Icma.az
close
up
RU
AYNAdan qulaqardı YANAŞMA “Təkliflər versəm də, nəzərə almadılar” Yeni Çağ Media

AYNAdan qulaqardı YANAŞMA “Təkliflər versəm də, nəzərə almadılar” Yeni Çağ Media

Icma.az bildirir, Yenicag portalına istinadən.

“Neftçilər prospektində maşın xarab olarsa və sürücü qaydalara uyğun olaraq maşını kənara çəkərsə, qaydaları pozmuş sayılır”.

Bu sözləri Yenicag.az-a AYNA-dakı (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) problemlərdən danışarkən nəqliyyat eksperti Elməddin Muradlı bildirib.

O, AYNA-nın hazırkı işləmə mexanizmini Avropa ölkələrindən götürdüyünü və bunun yanlış olduğunu bildirib:

“Şəhərin bir çox yerlərində, xüsusilə də mərkəz küçələrində “dayanma-durma”, parklanma məsələsinə qarşı yanaşma fərqlidir. Əslində, qurum dünya təcrübəsinə örnək götürərək, bu işləri tənzimləyir, amma bunu o şəhərlərdə edirlər ki, ictimai nəqliyyat saat kimi işləyir. Nəqliyyatın çeşidli növləri var: tramvay, trolleybus, metro var və avtobuslar öz funksiyasını dəqiq şəkildə yerinə yetirir. Azərbaycanda isə bu üstünlüyü hələ ki görmək mümkün deyil”.

E. Muradlıya görə, Azərbaycanda ictimai nəqliyyatın cəmi 2 növü var:

“Bunlar metro və avtobuslardır. Onlar da problemin içində boğulur. Buna görə də şəhərin əsas küçələrində “dayanma-durma” qadağaları müəyyən problem yaradır. Məsələn, Azərbaycan Dövlət Kukla Teatrına getmək üçün vətəndaş avtomobilini ya Əl Oyunları İdman Sarayının yanındakı parklanma yerində saxlayıb piyada, ya da orada saxlayıb avtobusla teatra getməlidir. Yağışlı havada yanında azyaşlı övladın varsa, o yolu necə gedəcəksən?!”

Ekspert bildirib ki, özü dəfələrlə AYNA-ya bu problemlərin həlli üçün müxtəlif təkliflər irəli sürsə də, hələ də konkret iş görülmür:

“Neftçilər prospekti boyu maşını heç yerdə saxlamağa icazə verilmir. Mən bu barədə quruma dəfələrlə müxtəlif təkliflər vermişəm ki, teatrı keçəndən sonra zolaqların sayı çoxaldılaraq və “Saat Qülləsi”nin qarşısından Dəniz Vağzalına qədər avtomobil parklanmalarına imkan yaratmaq olar. Aidiyyəti qurumlar isə hələ ki bunu nəzərə almır.

Bundan əlavə, Neftçilər prospekti tərəfdə həm avtobus zolağı var, həm də “dayanma-durma” qadağandır. O prospektdə hansısa maşın xarab olsa, prospekt bir-birinə qarışacaq. Həmin maşının sürücüsü qaydalara uyğun olaraq maşını kənara çəkərsə, onda da qaydaları pozmuş olacaq və cərimə ediləcək. Ona görə də bu alternativləri bir daha gözdən keçirmək lazımdır və diqqətlə təhlil edib vətəndaşlara rahat şəkildə qaydasına salınmalıdır”.

Nurlan Cəfəri

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 07 Yanvar 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see264

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see255

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see246

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see196

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see185

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see180

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see156

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see145

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see142

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri