Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Boşanma statistikasının görünməyən tərəfləri

Boşanma statistikasının görünməyən tərəfləri

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Humay Axundzadə
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri 


Son illər Azərbaycanda  boşanma statistikasına aid bəzi rəqəmlər bu sahədə müəyyən artımın  olduğunu deməyə əsas verir. Lakin statistikaya istinadların yarımçıqlığı, rəqəmlərin geniş demoqrafik kontekstdə nəzərdən keçirilməməsi boşanma sahəsində vəziyyətin olduğundan daha dramatik görünməsinə gətirir. Bəli, boşanma sayında artım vardır, bu danılmazdır. Lakin onunla bərabər hər il bağlanan nikah sayındakı azalma birtərəfli və qərəzli şəkildə şərh edilir. Çox vaxt il ərzində baş verən boşanmalar da bu kontekstdə müzakirə olunduqda Azərbaycanda ailə institutu haqqında ümumiyyətlə pessimist mülahizələr səslənir. Bəzi rəqəmlərə nəzər salaq:

Ölkəmizdə 2008-ci ildə bağlanan nikah sayı  79964, boşanma sayı 7933 olub, yəni birincinin ikinciyə nisbəti təqribən 10-a bərabər idi. 2018-ci ildə rəqəmlər  müvafiq olaraq nikah üçün 62484 və boşanma üçün 14857, 2021-ci ildə isə 56314 və 17191 olub. Bu dinamikaya əsaslanaraq,  nikah və boşanma nisbətinə nəzər salsaq, əvvəlki nisbətin əvvəlcə  4,2-yə, daha sonra isə 3,3-ə qədər endiyi aydın olur. Hətta 2023-cü il üçün bu nisbətin 2,5-ə bərabər olduğu üzə çıxır - 54200- nikah sayı,  21688- boşanma sayıdır (Mənbə:  Dövlət Statistika Komitəsi, Əhali, Nikah və boşanmalar).

Nikah sayının azalması, boşanma sayının artması şübhəsizdir. Lakin bu hər iki qurulan ailənin dağılması deməkdirmi? Xeyr. Çatışmayan statistik rəqəmlərdən biri boşanan insanların nə zaman evlənməsidir. Aydındır ki, indi boşananların bir qismi az öncə evlənsə də, digərləri az ya çox illər əvvəl nikaha giriblər. Nikahın hansı illərində boşanmaların daha çox baş verməsi, indi boşananların əsasən hansı illərə nikaha girmiş olduğunu naməlumluğu yuxarıdakı nikah-boşanma nisbətinə əsasən “hər iki bağlanan nikahın biri sonlanır”  kimi yalnız təsəvvür formalaşdırır. 

Bəs, nikaha girənlərin sayı niyə azalır? Bu tipli suallara cavab verən ekspertlərin bəziləri haqlı olaraq, ümumən dünyada və ölkədə nikah yaşının artmasını, bunu müasir dövrün qaçılmaz cəhəti olduğunu söyləyirlər. Digərləri gənclərin nikaha girməməsini yalnız iqtisadi amillərlə əlaqələndirirlər. Ancaq nəzərdən yayınan başqa bir sual var? Ölkədə nikah yaşına çatanların sayı il-ildən necə dəyişir? 

Bu suala cavabı Azərbaycan əhalisinin yaşa görə demoqrafik strukturuna nəzər salaraq, tapmaq mümkündür. Azərbaycan əhalisi çoxsaylı dünya ölkələrinin əhalisi ilə müqayisədə cavandır. Ancaq əhalinin tədricən qocalması qlobal demoqrafik keçidin qaçılmaz tərkib hissəsidirş və ölkəmizdə də orta yaş zəif sürətlə də olsa, artır, başqa sözlə müəyyən tempdə əhalinin qocalması baş verir. Bu isə o deməkdir ki, nikah yaşına çatan əhali kütləsi son 15 ildə azalma tendensiyasını nümayiş etdirir. Bu tendensiyanı Azərbaycan Respublikasının Dövlət Statistikası Komitəsinin “Əhali. Əhalinin cins və yaş qrupları üzrə bölgüsü” sənədinə əsaslanan  aşağıdakı cədvəldə görmək olar:

