Icma.az
close
up
RU
Menu

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

U 17 millisi Gəncədə

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

Qarındakı piyləri əritməyin sirri açıldı

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

AYNA tıxaca görə günahı onlarda görür CAVAB

AYNA tıxaca görə günahı onlarda görür CAVAB

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda son günlər nəqliyyat sahəsində yaranan vəziyyət sürücülər və sərnişinlər üçün ciddi narahatlıq yaradıb. Formula 1 yarışları ilə əlaqəli olmayan küçələrdə də uzunmüddətli tıxaclar müşahidə olunur, bəzi istiqamətlərdə isə avtobus çatışmazlığı sərnişinlərin gözləmə müddətini artırır.

Hətta avtobus qıtlığının yaratdığı problemi azaltmaq məqsədilə “M” xətti üzrə avtobusların bütün metro stansiyalarında dayanması ilə bağlı tapşırıq verildiyi bildirilir. Şəhərdə nəqliyyat xaosunun səbəbləri və problemin aradan qaldırılması üçün AYNA-nın hansı tədbirləri gördüyü sual doğurur.

Deputat Arzuxan Əlizadə isə yaranmış vəziyyətə görə qurumların üzr istəməli olduğunu bildirib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov isə Cebheinfo.az-a bildirib ki, Bakıda ilk dəfə olaraq rekord sayda, 2 530 avtobus marşrut xətlərinə cəlb edilib: “Bununla yanaşı, metro xətlərinin ayrılması layihəsi çərçivəsində 8 ekspress təşkil olunub və 28 müntəzəm xətt gücləndirilib. Bu, son illərin ən yüksək göstəricisidir. Avtobus parkının həm say, həm də keyfiyyət baxımından yenilənməsi istiqamətində işlər ilin sonuna qədər aparılacaq. Avtobusların artırılması davam etdirilir. Marşrutlar üzrə avtobusların sayı tələbata əsasən tənzimlənir. Lakin avtobusların keçdiyi küçə və prospektlərdə, xüsusən avtobus zolağının olmadığı ərazilərdə müşahidə edilən nəqliyyat sıxlığı avtobuslararası intervalın pozulmasına gətirib çıxarır”.

O qeyd edib ki, tıxacın səbəbi ondan soruşulmamalıdır: “Sualı aidiyyəti qurumlara ünvanlayın. Hazırda üzərimizə düşən hissəni cavabladım”.

Bəs söhbət hansı aidiyyəti qurumlardan gedir? AYNA məsuliyyəti niyə digər strukturların üzərinə qoyur?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a bildirib ki, məsələyə ilk növbədə hüquqi müstəvidə, idarəetmə prinsipləri və vətəndaş hüquqlarının təmin olunması prizmasından baxılmalıdır:

“Dövlət tərəfindən ictimai nəqliyyat xidmətinin təşkili üzrə müəyyən edilmiş normativlər və standartlar mövcuddur. Sərnişinlərin təhlükəsiz, vaxtında, rahat və proqnozlaşdırıla bilən şəkildə daşınmasını təmin etmək tənzimləyici qurumların üzərinə düşən birbaşa və ayrılmaz inzibati vəzifədir”.

Natiq Ələsgərov vurğulayıb ki, AYNA və digər aidiyyəti idarələrin məsuliyyəti bir-birinin üzərinə atması, “sualları aidiyyəti qurumlara ünvanlayın” şəklindəki bəyanatlar hüquqi baxımdan əsaslandırılmış yanaşma sayıla bilməz: “Çünki inzibati qanunvericiliyə və dövlət idarəçiliyi prinsiplərinə əsasən, vətəndaş qarşısında xidmətin son nəticəsinə görə birbaşa cavabdehlik mövcuddur. İctimai nəqliyyatdan istifadə edən şəxs tənzimləyici mexanizmin daxili bölgüsündən, qurumlararası idarəetmə mürəkkəbliyindən asılı olmayaraq, ödədiyi haqqın və ya dövlətin təmin etməli olduğu sosial xidmətin keyfiyyətli, təhlükəsiz və maneəsiz həyata keçirilməsini tələb etmək hüququna malikdir. Dövlət idarəçiliyində məsuliyyətin parçalanması vətəndaşın pozulmuş rahatlıq hüququna bəhanə ola bilməz”.

Natiq Ələsgərov əlavə edib ki, avtobusların xəttə buraxılması, xüsusi zolaqların təşkil edilməsi və ya hərəkət sxemlərinin dəyişdirilməsi kimi addımlar yalnız formal xarakter daşımamalı, onların praktiki effektivliyi tənzimlənməlidir: “Əgər tətbiq edilən avtobus zolaqları digər nəqliyyat vasitələri tərəfindən zəbt olunursa, bu hallar nəzarətsiz qalırsa və ictimai nəqliyyatın hərəkətinə mane olursa, burada həm nəzarət mexanizminin zəifliyi, həm də hüquqi tənzimləmənin lazımi səviyyədə icra olunmaması amili var. Rəsmi statistikada göstərilən avtobus sayının artımı yollarda real hərəkət sürətinə və gözləmə intervallarına müsbət təsir etmirsə, atılan addımlar hüquqi və inzibati baxımdan tamamlanmamış hesab olunur”.

Hüquqşünasın  sözlərinə görə, yaranmış bu mürəkkəb durumdan çıxış yolu təcili olaraq hüquqi tənzimləmənin və idarəetmə mexanizmlərinin köklü şəkildə yenilənməsindən keçir. Problemi sadəcə avtobus sayını artırmaqla həll etmək mümkün deyil, çünki bu addım mövcud hüquqi və struktur boşluqları aradan qaldırmır. Natiq Ələsgərov vurğulayıb ki, strukturlar arasında idarəetmə pərakəndəliyinə son qoyulmalı, sərnişindaşıma xidmətinin son nəticəsinə görə kollektiv və hüquqi cavabdehlik mexanizmi tətbiq olunmalıdır. İnzibati idarəetmədə məsuliyyəti başqasının üzərinə atmaq təcrübəsi qanunvericilik müstəvisində imkansız hala gətirilməli, Vahid Koordinasiya Mərkəzi vasitəsilə qərarların icrasına birbaşa nəzarət edilməlidir.

Bundan əlavə, ictimai nəqliyyat xidmətinin keyfiyyəti üzrə hüquqi standartlar və ölçülə bilən göstəricilər müəyyən edilməlidir. Şirkət rəhbəri qeyd edir ki, daşıyıcı şirkətlərlə və tənzimləyici qurumla vətəndaşlar arasında münasibətlərdə hər bir marşrut üzrə maksimum gözləmə intervalı, hərəkət sürəti və təhlükəsizlik normativləri rəsmiləşdirilməlidir. İctimaiyyətə yalnız gətirilən avtobusların sayı barədə deyil, bu avtobusların sərnişinin gözləmə vaxtını neçə dəqiqə azaltdığına dair hesabatlar təqdim olunmalıdır. Normativlər pozulduqda vətəndaşın şikayət etmək və itirilmiş vaxta, pozulmuş hüquqlara görə müvafiq mexanizmlərdən istifadə etmək imkanı tanınmalıdır.

Ekspert şəhər infrastrukturunda planlaşdırma, təmir və kütləvi tədbirlər zamanı nəqliyyatın hərəkətinin tənzimlənməsi qaydalarının da sərtləşdirilməsini zəruri hesab edir. Şəhərdə keçirilən iri miqyaslı tədbirlər və ya yol işləri zamanı alternatvlərin təyin edilməsi və vətəndaşların əvvəlcədən rəsmi, təfərrüatlı məlumatlandırılması qanuni öhdəlik kimi tənzimlənməlidir. Bütün sıxlığı və idarəetmə nöqsanlarını “Formula 1” kimi müvəqqəti tədbirlərlə izah etmək əvəzinə, hər bir ərazi üzrə ayrı-ayrı nəqliyyat təhlilləri aparılmalıdır. Müsahibimizin qənaətinə görə, yaranmış acınacaqlı vəziyyətdən çıxış yolu aidiyyəti strukturların vahid hüquqi və inzibati çərçivədə birgə fəaliyyət göstərməsindən keçir. Tıxacların yaratdığı vaxt itkisi, mənəvi və iqtisadi zərər birbaşa şəhər sakinlərinin həyat keyfiyyətinə və sosial rifahına mənfi təsir edir. Bu səbəbdən cavabdeh qurumlar bürokratik bəhanələri bir kənara qoyaraq, hüquqi müstəvidə sərnişinlərin pozulmuş rahatlıq hüququnu bərpa edəcək koordinasiyalı idarəetmə modelini təmin etməlidirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 23 Sentyabr 2026 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see251

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see240

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

22 Sentyabr 2026 17:58see236

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

22 Sentyabr 2026 10:39see229

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see229

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

22 Sentyabr 2026 13:33see222

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

22 Sentyabr 2026 16:59see219

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

22 Sentyabr 2026 14:36see212

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see203

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

22 Sentyabr 2026 18:18see194

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

22 Sentyabr 2026 19:49see191

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

22 Sentyabr 2026 15:38see190

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

22 Sentyabr 2026 17:09see189

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see187

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

22 Sentyabr 2026 18:03see186

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

22 Sentyabr 2026 15:56see181

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

22 Sentyabr 2026 20:16see179

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

22 Sentyabr 2026 20:16see177

Qarındakı piyləri əritməyin sirri açıldı

22 Sentyabr 2026 20:20see177

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

22 Sentyabr 2026 18:53see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri