Aygün Artar bu quruma üzv oldu
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin (TADİV) sədri, professor Aygün Attar Türk İnternet Media Birliyinin (TİMBİR) Yüksək Məsləhət Şurasına üzv qəbul olunub.
Bakıvaxtı.az xəbər verir ki, üzvlük sənədi TİMBİR-in Ankaradakı yeni mərkəzi ofisinin açılış mərasimində təqdim edilib.
Mərasimə Türkiyənin hökumət və dövlət rəsmiləri, millət vəkilləri, siyasi partiya rəhbərləri, ictimaiyyət nümayəndələri və jurnalistlər qatılıblar.
Aygün Attar mürəkkəb proseslərin yaşandığı indiki dövrdə birlik və həmrəyliyə ehtiyacın daha da artdığını vurğulayıb. O, sağlam cəmiyyətin formalaşmasında medianın mühüm rol oynadığını, bu baxımdan media nümayəndələrinin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.
Mərasim çərçivəsində Attara TİMBİR-in Yüksək Məsləhət Şurasının üzvlüyünü təsdiqləyən sənəd təqdim olunub.
Qeyd edək ki, TİMBİR-in Yüksək Məsləhət Şurasına Türkiyənin Milli Təhlükəsizlik Şurasının uzun illər baş katibi olmuş Seyfullah Hacımüftüoğlu rəhbərlik edir.
Şurada Ankara Ticarət Palatasının sədri Gürsel Baran, AK Partiyanın Mərkəzi İdarə Heyətinin üzvü, professor Zakir Avşar, Türkiyə Prezidenti yanında Təhsil Siyasəti Şurasının üzve Səlcuq Pəhləvanoğlu və digər tanınmış şəxslər təmsil olunurlar.
Tədbirdə Aygün Attarı TADİV baş katibi Əli Əkbər Tufan müşayət edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 10 Oktyabr 2026 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















