Ayrılmaq istəyən sevgilisini maşında döyən gənc oğlan cəzasız qaldı
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Sabunçu Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərərvurmada təqsirləndirilən Ziyad Babayevin (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Oxu.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Ziyad Babayev cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.
İttihama görə, hadisə bu il iyulun 15-də, saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.
Belə ki, 2003-cü il təvəllüdlü Ziyad Babayev avtomobilin içərisində sevgilisi, zərərçəkmiş Zəminə Əlizadə (adı və soyadı şərtidir) ilə qadının ondan ayrılmaq istəməsi səbəbindən mübahisə edib. Bu zaman o, qəsdən əli ilə zərərçəkmiş şəxsin qol və kürək nahiyələrindən bir neçə dəfə vuraraq onun sağlamlığına yüngül zərər yetirib.
Hadisədən sonra Ziyad Babayev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Məhkəmə iclasında zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş zərərin tamamilə ödənildiyini, ondan şikayət və tələbinin olmadığını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 08 Avqust 2025 09:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