İllər Əhalinin sayı Yaş qrupları
      

20-24    25-29
2010    8997.6    939.2    819.9
2011    9111.1    946.2    843.2
2012    9235.1    944.6    873.0
2013    9356.5    937.2    898.2
2014    9477.1    920.3    923.6
2015    9593.0    902.8    936.8
2016    9705.6    873.3    943.6
2017    9810.0    842.2    941.9
2018    9898.1    799.9    934.2
2019    9951.4    735.3    927.7
2020    9974.0    692.0    879.7
2021    10026.1    661.1    844.9
2022    10063.3    644.5    801.4
2023    10127.1    640.2    759.8
2024    10180.8    637.4    721.1
2025    10224.9    649.2    689.2

Daha əvvəlki onillikdə isə elə bir zaman aralığı olub ki, bu dövrdə  ölkə əhalisinin yaş strukturunda nikah yaşına çatanların sayında artım qeydə alınıb. 

İllər  Əhalinin sayı  Yaş qrupları 
        

20-24    25-29

2000    8032.8    657.7    623.9
2001    8114.3    692.5    617.1
2002    8191.4    720.7    613.3
2003    8269.2    748.2    620.1
2004    8349.1    780.1    640.1
2005    8447.4    809.9    661.5
2006    8553.1    833.7    699.4
2007    8666.1    873.8    736.2
2008    8779.9    900.3    771.1
2009    8922.4    925.6    794.3

Bu isə öz növbəsində həmin illərdə “nikah bumu”nda, yəni bir ildə baş tutan nikah sayının artmasında rol oynayıb. “Nikah bumu” deyərkən  isə, aşağıdakı rəqəmlərə nəzər salaq. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2004-cü ildən etibarən hər il nikaha girənlərin sayında sürətli artım baş verib. 2004-cü ildə bu say 62177 olubsa, 2005-də 71643, 2007-də 81758, 2011-də 88145 olmaqla pik həddinə çatıb. Daha sonrakı illərdə isə müvafiq yaşa çatan vətəndaşların sayında azalma baş verdiyindən,  nikahların da  sayında tədricən azalma olub:  2014-də  84912,  2017-də 62 484, 2021-də 56314 olmaqla, tədricən 2004-cü ilə qədərki rəqəmlərə yaxınlaşma baş verib (Mənbə: Dövlət Statistika Komitəsi, Əhali, Nikah və boşanmalar).  Bu isə o deməkdir ki, bir ildə baş tutan nikahların sayının azalması evlənmək istəyinin azalması, iqtisadi amillərlə  deyil, ilk növbədə obyektiv demoqrafik rəqəmlərə istinad edilərək təhlil olunmalıdır.
Şübhəsiz, o da qeyd olunmalıdır ki, boşanmaların da sayında artım baş verir. Lakin bu artım öz-özlüyündə yalnız boşanmanın müxtəlif səbəblərdən artması deyil, həm də daha  əvvəlki illərdə bağlanan nikahların daha çox olmasından qaynaqlanıb. Beləliklə, nikah sayının son onilliklərdə nikah yaşına çatan əhali kütləsinin azalması ilə bağlı azaldığını nəzərə almadan nikah-boşanma nisbətinin azalmasını birtərəfli şərh etmək metodoloji baxımdan doğru deyildir. 

Digər statistik rəqəmlərin müqayisəsi

Müqayisələrdə istifadə olunan başqa bir statistik rəqəm əhalinin hər min nəfərinə düşən nikah və boşanma sayıdır. Müqayisələrdə istifadə olunan başqa bir statistik rəqəm əhalinin hər min nəfərinə düşən nikah və boşanma sayıdır. Dövlət Statistika Komitəsinin 2024-cü il üçün son məlumatlarına əsasən bu rəqəmlər nikah üçün 4,9-dür, boşanmalar üçün 2,1-dir (Mənbə: Dövlət Statistikası Komitəsi. Əhali. Rəsmi qeydə alınmış nikah və boşanmaların sayı və ümumi əmsallar). 2021- ci ildə nikah sayı 5,6 olub. Boşanma sayında isə 2021- ci ildən artım vardır, həmin il müvafiq rəqəm 1,7 olub. Müqayisə üçün qeyd edək ki, həmin il Rusiyada boşanma göstəricisi 3,9, ABŞ-da 2,7, Almaniya və Böyük Britaniyada 1,7, qonşu Gürcüstanda 2,7, Qazaxıstanda isə 4,6 olub (Mənbə: World Population Review). Əlavə edək ki, Gürcüstanda boşanma sayında kəskin artım baş verərək, 2024-cü il üçün 3,7 olub. Bu rəqəmlərin daha müfəssəl müqayisəsində əhalinin demoqrafik strukturunu da nəzərə almaq lazım olsa da, ümumilikdə qeyd edək ki, artım tendensiyası demək olan ki, bütün ölkələrdə müşahidə olunur. Azərbaycan üçün isə artımdan sonra olan rəqəmlər ümumi şkalada orta səviyyədən aşağıdır.

Boşanmalar  Sosial Tədqiqatlar Mərkəzinin göstəricilərində

İndiyədək STM-in həyata keçirdiyi müxtəlif sorğularda demoqrafik suallar sırasında  bir qayda olaraq, ailə vəziyyəti də soruşulub. Ötən illərdə ölkə miqyasında aparılan sorğularda müvafiq sual üzrə  alınan nəticələrin orta göstəriciləri belədir: yetkinlik yaşına çatmış respondentlər arasında subay olanlar 14,5% , evlilər – 75%, dul – 7%, boşanmış 3,5% olub. Yəni, boşanmışlar bütün digər qruplardan daha az olmaqla, respondentlərin cüzi hissəsini təşkil edir. 2019-cu ildən başlayaraq toplanılan sorğu göstəricilərində məhz boşanmış respondent qrupunun ümumi kütləsində kəskin artım qeydə alınmayıb.  Sorğularda müəyyən xəta əmsalının qaçılmazlığı, insanların bəzi hallarda ailə vəziyyətini fərqli deməsi labüd olsa da, yenə də ailə vəziyyətinə əsasən ayrılan qruplar arasında  ciddi faiz fərqləri  gerçək əhali kütləsində boşanmış insanların sayını təxmin etməyə imkan verir. 

Boşanma sayı artıbmı? Bəli, artıb. Bu, ailə institutunun sonlanması deməkdirmi? Xeyr. Bu, ailə institutunda baş verən dərin transformasiyalar və ailəyə yeni formalı dəstək mexanizmlərinin gərək olduğu deməkdir. Bu mexanizmlərin işlənilməsi statistik rəqəmlərə daha müfəssəl baxış, eyni zamanda çatışmayan statistik məlumatların, habelə boşanma ilə bağlı yerli tədqiqat bazasının yaradılması vacibdir. Belə bir baza xarici, ümumiləşmiş təcrübələrə deyil, yerli kontekstə uyğun yanaşmaların hazırlanması üçün zəruridir. Qeyd edək ki, yaxın vaxtlarda Sosial Tədqiqatlar Mərkəzi tərəfindən ilk dəfə olaraq ölkə üzrə boşanmış insanlarla həyata keçirilən tədqiqatın nəticələri işıq üzü görəcəkdir. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:556
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 23 Yanvar 2026 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see725

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see552

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see498

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see358

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see288

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see268

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see245

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see240

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see238

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see237

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see224

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see224

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see220

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see198

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see198

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see194

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see186

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see185

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see175

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri