Icma.az
close
up
RU
Aydın Mirzəzadə: “YAP Azərbaycanın ən güclü siyasi partiyasıdır”

Aydın Mirzəzadə: “YAP Azərbaycanın ən güclü siyasi partiyasıdır”

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

21 noyabr – Yeni Azərbaycan Partiyasının (YAP) yaradılması günü kimi qeyd olunur. 

YAP “91”lərin müraciəti əsasında 1992-ci il noyabrın 21-də Naxçıvanda Heydər Əliyevin sədrliyi və 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə keçirilən təsis konfransı ilə yaradılan, 1992-ci il dekabrın 18-də Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınan, Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiyadır.

1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoydu.

Bununla bağlı “Cebheinfo.az”-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib ki, Yeni Azərbaycan Partiyasının yaranması cəmiyyətin sosial sifarişi idi. Onun sözlərinə görə, 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini qəbul etsə də, təəssüf ki, həm xaricdən, həm də daxildən dövlətçiliyimizə ciddi təhdidlər vardı:

“Ermənistanın torpaqlarımızı işğala yönəlmiş təcavüzkar hərəkətləri, eyni zamanda ölkə daxilindəki qeyri-sabitlik dövlət üçün böyük təhlükə yaradırdı. Çoxsaylı siyasi partiyaların və iddialı siyasi liderlərin olmasına baxmayaraq, cəmiyyəti bu problemlərdən çıxara biləcək real bir yol görünmürdü.

Artıq xeyli vaxt idi ki, cəmiyyətin diqqəti vaxtilə Azərbaycana rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyevə yönəlmişdi. Onun Naxçıvan Muxtar Respublikasındakı fəaliyyəti Naxçıvanı həm Ermənistanın işğal təhlükəsindən, həm də blokada şəraitinin yaratdığı çətinliklərdən xilas edə bildi. Tez-tez Ulu Öndərin rəhbərliyi ilə yeni siyasi təşkilatın yaradılması barədə çağırışlar eşidilirdi. 91 nəfər tanınmış ziyalının ona müraciəti və Heydər Əliyevin bu müraciətə cavabı prosesin başlanğıcını qoydu”.

Millət vəkili vurğulayıb ki, 21 noyabr 1992-ci ildə Naxçıvanda Yeni Azərbaycan Partiyası yaradıldı və “Yeni müstəqil Azərbaycan uğrunda!” şüarı ümumən götürdükdə hansı Azərbaycanı görmək istədiyi modelini ortaya qoydu:

“Heydər Əliyevin idarəçilik təcrübəsi şübhə doğurmurdu və onun bu çətin şəraitdə də Azərbaycanı problemlərdən çıxararaq müasir və qüdrətli bir Azərbaycan quracağına hər kəsdə inam yaradırdı. YAP qısa zamanda ölkənin bütün coğrafiyası üzrə möhtəşəm təşkilatlanma apardı. Partiyanın Ulu Öndərin adı ilə bağlı olması 100 minlərlə insanı bu siyasi təşkilata üzv olmağa və ona dəstək göstərməyə sövq etdi. 1993-cü ildə Heydər Əliyevin dövlət başçısı seçilməsi, 1995-ci ildə isə YAP-ın parlamentdə çoxluq qazanması Azərbaycanın inkişafına güclü təkan verdi”.

Aydın Mirzəzadə əlavə edib ki, bu gün YAP Azərbaycanın ən güclü siyasi partiyasıdır:

“Yeni Azərbaycan Partiyası baxmayaraq ki, rəhbərinin Prezident olması və parlamentdə səs çoxluğundadır, heç vaxt özünü digər siyasi partiyalardan üstün tutmayıb. Heç vaxt özünü dövlətdən üstün saymayıb və fəaliyyətini həmişə Konstitusiya çərçivəsində qurub. Onun 800 minə yaxın üzvü, milyonlarla tərəfdarı var. Prezident, parlament və bələdiyyə seçkilərində qazandığı uğurlar partiyanın güclü sosial dayaqlara malik olduğunu göstərir. Yeni Azərbaycan Partiyası Ulu Öndərin sözləri ilə desək, “dünənin, bu günün və sabahın partiyasıdır”. O, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, vətəndaşların daha yaxşı yaşaması və ölkənin təhlükəsizliyi üçün çalışır”.

O bildirib ki, Yeni Azərbaycan Partiyası növbəti ildönümünə uğurlarla və cəmiyyətdə yüksək nüfuzla gəlir və o, bundan sonra da milli maraqlara xidmət edən siyasi xəttini davam etdirəcək:

“Partiya həmişə həm Ulu Öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin torpaqlarımızın işğaldan azad edilməsi uğrunda fəaliyyətini dəstəkləyib. YAP-ın sıralarında gənclərdən tutmuş yaşlılara qədər müxtəlif yaş qruplarından olan insanlar təmsil olunur. Azərbaycanın bütün sosial təbəqələrindən və regionlarından minlərlə vətəndaş bu partiyanın üzvüdür”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:54
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Noyabr 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see392

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see235

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see212

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see209

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see202

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see182

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see176

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see175

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see172

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see167

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see165

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see151

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see148

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see143

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see142

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see139

İranda etirazların səkkizinci günüdür

04 Yanvar 2026 09:16see137

ABŞ ın Venesuelada irimiqyaslı əməliyyat keçirəcək

04 Yanvar 2026 08:59see130

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri