Icma.az
close
up
RU
Ayvazovskinin heykəli ətrafında süni ajiotaj və: Kremlin Bakıya mesajı

Ayvazovskinin heykəli ətrafında süni ajiotaj və: Kremlin Bakıya mesajı

Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

Deputat: “Bu cür siyasətlə Rusiya Azərbaycanı tutduğu qətiyyətli mövqedən çəkindirə bilməyəcək”

Bir müddət əvvəl Xankəndidə erməni əsilli rus akademik klassik və romantik rəssamı İvan Ayvazovskinin heykəli sökülüb. Heykəl 2021-ci il dekabrın 1-də “Rusiya şöhrət xiyabanı” layihəsi çərçivəsində qanunsuz şəkildə separatçılar və Rusiya sülhməramlıları tərəfindən ucaldılmışdı. Rəsmi Bakı bildirib ki, rus sülhməramlıların bu abidəni qoyması Azərbaycanın suverenliyinə "Rusiyanın hörmətsizliyi" idi.

Çar Rusiyası dövründə yaşamış, əsl adı Hovannes Ayvazyan olan rəssam çəkdiyi təbiət, o cümlədən dəniz mənzərəli əsərləri ilə məşhur olub.

Heykəlin Azərbaycanın Xankəndi şəhərindən götürülməsindən sonra Rusiyada emosional bəyanatlar səsləndirilib, bəzi media orqanları isterik yanaşma nümayiş etdiriblər. Rus təbliğatçıları hesab edirlər ki, erməni Ayvazovskinin heykəlinin sökülməsi Rusiya mədəniyyətinə hörmətsizlikdir. Guya ki, rəssamın icazəsiz şəkildə qoyulan heykəlinin oradan götürülməsi “millətçilik aktıdır”. Əslində isə sözügedən heykəl Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində – Qarabağda, Azərbaycanın razılığı olmadan, separatçılar və Rusiya hərbi kontingentinin himayəsi ilə qanunsuz şəkildə ucaldılıb ki, bu da rəsmi Bakının bəyan etdiyi kimi, Azərbaycana hörmətsizlikdir.

Ekspertlər bildirirlər ki, Rusiyada heykəl ətrafında yaradılan süni ajiotaj əslində Azərbaycana qarşı aparılan kampaniyanın tərkib hissəsidir. Analitiklərin qənaətincə, isterik bəyanatlar verənlərin dərdi Ayvazovskinin heykəli yox, anti-Azərbaycan kampaniyasının davam etdirilməsidir.

Mövzu ilə bağlı AYNA.AZ-ın suallarını cavablandıran Milli Məclisin deputatı Rasim Musabəyov deyib ki, bu, Azərbaycana siyasi təzyiq deməkdir:

- Əslində Rusiyada Azərbaycana qarşı son vaxtlar “media müharibəsinə” başlanılıb. Hesab edirəm ki, Ayvazovskinin heykəli barədə yanaşmaları çox cılızdır. Düşünürlər ki, bunlar hədə-qorxu gəlməklə Azərbaycanın mövqeyinə, siyasətinə təsir göstərəcəklər, yanılırlar. Rusiyada bu təbliğatla Azərbaycana mesaj vermək istəyirlər ki, Bakıdan narazıdırlar. Amma Moskvanın narazılığı da əsassızdır. İki ölkə münasibətlərinin bu səviyyəyə gəlməsinin günahı Rusiyanın özündədir. Təyyarəmizi vurdular, amma Azərbaycanın bu barədə tələblərini yerinə yetirmədilər. Yekaternburqda azərbaycanlılara qarşı zorakılıq törətdilər, vəhşiliklər etdilər. Guya ki, həmin azərbaycanlılar cinayətkar dəstə üzvləridir. Halbuki əllərində heç bir dəlil-sübut yoxdur. Rusiyanın bu yanaşması absurddur. Günahkar özləri olduğu halda Azərbaycanın ünvanına hədələr səsləndirilir. Hesab edirəm ki, heykəl ətrafında yaradılan ajiotaj, deyilənkər Kreml tərəfindən Azərbaycana qarşı başladılan media hücumlarının tərkib hissəsidir.

- Bu gərginliyin hansı nəticəsi ola bilər?

- Rusiya dövləti nəzərə almalıdır ki, biz strateji tərəfdaşıq. Bu təbliğatın, hücumların yeganə nəticəsi o ola bilər ki, tərəfdaşlıqlar dayandırılar. Əgər strateji tərəfdaşlığa zidd addımlar atılırsa, Rusiya bu tərəfdaşlığı pozmaq niyyətindədirsə, buyursunlar, biz buna adekvat reaksiya verməyə hazırıq.

Rusiya dövləti media vasitəsi ilə təxribatlarına son qoymalıdır. Bizim istəyimiz, icazəmiz olmadan gətirib erməni əsilli bir mədəniyyət adamının heykəlini qoyublar. İndi Azərbaycan suverenliyini bərpa edib və istəmir ki, şəhərində belə bir şəxsin heykəli olsun. Bunu da sökülürsə, Rusiya bundan niyə qıcıqlanmalıdır? Bizə deyilmişdi ki, icazə alınmışdı ki, Ayvazovskinin heykəlini qoyurdular? Bizim zamanında əlimiz çatmırdı orqa qanunsuz addımların qarşısını alaq. İndi isə ərazilərimizin tamına nəzarət edirik, gərəkən addımları da atırıq. Yenə deyirəm, məsələ Ayvazovskinin heykəli məsələsi deyil, Azərbaycana Rusiyanın narazılığının çatdırılması məsələsidir.

- Ümumiyyətlə, İkinci Qarabağ müharibəsindən sonra Qarabağa Rusiya sülhməramlıları gəldikdən sonra orada “Rusiya şöhrət xiyabanı”nın salınmasında məqsəd nə idi?

- Orada heykəllər ucaltmaqla Rusiya dünyaya da, Azərbaycana da demək istəyirdi ki, əsgərləri Qarabağa əbədi gəlib, buradan çıxmayacaqlar. Yəni bir növ, niyyətlərinin nümayişi idi. Amma Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində sülhməramlılar bölgəni tərk etmək məcburiyyətində qaldılar. Həmin xiyabanın salınması da, heykəllərin qoyulması da qanunsuz idi. Ümumiyyətlə, sülhməramlıların missiyasına bu cür işlər daxil deyildi.

İndi yer adları ilə manipulyasiya edilir, şəhər adlarını səhv yazmaqla təxribatlara əl atırlar. Məsələn, dövlət agentliyi Xankəndi əvəzinə “Stepanakert” yazmaqla mesaj vermək istəyir ki, guya separatizmi alovlandıra bilərlər. Bu cür cılız üsullarla yenidən Azərbaycanda separatizmi alovlandırmaq mümkün deyil. Əslində özləri biabır oldular, “Stepanakert” yazıb, sonra dəyişdirib Xankəndi yazmağa məcbur qaldılar. Yaxud da “Dağlıq Qarabağ” yazdılar, sonra “Dağlıq” sözünü kənara atmalı oldular. Düşünürəm ki, Rusiya bu oyunlarına son qoymalıdır. Çünki bu cür siyasətlə Rusiya Azərbaycanı tutduğu qətiyyətli mövqedən çəkindirə bilməz, bilməyəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:43
embedMənbə:https://ayna.az
archiveBu xəbər 07 Avqust 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see307

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see225

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see216

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Ən bahalı gənc futbolçular SİYAHI

06 Noyabr 2025 07:41see171

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see142

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see138

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see138

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see134

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see132

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see131

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see129

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see129

ÇL: Qarabağ Çelsi oyunu bərabərə bitib

06 Noyabr 2025 07:44see127

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see126

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see123

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see123

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see123

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see121

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri