Icma.az
close
up
RU
Ayxan Abbasov: “Bəlkə də, bunu qəbul etmək istəmirik”

Ayxan Abbasov: “Bəlkə də, bunu qəbul etmək istəmirik”

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

DÇ-2026-nın seçmə mərhələsində keçirilən Azərbaycan – İslandiya oyunundan (0:2) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Xal qazanmaq istəyirdik, buna inanırdıq. Lakin alınmadı. Rəqibin gücünü bilirdik. Son oyuna şanslarını saxlamaq üçün motivasiyalı idilər. İslandiya yığması qrupda Ukraynadan daha yaxşı təsir bağışlayır. İkinci hissədə daha yaxşı oynadıq, şanslarımız oldu. Sadə qollar buraxdıq. Bu gün itkilərimiz, həm də yeni oyunçularımız var idi. Son oyunumuz qalıb, ona hazırlaşacağıq.

– Penalti epizodu ilə bağlı fikirləriniz nədir?
– Bəhanə kimi fikir bildirmək istəmirəm. Amma bu gün hakimlik bizə qarşı idi. Rüstəmə verilən sarı vərəqə epizodu düzgün deyildi. Təəssüf ki, növbəti matçı buraxacaq. Penalti epizodu da penalti idi…

– Müdafiədən hücuma çıxmaqda nə çatmadı?
– Rəqibin pressinqinə hazırlaşmışdıq. Emin Mahmudova təşəkkür etmək istəyirəm. Bir məşqlə bu ağır oyunda iştirak etdi. Onun oynaması vacib idi. Müdafiəçilərimizin daha soyuqqanlılığı çatmadı. Buna görə rəqib ilk hissədə daha gümrah göründü.

– Rüfət Abbasovun oyununu necə qiymətləndirirsiniz?
– Bugünkü qazancımız Rüfətin, Xəyalın çıxışı idi.

– Rəqib “ikinci mərtəbədə” daha yaxşı idi. Nə üçün standart vəziyyətlərdə hava toplarından istifadə etdiz?
– Müdafiədə çox yaxşı olduqlarını demək olmaz. Onların da standartlar zamanı boşluqları olurdu.

– “Qarabağ”da çox şans qazanmayan Abbas bu gün startda idi. Onun oynamasının xüsusi səbəbi var?
– Ona qalsa, bir neçə futbolçu oynamır? Nə üçün demirsiniz ki, Abdulla Xaybulayev startda idi? Bu qədər…

– İlk hissədə oyunun alınmaması nə ilə bağlıdır?
– Belə hallar olur. 2-3 futbolçu millidə ilk oyuna çıxdı. 15-20 dəqiqədən sonra oyunumuzu yaxşılaşdırdıq. Toralın keçidini Xəyal dəyərləndirə bilsəydi… Eyni zamanda Xəyal da aktiv idi. İkinci hissədə hesabda üstün olan rəqib müdafiəyə keçdi. Müdafiəni yarmaq istədik, dəyişikliklər etdik, alınmadı. Futbolda mümkün deyil ki, 90 dəqiqə bir tərəf yaxşı oynasın. İslandiyanın əvvəlki matçlarda necə oynadığını görmüşük.

– Fransa ilə oyunun heyətini artıq qurmusunuz?
– İki oyuna hazırlaşanda beynimizdə müəyyən fikir var idi. Rüstəmin sarı vərəqə limitinə düşməsi bir az planları pozdu. Heyətdə dəyişiklik olacaq. Duruma baxacağıq. Rəqib Fransadır, onlar haqda danışmağa ehtiyac yoxdur. Mübarizə aparacağıq. Reallıq var ki, qrupdakı rəqiblərin hamısı bizdən güclüdür. Bəlkə də, bunu qəbul etmək istəmirik. Çətin qrupdayıq. Son oyunda da çəkinmədən oynayacağıq.

– 5 oyunda 1 xal qazanılıb. Millidən irəliləyiş gözləməyə dəyər?
– Buna inanırıq. Ruhdan düşmək lazım deyil. Gənc komandamız var, getdikcə də gəncləşir. İlk məqsəd odur ki, Millətlər Liqasında C Liqasına qayıdaq. Oyunlara bu baxışla yanaşacağıq. Hazır olmaq lazımdır. Millidən indiki məqamda böyük nəticə gözləmək tezdir.

– Emin Mahmudov “Qarabağ”la oyunda ilk hissədən sonra əvəzlənmək istədi. Bu gün də fasilədən sonra oyundan çıxdı. Onun dəyişikliyi əvvəldən planlaşdırılmışdı?
– Emin Mahmudov böyük itkidir. Eyni zamanda Elvin Cəfərquliyevin də yoxluğu hiss olundu. Eminin 70-75 dəqiqə oynayacağını düşünmüşdük. Lakin risk etmək istəmədik. İkinci oyunda da azı 60-65 dəqiqə oynamaq gücündə olacaq.

– Millidə öz komandalarında oynamayan futbolçular var. Start heyətdə 5 oyunçu klubunda az şans qazananlar idi. Fransa ilə oyundan sonra sizinlə yola davam edilsə, AFFA ilə legioner limiti haqda danışacaqsınız?
– Limit mövzusu başqa mövzudur. Şəxsi fikrimi demişəm. Hamı bunu bilir. Başqa cür yanaşıram. Futbolçuların perspektivi var. Az oynayırlarsa, özləri düşünməlidir. Təklifləri də var, ola bilər. Aşağı büdcəli komandalar olsa belə, oynamalıdır. Bir mövsüm çox oynayıb, irəli gedə bilərlər. Bəzi futbolçular var ki, onlarla danışırıq. Onlar da düşünürlər, oynamaq istəyirlər. Məncə, bu olmalıdır. Çünki vəziyyət yaxşılığa doğru getmir.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:215
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 13 Noyabr 2025 23:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri