Icma.az
close
up
RU
Gənc pianoçu Aydan Nuriyevanın ilk solo konserti keçirilib FOTO

Gənc pianoçu Aydan Nuriyevanın ilk solo konserti keçirilib FOTO

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında möhtəşəm gecə əsl musiqi bayramına çevrildi.

Milli.Az xəbər verir ki, 15 yaşlı pianoçu Aydan Nuriyevanın ilk solo konserti tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Bu gecə klassik musiqi dünyasında yeni üfüqlər açan gənc istedadın təntənəsi oldu. Aydanın ifasında Friderik Şopen, Lüdvig van Bethoven, Robert Şuman və Sergey Prokofyevin əsərləri səsləndi. Hər bir akkord tamaşaçıların qəlbinə toxundu, zalda əyləşən hər kəs bu gənc istedada heyranlıqla qulaq asırdı.

Gecədə həmçinin gənc skripka ifaçısı Elmira Dadaşova da çıxış etdi. O, İrina Mehtiyevanın müşayiəti ilə Pyotr Çaykovskinin əsərini səsləndirdi.

Gecənin ən yaddaqalan məqamı isə sonda yaşandı - tamaşaçılar ayağa qalxaraq alqışlarla Aydanı qarşılayıblar. Virtuoz ifası ilə auditoriyanı valeh edən Aydana səhnənin əsl ulduzu kimi çiçəklər yağıdırılıb.

Aydan Nuriyeva - bu ad hələ çox eşidiləcək. Onun inanılmaz istedadı, zəhməti və mükəmməlliyə can atması ona geniş imkanlar açır. Gənc musiqiçini hələ çox parlaq çıxışlar və qələbələr gözləyir!

Aydan Moskvada anadan olub və musiqiyə ilk addımlarını 4 yaşında, Rusiya Federasiyasının Əməkdar Təhsil İşçisi olan nənəsi Nazira Cangirovanın rəhbərliyi ilə atıb. 6 yaşında Moskvada yerləşən "İlham" Uşaq İncəsənət Məktəbinə qəbul olunub və Rusiya Federasiyasının Əməkdar Təhsil İşçisi Yelena Litvinanın sinfində təhsil alıb.

Artıq ikinci tədris ilindən etibarən Aydan müxtəlif müsabiqə və festivallarda uğurla iştirak edir. Bu yaşda o, artıq Azərbaycan, Rusiya, ABŞ və İtaliyada keçirilən nüfuzlu beynəlxalq müsabiqələrin qalibi və "Gran-pri" mükafatçısıdır. ABŞ-ın məşhur Karnegi-Holl zalında, İtaliyanın Duomo di San Lorenzo kilsəsində, Rusiyada isə Raxmaninov zalı, "Qradskı Holl" Konsert Zalı, "Çarskoe Selo" Dövlət Muzeyi və VDNX-dəki "Azərbaycan" pavilyonunda çıxışlar edib.

Azərbaycanda isə Aydan Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri və "Tutti" Gənclər Kamera Orkestrinin müşayiətilə səhnəyə çıxıb. 2023-cü ildə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş IV Respublika Müsabiqəsinin qalibi olub.

Aydan daim üzərində çalışır, Rusiyada, Gürcüstanda, Monteneqroda və İtaliyada məşhur musiqiçilərin ustad dərslərində iştirak edib və istedadının yeni tərəflərini üzə çıxarıb. 2022-ci ildən etibarən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində təhsilini davam etdirir.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 14 May 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see350

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see221

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see189

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see174

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see171

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see166

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see156

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see156

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see153

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see151

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see141

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see139

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see133

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri