Icma.az
close
up
RU
AYNA COP29 zolaqlarına mediatur təşkil etdi

AYNA COP29 zolaqlarına mediatur təşkil etdi

Icma.az bildirir, Publika.az portalına istinadən.

AYNA COP29 zolaqlarına media-tur təşkil edib.

Publika.az xəbər verir ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən mediatur təşkil olunub.

Media qurumlarının nümayəndələrinin “Koroğlu” NMM–Heydər Əliyev Beynəlxalq Hava Limanı səfərində, Bakıya gətirilən elektrik mühərrikli avtobusdan istifadə edilib.

Qeyd edək ki, paytaxtımıza AYNA-nın Monitorinq Mərkəzi vasitəsilə 24 saat ərzində izlənəcək, 160 ədəd elektrik mühərrikli avtobusgətirilib. Jurnalistlərə, AYNA-nın COP29 konfransına hazırlığı və rolu, eləcə də tədbir zamanı yarana biləcək hallarınoperativ həlli, səmərəli məlumat mübadiləsi məqsədilə fasiləsiz fəaliyyət göstərəcək Qərargahın yaradıldığıbarədə məlumat verilib. Sərnişinlərin ictimai nəqliyyatdan istifadəsini rahatlaşdırmaq üçün daşıyıcılarla iş aparıldığı və xəttə tələbata uyğun sayda avtobusun cəlb olunması diqqətə çatdırılıb. COP29-la əlaqədar bir sıra müntəzəm avtobus marşrutlarının sxemində dəyişikliklərin edildiyi, bu barədə ictimaiyyətin vaxtında məlumatlandırıldığı, həmçinin, önümüzdəki günlərdə marşrut xətlərində yenə müəyyən dəyişikliklərin olacağı və bu barədə məlumatın veriləcəyi qeyd edilib. Konfrans günlərində hava limanından metronun “28 May” və “Əhmədli”stansiyaları istiqamətində H1 və H2 nömrəli ictimai ekspress avtobusların sərnişinləri pulsuz daşıyacağı vurğulanıb. Mediatur çərçivəsində, Heydər Əliyev Beynəlxalq Hava Limanında TX5 markalı yeni elektrik mühərrikli taksi nəqliyyat vasitələri ilə tanışlıq olub. Ümumilikdə, COP29 zamanı daşımalarda fasilənin yaranmaması üçün paytaxtın 26 küçə və prospektində – Neftçilər, Heydər Əliyev, Xocalı, Şah İsmayıl Xətai, Parlament, Bülbül və Azadlıq prospektləri, Zuğulba yolu, hava limanı, Zığ və Salyan şoseləri, Bünyad Sərdarov, Həsən Seyidbəyli, Şeyx Şamil, Mirzəağa Əliyev, Həsənoğlu, Mikayıl Üseynov (Bayraq meydanı istiqamətində), Gülarə Qədirbəyova, Niyazi, İstiqlaliyyət, Üzeyir Hacıbəyli, Koroğlu Rəhimov, Mehdi Hüseyn, Mikayıl Müşfiq, Həsən Əliyev və Fətəli Xan Xoyski küçələrində, xüsusi hərəkət zolaqları təşkil edilib. Həmin zolaqlara digər nəqliyyat vasitələrinin daxil olması qadağandır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://publika.az
archiveBu xəbər 09 Noyabr 2024 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri