Beynəlxalq Gənc Pianoçular Müsabiqə-Festivalının laureatıdır. 2019-cu ilin martında keçirilən VIII Moskva Açıq İncəsənət Festivalının Qran-Prisini qazanıb.
Günəşli Bakının adajiosu
2022-ci ilin fevralından Aydan valideynləri ilə birgə doğma Azərbaycana qayıdıb. Musiqi təhsilini Bülbül adına Musiqi Məktəbində davam etdirən istedadlı pianoçu burada Əməkdar müəllim Ageli Rəhimovadan, Əməkdar incəsənət xadimi Kəmalə Neymanovadan dərs alıb.
Vətənində də bir çox müsabiqələrdə, konsertlərdə həvəslə iştirak edən Aydan Nuriyeva Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə 2023-cü ilin aprelində təşkil edilən IV Respublika müsabiqəsinin I dərəcəli laureatıdır. Gənc və istedadlı pianoçu Xalq artisti Teymur Göyçayevin, Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə konsertlərdə öz ifası ilə diqqət çəkib.

Dünən yaz axşamında Aydan Nuriyevanın ilk solo konsertinə toplaşanlar bu gənc istedadın ürəyindən və barmaqlarından süzülən gözəl ifalar dinləmək ümidində idilər. Aydan valideynlərinin, pedaqoqlarının başını uca etdi. Şopenin, Bethovenin, Şumanın, Prokofyevin əsərləri Aydanın ifasında necə də gözəl və özünəməxsus tərzdə səsləndi. Dünyanın müxtəlif səhnələrində adından söz etdirən 15 yaşlı Aydan Nuriyeva doğma Bakıdakı solo konsertində şəhərin musiqi həyatına gözəl bir hava gətirdi. Balaca skripkaçı Elmira Dadaşova Çaykovskinin “Düşüncələr” əsərini ifa etməklə Aydanla həmrəyliyini bildirdi sanki.
Həmin yaz axşamı səhnəni bəzəyən gül dəstələri, çələnglər, zalda səslənən aramsız tamaşaçı alqışı hamıda bir ümid yaratdı - gənc və istedadlı pianoçu Aydan Nuriyeva bu al-əlvan çələngləri, gurultulu alqışları hələ çox qazanacaq. Özü də təkcə doğma Bakıda yox, dünyanın hər yerində. Axı əsl musiqi, əsl istedad sərhəd tanımır...
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:289
embedMənbə:https://reyting.az
archiveBu xəbər 13 May 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see379

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see364

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see323

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see290

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see282

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see229

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see228

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see224

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see204

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see204

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see192

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see190

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see189

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see184

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see184

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see175

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri