Icma.az
close
up
RU
Fransa prezidentinin Madaqaskar səfərinin görünən və görünməyən tərəfləri: Xalq Makrondan üzr istəməyi tələb edir

Fransa prezidentinin Madaqaskar səfərinin görünən və görünməyən tərəfləri: Xalq Makrondan üzr istəməyi tələb edir

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paris, 23 aprel, AZƏRTAC

Hind okeanı turuna çıxan Fransa prezidenti Emmanuel Makron Mayot və Reyunyondan sonra Madaqaskara gedib.

Bu ölkəyə ikigünlük rəsmi səfər edən E.Makronun məqsədi iki ölkə arasında əməkdaşlığı inkişaf etdirmək və Hind okeanında Fransanın rolunu bir daha təsdiqləməkdir. Makron Madaqaskara aydın ambisiya ilə gedib. O, Hind-Sakit okean strategiyasını inkişaf etdirmək üçün Hind okeanında fransızların təsirini artırmaq istəyir. Hələ Reyunyon adasında olanda Makron belə bir iddia səsləndirib: “Hind-Sakit okean regionunda 8000-dən çox əsgərimiz var. Bu, gözlədiyimiz və inkişaf etdirdiyimiz işin nəticəsidir. Mən də buna görə Madaqaskarda Hind Okeanı Komissiyasında iştirak etmək istədim. Burada regional əməkdaşlıq və iqtisadi təhlükəsizlik məsələlərində Fransanın mövqeyini müdafiə edəcəyəm".

Fransa prezidenti vurğulayıb ki, ölkəsi özünü regionda güclü dövlət kimi təqdim edir. Buna görə də Qəmər adalarının etirazına baxmayaraq, Mayotu Hind Okeanı Komissiyasının proqramlarına uyğunlaşdırmaq üçün imkanlara malik olacağına ümid edir: “Həqiqətən də, fikir ayrılıqlarımız var. Lakin biz onlara hörmətlə və hər şeydən əvvəl praqmatizmlə yanaşa bilərik".

Həmçinin aydın olur ki, Makron Hind okeanını böyük bazar kimi görür və iqtisadi maraqları var. "Hind Okeanı Komissiyasının bazarını fəth etməliyik. Şərqi Afrika, Hind okeanı, müəyyən sektorlarda Hindistana qədər uzanan estafet... Biz dünyaları dəyişirik", - deyə Fransa prezidenti öz yanaşmasında Madaqaskarın dəstəyini almağa ümid edib.

Prezident Makronun Madaqaskar səfərinin Fransanın Mozambik kanalı ilə bağlı maraqlarına dair müzakirələrlə yadda qalacağı da gözlənilir. Afrika qitəsini Madaqaskardan ayıran bu dəniz zonasında rəsmi Antananarivo bir neçə fransız adasına iddia edir. Ərazi mübahisəlidir, çünki bu kəsişmə çox stratejidir. Uzunluğu 1500 kilometr olan Mozambik kanalı, ilk növbədə, Qırmızı dənizdə son aylar yaranan gərginlikdən sonra yenidən diqqət mərkəzinə gələn qlobal dəniz nəqliyyatı marşrutudur.

“Attika analiz” məsləhət firmasının eksperti Jan-Mark Balensiyaya görə, Süveyşdən keçən beynəlxalq nəqliyyatın böyük bir hissəsi Mozambik kanalına yönləndirilib ki, bu da buradan istifadə edən nəqliyyatın əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Bu, vacib strateji marşrutdur, çünki Şimali Amerika və Avropa bazarlarına çıxmağa imkan verir. Həmçinin balıqla çox zəngin olan Mozambik kanalının suları əhəmiyyətli qaz və neft ehtiyatlarına malikdir. Balensiyanın verdiyi məlumata əsasən, Tanzaniyada istismar artıq başlayıb. Mozambikin Kabo Delqado bölgəsində çox vacib yataqlar mövcuddur. Lakin təhlükəsizlik problemi layihənin düzgün işləməsinə mane olur.

Mayot adasında olanda E.Makron Mozambik kanalının malqaşlar üçün iqtisadi imkanlarını vurğulayıb. Bildirib ki, Fransanın iri şirkətləri tezliklə orada yerləşdirilməlidir.

Bütün bunlara baxmayaraq, Madaqaskar Makrondan Fransanın müstəmləkə keçmişi ilə bağlı güclü jestlər gözləyir. Belə ki, 2005-ci ildə Fransa prezidenti Jak Şirak Madaqaskara sonuncu dövlət səfəri zamanı müstəmləkə sisteminin həddini aşması nəticəsində yaranan repressiyaları “qəbuledilməz” adlandırıb. İyirmi il sonra tarixçilərin E.Makrondan gözləntiləri daha çoxdur. Onlar qaranlıq sahələrin son dərəcə çox olduğunu, məsələn, müstəmləkəçilik dövrünün başlanğıcında nə qədər insanın başının kəsildiyinin bilinmədiyindən danışırlar. Mütəxəssislərə görə, başqa bir qaranlıq məsələ 1947-ci ildə baş vermiş mart üsyanı qurbanlarının sayıdır. Mənbələrdə bu say 10 min - 100 min arasında göstərilir. 2016-cı ildə prezident Fransua Olland 1947-ci ilin martında adanın Fransa tərəfindən qəddar repressiyaya məruz qaldığını etiraf edib və minlərlə qurbandan danışıb. Ona görə də E.Makron səfər çərçivəsində bu hadisələrlə bağlı xüsusi qeydlər etməlidir.

"Gələcək nəsil üçün tarixə aydınlıq gətirilməlidir. Bu səfərdən gözlədiyimiz odur ki, Fransa bizim müstəmləkə zorakılığı dediyimiz hadisələri işıqlandırmaq və hər kəsin məsuliyyətini müəyyən etmək üçün Kamerunda yaratdığımız komissiyaya bənzər bir qurum yaratsın. Biz general və polislərimizlə bağlı məlumatları bilmirik. Bununla bağlı arxivlərə müraciət edə, müvafiq məlumatları işıqlandıra bilərik”, - deyə malqaş tarixçi bildirib. O, həmçinin ümid edib ki, Makron adada törədilən cinayətlərə görə Fransanın adından üzr istəyəcək.

Emmanuel Makronun Fransanın törətdiyi repressiya, zorakılıq və istismar siyasətinə görə üzr istəməsi həm siyasi, həm də etik baxımdan çoxqatlı məsələdir. Əgər “üzr istəmək” prosesi sadəcə bir bəyanatdan ibarət olmayıb, kompensasiya və digər məsələləri də əhatə etsə, bu onilliklər çəkə bilər. Mütəxəssislər də hesab edirlər ki, bu proses yalnız "üzr istəyirik" deməklə bitməməli, təzminat ödənilməli, bərpa tədbirləri görülməli və digər müvafiq işlər həyata keçirilməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Aprel 2025 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see251

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see242

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see198

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see159

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see145

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri