AYİB in ilk manat istiqrazlarına hərracda yüksək tələb yaranıb
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Oktyabrın 1-də "Avropa Yenidənqurma və İnkişaf Bankı"nın (AYİB) ilk manat istiqrazlarına Bakı Fond Birjasında (BFB) keçirilən hərracda yüksək tələb yaranıb.
"APA-Economics" bu barədə BFB-yə istinadən xəbər verir. Məlumata görə, istiqrazlar dəyişən faizli, təmin edilməmiş, sənədsiz və adlı formada buraxılıb. Hərrac kütləvi birqəymətli üsulla keçirilib. Buraxılışın həcmi 50 mln. manat təşkil edib. Hər biri 100 min manatlıq olan 500 istiqraz üzrə sifarişlərin ümumi həcmi isə 55,2 mln. manat olub. Hərraca 12 investor cəlb olunub, sifarişlərin sayı da 12 təşkil edib. Beləliklə, hərrac tam həcmdə reallaşdırılıb.
İstiqrazların tədavül müddəti 1 ildir. Faiz ödənişləri rüblük həyata keçiriləcək.
Emitentin anderrayteri kimi “ABB-İnvest İ.Ş.” QSC və “Unicapital İ.Ş.” ASC çıxış edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 01 Oktyabr 2025 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















