Icma.az
close
up
RU
AYİB in “Unibank”a maliyyə dəstəyi

AYİB in “Unibank”a maliyyə dəstəyi

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Ayrılan vəsait ticarətin genişlənməsinə yönəldiləcək

“Unibank” və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında ticarət əməliyyatlarının dəstəklənməsinə yönələn yeni tərəfdaşlıq razılaşması əldə olunub. AYİB Azərbaycanda ilk dəfə “Unibank”a Ticarətin Asanlaşdırılması Proqramı çərçivəsində 5 milyon dollar (təxminən 4,4 milyon avro) məbləğində maliyyələşmə limiti ayırıb. Respublikamızın sistem əhəmiyyətli banklarından biri olan “Unibank”la bu razılaşma AYİB-in Londonda keçirilən 2025-ci il illik yığıncağı çərçivəsində imzalanıb.

Bu əməkdaşlıq “Unibank”a özəl sektorun beynəlxalq ticarət əməliyyatlarını daha səmərəli şəkildə maliyyələşdirməyə və dünya bankları ilə əlaqələri genişləndirməyə imkan verəcək. Eyni zamanda, bu təşəbbüs ölkəmizin qeyri-neft sektorunun inkişafını və idxal-ixrac əməliyyatlarının artmasını dəstəkləyəcək.

AYİB-nin Mərkəzi Asiya, Qafqaz və Türkiyə üzrə maliyyə institutları direktoru Corc Orlov bildirib: “Londonda keçirilən AYİB-in illik yığıncağında “Unibank”dan olan həmkarlarımızı qarşılamaqdan məmnunam. Bu, cari il ərzində imzalanan ikinci razılaşmadır və bu dəfə xarici ticarətin dəstəklənməsi məqsədilə ticarət maliyyələşməsi xətti açılır. Əminəm ki, bu əməkdaşlıq “Unibank”ın ticarət maliyyələşməsi sahəsində fəaliyyətini genişləndirməsinə və Azərbaycanda ixrac-idxal əməliyyatlarının inkişafına töhfə verəcək”.

“Unibank”nın baş investisiya inzibatçısı Emin Rəsulzadənin sözlərinə görə, AYİB ilə əməkdaşlığın daha bir mərhələyə keçməsi qürurverici hadisədir. Müştərilərin xarici ticarət əməliyyatlarının inkişafı istiqamətində atdığı addımların belə nüfuzlu bir institut – AYİB tərəfindən tanınması və dəstəklənməsi “Unibank” üçün böyük önəm daşıyır. Bu tərəfdaşlıq “Unibank”ın Azərbaycanın qeyri-neft sektorunun inkişafına yönələn strategiyasında mühüm yer tutur.

AYİB-nin Ticarətin Asanlaşdırılması Proqramı hazırda 27 ölkədə fəaliyyət göstərir və 125-dən çox emissiya bankı, 800-dən artıq təsdiqləyici bankdan ibarət geniş şəbəkəni əhatə edir. Proqram yerli banklara təqdim olunan zəmanətlər vasitəsilə beynəlxalq ticarəti asanlaşdırır və yeni bazarlara çıxışı təşviq edir. AYİB Azərbaycanda aparıcı institusional investorlardan biridir və bu bank indiyədək ölkə iqtisadiyyatının müxtəlif sahələrində, təxminən, 4 milyard avro məbləğində 200-ə yaxın layihəyə sərmayə qoyması ilə diqqət çəkir. Bankın yenilənən Azərbaycan strategiyası ölkənin qeyri-neft sektorunun inkişafını və yerli maliyyə institutlarının dəstəklənməsini, eləcə də “yaşıl” iqtisadiyyata sərmayələrin artırılmasını şərtləndirir.

Xatırladaq ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq ölkəmizin iqtisadi inkişaf strategiyasının mühüm komponentlərindən birinə çevrildi. Bu qurumlardan biri də AYİB oldu.

1991-ci ildə təsis olunan bu bank keçid iqtisadiyyatları üçün bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan dayanıqlı inkişafı təşviq etməyi qarşıya mühüm məqsəd kimi qoyub. Azərbaycanla AYİB arasında əməkdaşlıq isə 1992-ci ildən başlayaraq tədricən dərinləşin və müxtəlif sektorlarda konkret nəticələr doğurub.

AYİB respublikamızda fəaliyyətinə 1992-ci ildə ölkənin quruma üzv qəbul olunması ilə başlayıb. Bankın ilk investisiyaları 1990-cı illərin ortalarında enerji sektoru və maliyyə xidmətlərinə yönəlib. Azərbaycanın zəngin enerji ehtiyatlarının Avropa bazarlarına çıxarılmasında AYİB-in rolu xüsusilə önəmli olub. Bu dövrdə bu bank Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri və “Şahdəniz” qaz layihəsi kimi irimiqyaslı enerji layihələrinin maliyyələşdirilməsində iştirak edib. Bu investisiyalar Azərbaycanın enerji ixracatçısı kimi mövqeyini daha da möhkəmləndirib.

2000-ci illərdən etibarən AYİB-in Azərbaycandakı fəaliyyəti təkcə enerji deyil, həm də qeyri-neft sektorunun inkişafına dəstək vermək istiqamətində genişlənməyə başlayıb. Bu mərhələdə bank daha çox özəl sektorun, xüsusilə də kiçik və orta sahibkarlığın (KOB) inkişafına yönəlmiş layihələrə diqqət ayırıb.

Qeyd edək ki, respublikamızın enerji sahəsində əldə etdiyi uğurlarda AYİB-in payı az deyil. Bank Dövlət Neft Şirkətinin bəzi investisiya layihələrinin maliyyələşdirilməsində, o cümlədən emal və nəqliyyat infrastrukturunun təkmilləşdirilməsində mühüm rol oynayıb. Son illərdə bank bərpa olunan enerji sektoruna da diqqət yetirməyə başlayıb. 2020-ci illərdə AYİB Azərbaycanda günəş və külək enerjisi layihələrinin inkişafı üçün hüquqi-institusional mühitin yaradılmasına texniki yardım göstərib. Bu, Azərbaycanın “yaşıl” enerji keçidinə dəstək verən vacib addımlardandır.

AYİB-in strateji prioritetlərindən biri də özəl sektorun, xüsusilə kiçik və orta sahibkarlığın gücləndirilməsidir. Bank Azərbaycan üzrə bir sıra yerli bank və maliyyə institutları ilə əməkdaşlıq edərək KOB-ların maliyyə resurslarına çıxışını asanlaşdırıb. Kredit xətləri, texniki yardım və konsultasiya proqramları vasitəsilə bank yüzlərlə sahibkara öz bizneslərini böyütmək imkanı yaradıb.

Sözügedən maliyyə qurumu Azərbaycan maliyyə sektorunun inkişafı üçün texniki dəstək və sərmayələr ayırmaqla bu sahədə struktur islahatlarına mühüm töhfə verib. Bank qadın sahibkarlığının maliyyələşdirilməsinə xüsusi diqqət ayıraraq inklüziv maliyyə alətlərini təşviq edib.

Son illərdə bank Azərbaycanda nəqliyyat və logistika infrastrukturunun inkişafına da maraq göstərib. Bank regionlararası əlaqəliyin gücləndirilməsi və Orta Dəhliz kimi beynəlxalq təşəbbüslərin dəstəklənməsi baxımından mühüm layihələrdə iştirak edib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və dəmir yolu infrastrukturunun inkişafı kimi layihələr AYİB-in diqqətində saxlanılıb.

Beynəlxalq maliyyə qurumu Azərbaycanda “Yaşıl iqtisadiyyata keçid proqramı” çərçivəsində müxtəlif təşəbbüsləri dəstəkləyir. Bank bərpa olunan enerji, enerji səmərəliliyi və ətraf mühitin qorunmasına yönəlmiş layihələrə texniki və maliyyə dəstəyi verir. Eyni zamanda, 2023-cü ildə Bakıda keçirilən COP29-a hazırlıq kontekstində Azərbaycanın iqlim gündəminin həyata keçirilməsində tərəfdaş kimi çıxış edir.

Azərbaycan və AYİB arasında əməkdaşlığın gələcək mərhələsi, əsasən, iqtisadiyyatın şaxələndirilməsi, yaşıl enerji keçidi və rəqəmsal transformasiya istiqamətində davam edəcək. Bank, eyni zamanda, regionların inkişafı və aqrar sektorun dayanıqlı böyüməsinə dəstək göstərmək niyyətindədir. Bu, ölkənin uzunmüddətli milli prioritetlərinə uyğun gəlir.

AYİB ilə Azərbaycan arasında əməkdaşlıq qarşılıqlı etimada və inkişaf yönümlü təşəbbüslərə əsaslanır. Bu beynəlxalq maliyyə qurumunun respublikamızda həyata keçirdiyi layihələr təkcə iqtisadiyyatın konkret sahələrinə deyil, bütövlükdə ölkənin dayanıqlı və inklüziv inkişafına töhfə verməkdədir. Bu əməkdaşlıq gələcəkdə daha da dərinləşərək, Azərbaycan iqtisadiyyatının müasir çağırışlara uyğun inkişafına xidmət edəcək.

Sonda xatırladaq ki, AYİB tərəfindən aparılan tədqiqatlar Azərbaycanda ekoloji cəhəfdən təmiz hidrogen istehsalının məqsədəuyğun olduğunu təsdiq edib. Bununla yanaşı, adıçəkilən bankın dəstəyi ilə Niderlandın tanınmış “Advision” şirkəti ilə Azərbaycanın hidrogen potensialının qiymətləndirilməsi ilə bağlı təhlili də yekunlaşıb. Qurumun hesabatında ölkəmizin bu sahədəki potensial imkanları ilə bağlı müsbət məqamlar yer alıb.

Maliyyə qurumunun ölkəmizin bərpaolunan enerji layihələrinin həyata keçirilməsi ilə bağlı fəaliyyətindən danışarkən bankın hazırda respublikamızın şərqində 240 meqavatt gücündə külək enerjisi stansiyasının tikintisini maliyyələşdirdiyi daha çox diqqət çəkir. Bu, külək enerjisi sahəsində ölkədə ilk təşəbbüs olmaqla Qafqazda bu cür ən böyük layihədir. Stansiya istismara verildikdən sonra ildə 893 qiqavatt-saatadək xalis elektrik enerjisinin hasil olunacağı gözlənilir. Ölkəmiz tərəfindən AYİB-in fəaliyyətində xüsusi yer tutan “Xəzər–Avropa İttifaqı Yaşıl Enerji Dəhlizi” layihəsi də yüksək dəyərləndirilir.

AYİB-in ölkəmizdəki fəaliyyəti təkcə “yaşıl” enerji layihələrinin maliyyələşdirilməsi ilə məhdudlaşmır. Ümumiyyətlə, Azərbaycan–AYİB əməkdaşlıq imkanları və bankın maliyyə dəstəyi ilə həyata keçirilən layihələr genişmiqyaslıdır. Maliyyə qurumunun indiyədək respublikamızda 188 layihəyə 3,6 milyard avrodan çox sərmayə qoyması, ümumi investisiyaların 13 faizinin özəl sektorun payına düşməsi də bunun bariz təsdiqidir. Bundan başqa, AYİB-in təkcə 2022-ci ildə Azərbaycanda 9 layihəyə 86 milyon avro investisiya qoyması və həmin vəsaitin 71 faizinin “yaşıl iqtisadiyyat”ın inkişafına, bərpaolunan enerji mənbələrinə yönəltməsi isə maliyyə qurumunun ölkəmizin inkişafına əhəmiyyətli töhfəsidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:218
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 May 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sertifikasiya qalmaqalı: bu dəfə texnologiya müəllimləri səhv aşkarladı

28 İyun 2026 12:14see1490

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

27 İyun 2026 04:52see259

“Qarabağ” “Tirol” oyunu hansı kanalda nümayiş olunacaq?

27 İyun 2026 16:03see230

Rusiyanın “yuxusunu ərşə çəkən” adam milyonçu “Madyar“ kimdir...

27 İyun 2026 16:17see221

Mbappe DÇ 2022 nın yarımfinalından bəri ilk dəfə mundial matçında qol vurmayıb

27 İyun 2026 07:15see213

İspaniya Uruqvaya qarşı Yenilənir

27 İyun 2026 02:43see207

Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

27 İyun 2026 09:42see204

Bu yayın ən şanslıları onlardır

28 İyun 2026 01:46see204

DÇ 2026: Messi ehtiyatda: İordaniya Argentina Heyətlər

28 İyun 2026 05:07see203

DÇ 2026: İspaniya və Kabo Verde yığmaları pley offda

27 İyun 2026 08:04see200

UFC Bakı: Rafael Fiziyev və digər təmsilçilərimiz oktaqona çıxır YENİLƏNİR

27 İyun 2026 17:14see197

Müharibədə təşəbbüsün Rusiyaya məxsus olduğu mərhələ başa çatdı Polşa

27 İyun 2026 14:24see187

Almaniya məcburi hərbi xidməti nəzərdən keçirir

28 İyun 2026 01:40see172

DÇ 2026 da “pley off”a çıxan komandalar artdı ADLAR

27 İyun 2026 10:40see171

DÇ 2026: Harri Keyndən yeni rekord

28 İyun 2026 06:32see166

Anomal istilər gəlirləri azaldır və yoxsulluq riskini artırır ARAŞDIRMA

28 İyun 2026 16:35see165

Panama DÇ 2026 nı qolsuz başa vuran yeganə komanda olub

28 İyun 2026 03:25see160

DÇ 2026: İspaniya Uruqvayı məğlub edərək lider kimi pley offa çıxdı

27 İyun 2026 06:18see155

Qaraciyərinizin bərpa olunduğunu göstərən 4 əlamət

27 İyun 2026 02:06see154

Bakıda UFC Fight Night Baku turnirinə start verildi

27 İyun 2026 17:16see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri