Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Şəhadətə ucalan arzular: Elməddin Qəhrəmanovun ömür yolu

Şəhadətə ucalan arzular: Elməddin Qəhrəmanovun ömür yolu

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Naxçıvan, 5 oktyabr, AZƏRTAC

Vətən müharibəsində qəhrəmanlıq dastanı yazan oğullardan biri də Elməddin Qəhrəmanovdur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, o 1997-ci il yanvarın 26-da Kəngərli rayonunun Qıvraq qəsəbəsində dünyaya göz açıb. 2003–2011-ci illərdə Qıvraq qəsəbəsi tam orta məktəbində, 2011–2014-cü illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini (AAHM) bitirdikdən sonra - 2018-ci ildən Vətənə xidmətə başlayıb. Azərbaycan Ordusunun leytenantı kimi Elməddin Qəhrəmanov 2020-ci il sentyabrın 27-də işğal altında olan ərazilərin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində böyük şücaət və rəşadət nümayiş etdirib. Oktyabrın 6-da Ağdam rayonu istiqamətində şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Elməddin Qəhrəmanov 3-cü dərəcəli “Rəşadət” ordeni və “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub.

Elməddinin böyüdüyü evin həyətinə daxil olanda atası Niyaməddin kişini iş başında görürük. Qayğıkeş, zəhmətkeş atanın bütün xəyallarını Vətənə qurban verən zabit oğlunun əziz xatirəsinə həyətində ayrıca otaq inşa etdirərək muzey yaratdığını öyrənirik.

“Vətən bizim namusumuz, qeyrətimiz, varlığımızdır” deyir qürurla şəhid atası: “Biz xalq olaraq çox çətin günlər yaşamışıq. Hər birimiz müstəqilliyi necə qazandığımıza da, Naxçıvanın necə qorunduğuna da şahidik. 1990-cı illərin çətin günlərində Sədərəyi, Naxçıvanı qoruduq, amma çox təəssüf ki, mərkəzi hakimiyyətin səriştəsizliyi ucbatından Qarabağımızı itirdik. 30 ilə yaxın bu xalq öz yurduna həsrət qaldı. Lakin heç kim ümidini itirmədi, çünki Prezidentə, apardığı siyasətə inanırdıq. Bilirdik ki, Qarabağ bir gün mütləq azad olacaq. Oğlum hərbçi olmaq istəyini mənə deyəndə Qarabağın işğalı, Xocalı faciəsi, evindən didərgin düşmüş insanlar gəldi ağlıma. Çünki yaxşı bilirdim ki, erməni kimi düşməni olan ölkənin hərbçisinin çiyinlərində necə ağır bir yük var. Hərbçi olmaq istəyən gənc cəsarətlidir, ancaq müharibə şəraitində olan bir dövlətin zabiti olmaq istəyən gənc isə artıq şəhadət şərbətini içməyə hazır olan gəncdir. Onun bu istəyi ilə razılaşanda sevincini görmək məni qürurlandırdı. Elməddinlə fəxr edirəm, çünki başımızı uca etdi bizə Qələbə gətirdi”.

Söhbətimizə Təranə ana qoşularaq bizi oğlunun otağına dəvət edir. İçəri daxil oluruq. Otağın hər tərəfindən bizə “baxır” Elməddin. Uca boylu, sərv qamətli, gülər üzlü, yaraşıqlı bir oğul. Anasının doya-doya qucaqlaya bilmədiyi nişan xonçaları məzarına düzülən, Vətəni yarından, anasından, canından çox sevən igid. Sevib-seçdiyi hərbi formalarına, son dəfə ayağına geyindiyi çəkmələrə baxıram. Çəkmələr təmizdir, yalnız altında palçıq qalıb.

“Həmin gün bu çəkmələr var imiş ayağında yumağa qıymadım. Axı Qarabağ torpağıdır, illərlə həsrət qaldığımız torpaq. Balalarımızın qanı axan torpaqdır o”, - deyir şəhid anası.

Təranə xanım bildirir ki, Elməddin kiçik yaşlarından hərbiyə həvəsli idi. Zabit olmaq istəyirdi, qəsəbədə yerləşən hərbi hissəyə gedib- gələn hərbçilərə baxaraq mən də zabit olmaq istəyirəm deyirdi: “Hər dəfə bu sənət çox çətindir, ağırdır ay bala, başqa sənət seç desəm də faydası olmurdu. Ancaq anayam axı, ürəyim dözmədi, dedim qoy balam arzusuna çatsın. Naxçıvan şəhərindəki Hərbi Liseyə qəbul oldu, sonra Bakıya uzandı yollarımız. Təhsilini bitirib evə gələndə özünə yeni hərbi forma almışdı. Əyninə geyinərək paqonlarını çiyninə taxıb çölə çıxdı. Balamın uca boyuna, yaraşıqlı simasına elə gözəl yaraşırdı ki, hərbi forma. “Ay Elməddin necə yaraşıqlı olmusan, gün o gün olsun general olasan”, - dedim. “Arzu edirəm ki, general olanda sənin hərbi formanı özüm alım”, - söylədim. O isə məni möhkəm sinəsinə sıxıb, “ay ana generaldan da böyük məqam var, sən dua elə mən ona yüksəlim”, - dedi. “Amin”, - dedim oğlumun arzusuna. Mən o an bilməzdim ki, balam özünə şəhidlik arzulayırmış”

Şəhid anası deyir ki, Elməddin xidməti vəzifəsini 2018-ci ildən Ağdamda yerinə yetirirdi. Vətən müharibəsi başlayan günlərdə də orada idi. Müharibə dövründə imkan olanda zəng vurar, danışardı. Hər dəfə narahat olmayın vəziyyət yaxşıdır düşmənin nəfəsi kəsilir artıq deyərdi.

“Oktyabrın 6-sı dan yeri ağarandan sanki ürəyimə od düşmüşdü, yanırdı. Demək hiss edirmişəm balamın son nəfəsini. Elməddinin şəhidlik zirvəsinə ucaldığı gün həyatımın ən çətin günü oldu. O, ən böyük arzusuna çatıb ən yüksək məqamı qazandı. Ayağının dəydiyi yerdə güllər bitir artıq”, - deyə Təranə xanım əlavə edir.

Qəhrəman yetişdirən ana-ata ilə sağollaşır Naxçıvan şəhərinə qayıdırıq. Kəngərli rayon Bayraq Meydanında bizi “yola salan”, qürurla dalğalanan bayrağımıza baxır və Xalq şairi Bəxtiyar Vahabzadənin “Bayraq” şeirindəki bir neçə misranı dodaqaltı pıçıldayıram:

“Daim ucalasan! Savaş günündə

Əsgər silahıyla səni tən görüm.

Yalnız zəfər çalmış şəhid önündə

Səni alqış üçün əyilən görüm”.

Bəli, ucaldı bayrağımız ən uca zirvələrə. İndi o, daha böyük qürurla dalğalanır. Çünki Elməddin Qəhrəmanov kimi igidlərin sayəsində, qalib ordunun Müzəffər Ali Baş Komandanının əlləri ilə Şuşada, Xankəndidə, Qubadlıda, Cəbrayılda göylərə yüksəlib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Oktyabr 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see536

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see390

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see359

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see311

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see296

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see291

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see269

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see266

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see263

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see249

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see244

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see244

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see242

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see225

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see220

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see218

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see210

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see199

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see185

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri