Icma.az
close
up
RU
AYNA nın cərimə paradoksu KONKRET

AYNA nın cərimə paradoksu KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Çox maraqlı və eyni zamanda düşündürücü bir vəziyyətlə qarşılaşdım. 28 may tarixində yaşadığım binanın həyətində avtomobil saxlamaq üçün yer olmadığı səbəbindən məcbur qalaraq yaxınlıqda yerləşən ödənişli parklanma məntəqəsində — AzParking zonasında maşını saxladım. Ödənişi evdə saxladığım mobil telefon nömrəsinin balansında olan kontur çıxılmaqla etdim.

29 mayda isə parklanmanı dayandırmağı unutmuşam. Avtomobili götürüb işimin dalınca getdim.

Daha sonra şəhərdə başqa bir parklanma yerində dayanmaq istədikdə sistem mənə “aktiv parklanma sessiyanız var” bildirişi verdi və ödəniş həyata keçmədi. Nəticədə məcbur qalaraq dostum vasitəsilə ödənişi etdik.

Axşam evə qayıdanda avtomobili yenə əvvəlki yerdə saxladım və evdəki cihaza baxdıqda parklanmanı bağlamağı unutduğumu gördüm. Saat 22:00-dan sonra olduğu üçün düşündüm ki, sistem artıq növbəti günün 07:00-dan sonra yenidən hesablanacaq və əlavə problem olmayacaq.

Lakin səhər 07:01-də iki mesaj aldım:

— Birində 6 manat balansdan çıxıldığı bildirilirdi;

— Digərində isə parklanmanın yeni saata keçdiyi qeyd olunurdu.

Mən də ikinci mesaja əsaslanaraq parklanmanın davam etdiyini düşündüm. Amma bir saat sonra məlum oldu ki, AYNA tərəfindən 20 manat cərimə tətbiq edilib.

Çağrı mərkəzinə müraciət etdikdə mənə bildirildi ki, 24 saatlıq limit bitdiyi üçün parklanmanı yenidən aktivləşdirmək lazım idi. Yəni sistem avtomatik davam etmir.

Burada əsas sual yaranır: əgər istifadəçi “parklanma növbəti saata keçdi” məzmunlu rəsmi bildiriş alırsa, necə olur ki, bu bildiriş onu yanlış yönləndirir, amma məsuliyyət yenə istifadəçinin üzərində qalır?

Rəsmi cavab isə belə oldu: “Qanunu bilməmək sizi məsuliyyətdən azad etmir.” Digər tərəfdən isə bildirildi ki, mesaj gecikməsi mobil operatorun səhvidir və məsələni onunla aydınlaşdırmaq lazımdır.

Nəticədə vəziyyət belədir: bir tərəfdən hesabımdan ödəniş çıxılır, digər tərəfdən isə cərimə tətbiq olunur, əsas qurum isə məsuliyyəti öz üzərindən atır.

Sual isə açıq qalır: bu vəziyyətdə istifadəçi hüquqları necə qorunmalıdır və belə ziddiyyətli bildirişlərin cavabdehliyi kimə aiddir?

Fotoları təqdim edirik:

Məhəmmədəıi Qəribli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://konkret.az
archiveBu xəbər 30 May 2026 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see576

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see417

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see295

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see262

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see260

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see250

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see249

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see239

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see229

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see224

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see204

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see197

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see197

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see192

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see179

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see178

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see168

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri