Icma.az
close
up
RU
Bakıda qadın ondan ayrılmaq istəyən sevgilisini bıçaqladı

Bakıda qadın ondan ayrılmaq istəyən sevgilisini bıçaqladı

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Bakının Xəzər rayonunda 28 yaşlı qız sevgi münasibətində olduğu oğlanı bıçaqlayıb. 
Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin sentyabrın 11-də rayonunun Binə qəsəbəsi, M.Ə.Sabir küçəsində baş verib. 
1998-ci il təvəllüdlü Tamara həmin küçədə yerləşən fərdi yaşayış evinin bir otağında müvəqqəti yaşayan üç il əvvəldən tanıdığı Zöhrab ilə mübahisə edib. Qadın aralarındakı sevgili münasibətinin qısqanclıq zəminin gərginləşdiyi vaxt mobil telefonla ondan hamilə qaldığını bildirərkən Zöhrab hamiləliyin ondan olmadığını, onun həyatında başqa qadının olmasını, onunla bir daha yaxınlıq etməyəcəyini və onun yanma gəlməyəcəyini bildirməsindən qəzəblənib. 
Eyni zamanda mobil telefon zənglərinə cavab vermədiyindən narazı qalan Tamara qısqanclıq zəminində mübahisə yaradıb və Zöhrabın müvəqqəti yaşadığı həmin ünvandakı evə gəlib, onu cəzalandırmaq məqsədlə xəsarət yetirmək niyyətini həyata keçirmək qərarına gəlib. 
Tamara evin zal otağındakı stolun üstündən ülgücü və mətbəx bıçağını götürərək paltar dolabının içində gizləndikdən sonra Zöhrabın həmin evə daxil olduğunu görüb. Həmin vaxt qadın dolabdan çıxaraq, əvvəlcədən götürüdüyü ülgüc və mətbəx bıçağı ilə qəflətən Zöhrabın döş nahiyyəsindən bir dəfə vurub. 
Tamaranın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə izahat verən Tamara ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə günü Zöhrab ilə dalaşıblar: “Mən Zöhraba zəng edərək söhbət etmək istədiyimi dedim. O, isə artıq başqa şəxslə görüşdüyünü, həyatımda başqa qadın olduğunu bildirdi. Zöhrabının dedikləri mənə pis təsir etdiyindən onun yaşadığı evə getdim və onu bıçaqladım. Hadisədən öncə Zöhrabı 3-4 saat məhəllədə gözlədim, sonra evə girdim”.
Təqsirləndirilən şəxs ifadəsində Zöhrabı 4 ildir tanıdığını, onunla sevgili olduqlarını, lakin bir evdə yaşamadıqlarını, sadəcə Zöhrabın yaşadığı evə gedib-gəldiyini deyib: “Mən Zöhrabla iyun ayında ayrılsam da, avqust ayında barışdıq və münasibətlərimizi normal davam etdirdik. Sonra həkim yoxlanışından keçdikdə hamilə olduğumu öyrəndim. Bu barədə Zöhraba dedim. O, isə uşağın onun olmadığını və uşağa baxmayacağını bildirdi. Zöhrabı vurmağımın səbəbi hamiləliyimlə əlaqədar hisslərimin qarışıq olmaq, onunla birlikdə olmaq istəməyib olub. Buna baxmayaraq Zöhrab məndən ayrılmaq istəyib. Hadisə günü evə girərək şkafda Zöhrabı gözlədim. Həmin vaxt əlimdə bıçaq olmayıb. Bıçağı mətbəxdən götürmüşəm".
Zərərçəkmiş şəxs qismində dindirilən Zöhrabın sözlərinə görə, hadisə günü Tamara evə gələn zaman o, evdə olmayıb: “Tamara mənə söhbət etmək istədiyini dedi. Mən ona söhbət etmək istəmədiyimi, həyatımda başqa şəxsin olduğunu bildirdim. Daha sonra evə gəldikdə Tamaranın artıq evdə olduğunu gördüm. O, şkafdan çıxdı, mənimlə bir az mübahisə etdi. Sonra bıçaq götürərək məni bir dəfə bıçaqla vurdu”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Tamaranın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 1 il sınaq müddəti tətbiq edilməklə 3 il şərti cəza verilib. 
Fariz Məlikli
Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 İyun 2026 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri