TÜRKPA nın növbəti iclası bu şəhərdə keçiriləcək
Icma.az, Axar.az saytına istinadən bildirir.
19–20 oktyabr 2026-cı il tarixlərində Qırğız Respublikasının Joqorku Keneşi Bişkek şəhərində Türk Dövlətləri Parlament Assambleyasının 15-ci plenar iclasına və Assambleya Şurasının iclasına ev sahibliyi edəcəkdir. Plenar iclas “Süni intellekt və texnoloji tərəqqi dövründə türk dünyasında parlament əməkdaşlığı” mövzusuna baş tutacaqdır.
Axar.az xəbər verir ki, 15-ci plenar iclasda üzv və müşahidəçi dövlətlərin - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Şimali Kipr Türk Respublikasının parlament sədrlərinin rəhbərlik etdiyi nümayəndə heyətlərinin, eləcə də beynəlxalq təşkilatların, türk əməkdaşlıq təşkilatlarının və digər tərəfdaş qurumların nümayəndələrinin iştirakı gözlənilir.
15-ci plenar iclas çərçivəsində Qadın Parlamentarilər Qrupunun və Gənc Parlamentarilər Qrupunun 5-ci iclasları da keçiriləcəkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 18 Oktyabr 2026 19:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















