Icma.az
close
up
RU
Aydın Qəhrəmanovun həmmüəllif olduğu “İdman zədələri: profilaktika, diaqnostika, müalicə və reabilitasiya” kitabı çap edilib

Aydın Qəhrəmanovun həmmüəllif olduğu “İdman zədələri: profilaktika, diaqnostika, müalicə və reabilitasiya” kitabı çap edilib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 15 may, AZƏRTAC

Prezident İlham Əliyevin səhiyyəyə ayırdığı diqqətin nəticəsi olaraq travmatologiya və ortopediya son illərdə texnoloji və elmi inkişaf nəticəsində Azərbaycanda ən sürətlə irəliləyən, dəyişən, əhatəsini genişləndirən sahələrdən birinə çevrilib. Hazırda ölkəmizin tibb müəssisələri dayaq-hərəkət sistemi xəstəliklərinin diaqnostikası və müalicəsində ən müasir avadanlıqlarla və beynəlxalq təcrübəyə malik həkimlərlə əhalinin xidmətindədir. Belə təcrübəli, peşəkar həkimlərdən biri də tibb elmləri doktoru Aydın Qəhrəmanovdur. O, doktorluq dissertasiyasını Türkiyə Hacəttəpə Universitetində müdafiə edib. Hazırda Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda Travmatologiya bölməsinin elmi rəhbəri vəzifəsində işləyir. Beynəlxalq AO Travma təşkilatının Azərbaycan bölməsinin sədridir. 120-dən çox elmi məqalənin müəllifidir.

Bu yaxınlarda Aydın Qəhrəmanovun həmmüəllifi olduğu “İdman zədələri: profilaktika, diaqnostika, müalicə və reabilitasiya” (Sports Injuries: Prevention, Diagnosis, Treatment and Rehabilitation) adlı yeni kitab nəşr edilib. Bununla bağlı Aydın müəllimlə müsahibəni diqqətinizə çatdırırıq.

- Aydın müəllim, bu yaxınlarda həmmüəllifi olduğunuz kitab işıq üzü görüb. Kitab nədən bəhs edir və harada çap olunub?

- Müasir dövrdə həm peşəkar, həm də həvəskar səviyyədə idmanla məşğul olanların sayı artır. Bununla da zədələnmə riskləri çoxalır. İdman zədələrinin profilaktikası, diaqnozu və müalicəsinin aktuallığı bir sıra mühüm amillərlə əsaslandırılır. Müalicə edilməmiş və ya düzgün müalicə olunmayan zədələr xroniki ağrılara, hərəkət məhdudiyyətinə və uzunmüddətli funksional pozğunluqlara səbəb ola bilər. Bu zaman zədələrin vaxtında və düzgün diaqnostikası ağırlaşmanın qarşısını alır və xəstələrin daha tez bərpasına şərait yaradır.

Kitab “İdman zədələri: profilaktika, diaqnostika, müalicə və reabilitasiya” (Sports Injuries: Prevention, Diagnosis, Treatment and Rehabilitation) adlanır. Kitabın baş redaktoru Türkiyə Hacəttəpə Universitetində uzun illər travmatologiya və ortopediya kafedrasının müdiri, Türkiyə travmatoloq və ortopedlər dərnəyinin sədri olmuş professor Mahmud Nedim Doraldır. Kitab tibb sahəsinin ən mötəbər mətbəəsi sayılan və Almaniyada yerləşən “Springer”də çap edilib.

- Kitabın yazılmasında kimlər iştirak edib və nəşrin ərsəyə gəlməsində fəaliyyətiniz nədən ibarətdir?

- İdman zədələrinin profilaktikası, diaqnozu və müalicəsi təkcə tibbi deyil, həm də sosial və iqtisadi baxımdan çox aktual və vacib məsələdir. Zədələr idmançıların yarışlarda iştirakına mane olur, bəzən isə karyeralarının sonlanmasına səbəb olur.

Bu kitab idman zədələrinin profilaktika, diaqnostika, müalicə və reabilitasiyasına aid 201 bölümdən və 4 cilddən ibarətdir. Kitabın yazılmasında beynəlxalq travmatoloq-ortoped alimlər qrupu iştitak edib. Amerika Birləşmiş Ştatları (ABŞ), İngiltərə, Fransa, İtaliya, Yaponiya, Türkiyə, İsveçrə, Almaniya da olmaqla, dünyanın 31 ölkəsini təmsil edən mütəxəssislər kitabın müxtəlif bölmələrinin yazılmasında əməklərini əsirgəməyib, metodikaları təsvir edib və təcrübələrini paylaşıblar. Kitabın ərsəyə gəlməsi 3 il çəkib.

Ümumiyyətlə, dünya təcrübəsində belə bir ənənə var ki, tibbi kitab yazılarkən hər bir bölmənin daha dəqiq araşdırılması üçün həmin sahədə uzun müddət çalışmış və təcrübəsi olan mütəxəssisə müraciət edilir. Mənim yazılmasında iştirak etdiyim bölmə “Bud-çanaq oynağında qoruyucu əməliyyatlar sonrası idmana qayıdış” (Return to Sports After Hip Preservation Procedures) adlanır. Bu bölmənin yazılmasında ən çox zəhməti ABŞ-nin Tomas Jeferson Universitetinin dünyaca məşhur professoru Cavad Pərvizi çəkib. 2023-cü ildə Tomas Jeferson Universitetində olduğum zaman bölmənin yazılmasında iştirak etmək şansını qazandım və buna görə professor Cavad Pərviziyə minnətdaram.

- Həmmüəllif olduğunuz bölmədə nədən bəhs edilir?

- Son iki onillikdə bud-çanaq oynağının qorunması sahəsində cərrahi texnika və reabilitasiya sahəsindəki inkişaf bir çox ixtisaslaşmış cərrahlar arasında daha az invaziv əməliyyatlar vasitəsi ilə idmançıların idman fəaliyyətlərinə daha erkən qayıtmalarını təmin edə biləcəyinə dair ümumi fikir yaradıb. Xəstələrdə bud-çanaq oynağının qoruyucu cərrahiyyə əməliyyatı aparılmasının əsas səbəbi onların seçdikləri idmana təhlükəsiz şəkildə qayıtmalarına imkan yaratmaqdır. Bu zaman öncə bud-çanaq oynağının xəstəliyinə səbəb olan vəziyyətin düzgün diaqnozu böyük əhəmiyyət kəsb edir.

- İdmançılarda bud-çanaq oynağında ən çox müşahidə edilən xəstəlik hansıdır?

- İdmançılarda bud-çanaq oynağında ən çox müşahidə olunan xəstəlik sıxışma sindromudur (FAİ). Bu patoloji vəziyyət oynaqda ağrıya səbəb ola bilər. Həmçinin bud çanaq oynağının hərəkət diapazonunu məhdudlaşdırır ki, bu da son nəticədə oynağın proqressiv pozulmasına (degenerasiyasına) gətirib çıxarır. İdmançılarda bud çanaq oynağının sıxışmasının daha çox yayılması xüsusi narahatlıq doğurur. Bundan əlavə, onlar bud çanaq oynağında daimi, təkrarlanan yükləmə və kəsmə qüvvələrinə məruz qalırlar ki, bu da xəstəliyin sürətlə irəliləməsinə səbəb olma ehtimalını yaradır.

- Bud çanaq oynağında sıxışma əsasən idmanın hansı növündə müşahidə edilir?

- Həddindən artıq bud çanaq oynağında bayır fırlanma ilə əlaqəli hərəkətləri müntəzəm olaraq yerinə yetirən balet rəqqasları sıxışma üçün risk altında ola bilərlər. Balet təlimi gənc yaşda saatlarla məşqi təşviq edir və bud çanaq oynağında fırlanan çoxplanar hərəkətlərin icrasını əhatə edir. Düzgün rəqs texnikaları ilə belə, bu təkrarlanan hərəkətlər həddindən artıq yaralanmalara səbəb ola bilər. Bir çox mövsümi idman növlərindən fərqli olaraq, balet rəqsi məşqi çox vaxt uzun müddət istirahət etmədən və ya digər fəaliyyətlərlə çarpaz məşq mövsümləri olmadan il boyu həyata keçirilir. Gənc idmançılarda artan zədə riski yüksək təsirli idman və məşq həcmi ilə əlaqələndirilib. Eynilə futbolçular arasında oynaqda sıxışma hallarının ümumi əhali ilə müqayisədə əhəmiyyətli dərəcədə yüksək olduğu aşkar edilib.

- Sonda hansı məsləhətləri vermək istərdiniz?

- Xəstələrin tədricən və nəzarət altında idmana qayıtmalarına icazə vermək məqsədəuyğundur. Xəstələrə bud çanaq oynağında qoruyucu əməliyyatdan sonra 3 ay ərzində qaçış və ya konki sürmə kimi yüksək təsirli idman növlərindən çəkinmək tövsiyə edilir. Daha sonra onlar məşqçi və ya fizioterapevtlərin nəzarəti ilə tədricən seçdikləri idman növlərinə qayıda bilərlər. İdmançılar başa düşməlidirlər ki, məşğul olduqları idman növləri oynaqda qalıq simptomlarının dərəcəsinə və sonradan zədələnmə ehtimalına birbaşa təsir göstərir. Bununla belə, xəstələrin bud çanaq oynağında qoruyucu cərrahiyyə əməliyyatı keçirmələrinin əsas səbəbi onların seçdikləri idmana qayıtmalarına şərait yaratmaqdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 May 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see282

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see216

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see167

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see158

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see155

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see150

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see147

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see147

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see147

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri