Icma.az
close
up
RU
Aygün Kazımova: 31 səsin toplandığı zirvə

Aygün Kazımova: 31 səsin toplandığı zirvə

Icma.az, Olay.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Aygün Kazımova: 31 səsin toplandığı zirvə

Pərviz Hüseyn yazır...

Azərbaycan estradasının əfsanəsi Aygün Kazımova bir daha göstərdi ki, o, sadəcə müğənni deyil, bir məktəb və novatordur.

Bu gün 31 müğənninin onun mahnılarını ifa etməsi təsadüf deyil. Bu, illərlə sənətə verdiyi zəhmətin bəhrəsidir.

Aygün Kazımovanın musiqiləri hər nəslin həyatına toxunub. Onun səsi ilə böyüyənlər də, mahnıları ilə sevgi yaşayanlar da, kədərini, sevincini onun ifasında tapanlar da çoxdur. İndi isə müxtəlif janr və üslubda olan 31 sənətçinin eyni albomda birləşərək “Best of Aygün – ALL STARS” layihəsini təqdim etməsi, əslində, bir millətin musiqi tarixinin önəmnli səhifələrindən biridir.

Bu albom sadəcə nostalji deyil, həm də gələcək nəsillərə bir mirasdır. Çünki burada ifa olunan hər bir mahnı həm orijinal melodiyanın gücünü, həm də yeni nəfəsin təzəliyini daşıyır. Aygün Kazımova sənəti ilə göstərir ki, musiqi zamanı aşır, ruhu birləşdirir və hər kəs üçün başqa bir mənaya çevrilir.

Əgər 31 sənətçi eyni anda bir müğənninin repertuarına üz tutur və onu öz səsi ilə yaşadırsa, bu artıq bir fenomenin sübutudur. Aygün Kazımova fenomeni isə Azərbaycan estradasının parlaq ulduzu olaraq bundan sonra da bənzərsizliyini qoruyacaq.

İndi keçək alboma...

“Sevgilim, süz” mahnısı albomda iki cür səslənib. Biri Xalq artisti Zülfiyyə Xanbabayevanın ifasında, digəri isə Azad Şabanovun ifasında. Zülfiyyə xanım mahnını elə oxuyub ki, insan özünü əlində qırmızı şərabla dolu qədəh tutmuş kimi hiss edir. Azadın ifası isə daha çılğın və emosionaldır. O, mahnını çox yaxşı ifa edib.

İlqarə “Карие Глаза” və səs tembri ilə bizi 90-ların Aygün Kazımovasının yanına aparır.

Nəzərə alaq ki, bu yazıda ən çox bəyəndiklərimin adını çəkirəm. Adını çəkmədiyim ifaçılar məndə heç bir emosiya oyatmamış deməkdir...

Xalq artisti Tünzalə Ağayeva “İstəmirəm”i, Əməkdar artist Abbas Bağırov “Təkcə səni” mahnısını, Xatun “Həyatımla oynama”nı, Dilarə Kazımova “Tez gəl”i öz tərzində səsləndirib. Bu, mahnıya rəng qatıb. Dilarə Kazımovanın aranjimanı isə çox gözəldir. Uzun illər sonra Dilarənin əyninə “oturan” yeganə mahnıdır.

Mehin & NURAN – “Dözmədi Qəlbim” albomda yeganə duetdir. Kliplərindəki ikonik obraz və mahnıyla sosial mediada xeyli diqqət çəkirlər.

Gülay Zeynallı çox gözəl səs tembrinə malik olsa da, mahnı seçimi yanlış olub. O, “İtkin gəlin”i elə səsləndirib ki, gəlin yenidən itkin düşüb. 

İradə İbrahimova səs rəngini bəyəndiyim və dəyər verdiyim sənətçilərdəndir, amma onun da mahnı seçimi yanlışdır. Aygün Kazımova “Məktub”u elə ifa edib ki, sanki həqiqətən məktub tapmışdı. İradə xanım isə mahnını məktub almış kimi yox, e-mail almış kimi səsləndirib.

Murad Arif “Səni düşündükcə” mahnısını özünəməxsus şəkildə ifa edib. Mahnı ona çox yaraşıb. Mahnıda bir azadlıq eşqi var sanki.

Aysel Əlizadə - “Oduma Alışmırsan”, Elvin Babazadə - “Məhəbbətə Hə, Xəyanətə Yox”, Nigar Camal -  “Я Девушка Восточная”, Ayaz Babayev – “Mən Sənsiz (Dəli Rüzgar)”, Günay İbrahimli – “Bu Sevgi”, Lalə Məmmədova – “Sənsiz Bir Günüm Olmasın” şirin ifalardır və seviləcək.

YAP10 - S.U.S.-u çox fərqli tərzdə insanlara çatdırıb. Miro “Son söz” mahnısını da öz tərzinə uyğunlaşdırıb. Bu məqamda “Döngə” qrupunu qeyd etməmək günahdır. Onlar “Sənsizliyim”i üsyan edirmiş kimi ifa ediblər.

Səidə Sultan – “Apar Məni”ni illər öncə təqdim etsə də, albomda da yer alması çox xoş olub. 

Ümumilikdə, hər kəs fərqli olmağa can atıb və bu gözəl albomu ərsəyə gətiriblər. Hər kəsə xoş dinləmələr. Aylarla albomun üzərində çalışan Aygün Kazımovanın komandasına, xüsusilə sənətçisini bir etapdan digərinə daşıyan Ruslan Ağayevə xüsusi təşəkkürlər düşür.

Mənim hanı mahnını bəyənib, bəyənməməyimdən asılı olmayaraq, qulağınızın pasını siləcək bu zövqlü musiqiləri dinləməyiniz məsləhətdir. Əl-əxsus da rəqəmsal platformalarda.
Təbriklər, Aygün Kazımova! Təbriklər, Azərbaycan musiqisi!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:307
embedMənbə:https://olay.az
archiveBu xəbər 04 Oktyabr 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri