Icma.az
close
up
RU
AYNA nın məqsədi şəhərdə sıxlığı azaltmaq olmalıdır, amma...

AYNA nın məqsədi şəhərdə sıxlığı azaltmaq olmalıdır, amma...

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“AYNA-nın yeni parklanma yerləri yaratması ideya olaraq müsbət görünsə də, onun həyata keçirilməsi bir çox hallarda problemlərə səbəb olur. Əslində, paytaxtda parklanma yerlərinə ehtiyac var”. 
Bunu Demokrat.az-a açıqlamasında avtomobil üzrə ekspert Elgiz Mehdiyev bildirib.
O əlavə edib ki, bu yerlərin harada və necə yaradılması daha vacib məsələdir:
“Təəssüf ki, bəzi küçələrdə və məhəllədaxili ərazilərdə salınan dayanacaqlar nəqliyyat axınını asanlaşdırmaq əvəzinə, əksinə, hərəkəti çətinləşdirir. Dar və sıx küçələrdə parklanma yerlərinin yaradılması nəticəsində avtomobillər üçün hərəkət zolaqları daralır, piyadaların təhlükəsizliyi pozulur, nəticədə tıxaclar artır. Bu, həm sürücülərin narazılığına, həm də şəhərdaxili nəqliyyatın daha da yüklənməsinə səbəb olur. Parklanma siyasəti şəhərin ümumi nəqliyyat planına uyğun şəkildə qurulmalıdır. Hər hansı bir ərazidə dayanacaq salınmazdan əvvəl, həmin yerin nəqliyyat yükü, ətraf yolların eni və alternativ dayanma imkanları analiz edilməlidir. Əks halda, bu cür addımlar problemi həll etmir, sadəcə başqa küçələrə daşıyır”.
Eskpert bildirib ki, yeni parklanma yerləri açmaqdan daha vacib məsələ mövcud qaydaların düzgün tətbiqidir:
“Sürücülər çox zaman qaydalara əməl etmir, bu da nəqliyyatda xaos yaradır. Bunun qarşısını almaq üçün ictimai nəqliyyatı daha cəlbedici etmək, dayanma və parklanma qaydalarına nəzarəti gücləndirmək lazımdır. AYNA-nın məqsədi avtomobil axınını azaltmaq və şəhərdə səliqəli parklanma sistemi qurmaq olmalıdır. Amma bu məqsəd düzgün planlaşdırma və nəqliyyat mühəndisliyi yanaşması olmadan mümkün deyil. Yəni, sadəcə yeni yerlər açmaqla yox, ağıllı və düşünülmüş parklanma strategiyası ilə problemə yanaşmaq lazımdır”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 Oktyabr 2025 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri