Bakıda EŞQ DRAMI: ayrılmaq istəyən sevgilisini öldürdü YENİLƏNİB
Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakıda dünən axşam saatlarında baş verən dəhşətli qətlin təfərrüatları məlum olub.
Lent.az-ın əldə etdiyi xəbərə görə, Elvin Orucov və sevgilisi Gülnisə 4-5 ay qeyri-rəsmi nikahda ər-arvad kimi yaşayıblar. Məlumata əsasən, Gülnisə bu münasibəti bitirmək və Elvindən ayrılmaq istəyib.
Lakin sevgilisinin ayrılıq qərarı Elvinin ürəyincə olmayıb. Nəticədə tərəflər arasında baş verən mübahisə zamanı E. Orucov qadının sinəsinə və qol nahiyələrinə bıçaq zərbələri endirib. Gülnisə aldığı xəsarətlərdən dünyasını dəyişib.
Hazırda faktla bağlı araşdırma aparılır.
***
26 avqust, saat: 19:25
Bakıda dəhşətli qətl hadisəsi olub.
Lent.az-ın əldə etdiyi xəbərə görə, hadisə bir az əvvəl Nizami rayonu Keşlə qəsəbəsində qeydə alınıb.
33 yaşlı Elvin Orucov sevgilisinə və özünə xəsarət yetirib.
Nəticədə onların hər ikisi ölüb.
Hadisə ilə bağlı prokurorluq tərəfindən araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 27 Avqust 2026 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















