Icma.az
close
up
RU
Ayın görünən və görünməyən tərəfləri arasındakı fərqin sirri

Ayın görünən və görünməyən tərəfləri arasındakı fərqin sirri

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Yaponiyanın Ehime Universitetindən, Almaniyadan və Niderlanddan olan beynəlxalq alimlər qrupu Ayın görünən və görünməyən tərəfləri arasındakı fərqləri izah edən yeni sübutlar aşkar ediblər. Bu tədqiqat Nature Communications jurnalında dərc olunub və Ay süxurlarında xlor və digər halogenlərin tərkibinin analizinə əsaslanır.

Ayın ikiüzlülük sirri

Təxminən 4,5 milyard il əvvəl Yer ilə fərziyyəvi Teya adlı planetin toqquşması nəticəsində yaranmış Ayın iki tərəfi arasında kəskin fərq var. Yerdən görünən tərəf qədim lava axınları nəticəsində formalaşmış tünd “dənizlər” – geniş bazalt düzənliklərlə örtülüdür. Digər tərəfi isə demək olar ki, bu cür dənizlərdən məhrum, açıq rəngli yüksək dağlıq regionlardan ibarətdir. Bu asimmetriya, yəni Ayın “dixotomiyası”, onilliklər ərzində planetologiyanın əsas sirrlərindən biri olub.

Xlorun Ay tarixində rolu

Alimlər Ayın formalaşması dövründə maqmatik təbəqəsinə xas olan yüksək təzyiq və temperatur şəraitini laboratoriyada modelləşdiriblər. Onlar xlorun Ay süxurlarındakı minerallar və ərimə arasındakı paylanmasını öyrəniblər. NASA-nın “Apollo” missiyaları ilə Ayın görünən tərəfində toplanan nümunələrdə xlorun yüksək miqdarda olduğu müəyyən olunub. Halbuki Çin aparatının (“Çanxe-5”) görünməyən tərəfdən gətirdiyi süxurlarda bu müşahidə edilməyib.

Tədqiqatçılar bu fərqi yalnız görünən tərəfin səmasında yayılmış metal xlorid buxarlarının mövcudluğu ilə əlaqələndirirlər. Bu buxarlar bazalt püskürmələri zamanı qazların ayrılması (deqazasiya) və ya meteorit zərbələri nəticəsində meydana gələ bilərdi. Nəticədə, görünən tərəf xlor və digər uçucu elementlərlə zənginləşib.

Görünməyən tərəf – ilkin Ayın izləri

Ayın görünməyən tərəfi isə daha "ilkin" kimyəvi tərkibini saxlamışdır. Bu tərkib Ayın yaranmasından sonra onu örtmüş maqmatik okeanın vəziyyətinə yaxındır. Modellər göstərir ki, bu tərəfdəki bəzi süxurlar Ay mantiya təbəqəsinin dərin qatlarından gəlir və həmin qədim okeanın izlərini daşıyır. Burada böyük bazalt püskürmələrinin və meteorit təsirlərinin daha az olması bu süxurların təbii halını qorumasına imkan verib.

Kəşfin əhəmiyyəti

Əldə olunan məlumatlar göstərir ki, Ayın tərəfləri arasındakı fərq yalnız geoloji deyil, həm də kimyəvi təkamül ilə bağlıdır. Xlor bu proseslərin göstəricisi kimi çıxış edərək baş verən püskürmələrin və zərbələrin Ayın görünən tərəfini necə formalaşdırdığını anlamağa kömək edir. Əksinə, görünməyən tərəf Ayın erkən tarixinin bir növ “arxivi” olaraq qalır.

Tədqiqatın aparıcı müəllifi – Ehime Universitetindən olan alim – qeyd edir: “Tədqiqatımız göstərir ki, Ayın görünməyən tərəfinin öyrənilməsi onun yaranması və təkamülünü anlamaq üçün həlledici əhəmiyyət daşıyır.”
Tədqiqatın perspektivləri

Bu kəşf Ayın tədqiqi üçün yeni istiqamətlər açır. Alimlər “Çanxe-5” missiyası ilə gətirilən nümunələrin təhlilini davam etdirməyi planlaşdırır. Gözlənilir ki, NASA-nın Artemis kimi gələcək missiyaları Ayın hər iki tərəfinin kimyəvi tərkibi haqqında əlavə məlumat təqdim edəcək. Xüsusi diqqət xlor kimi uçucu elementlərə yönəldiləcək – çünki onlar Ayın formalaşmasının erkən mərhələləri və onun maqmatik okeanı barədə dəyərli ipucları verə bilər.

Ay süxurlarında xlorun tədqiqi alimlərə Ayın ən maraqlı sirrlərindən birinə – görünən və görünməyən tərəflər arasındakı fərqlərə – aydınlıq gətirməyə imkan verdi. Görünən tərəf püskürmələr və meteorit zərbələri nəticəsində xlorla zənginləşib, görünməyən tərəf isə ilkin maqmatik okeanın izlərini saxlayaraq daha qədim və dəyişməz olaraq qalıb. Bu kəşflər təkcə Ayın tarixini daha dərindən anlamağa kömək etmir, həm də yaxın gələcəkdə Ayın daha dərindən tədqiqinə ehtiyacın olduğunu vurğulayır.

S.ELAY

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 İyun 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri