Əməliyyatı illərlə cərrah yox, xadimə edib Özəl xəstəxanada QALMAQAL
Icma.az, Lent az portalına istinadən məlumat yayır.
Türkiyənin Giresun şəhərində fəaliyyət göstərən özəl xəstəxana ilə bağlı qalmaqallı iddia ortaya çıxıb.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, xəstəxanada təmizlik işçisi kimi çalışan şəxsin tibbi təhsili olmadığı halda əməliyyatlarda iştirak etdiyi və həkim, eləcə də əməliyyat tibb bacısı kimi xəstələrə müdaxilə etdiyi iddia olunur.
İddialara görə, həmin şəxsin iştirak etdiyi tibbi müdaxilələrlə bağlı xəstə qeydiyyatlarında digər tibb işçilərinin adlarından istifadə olunub.
Vətəndaşlar durumla bağlı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya Mərkəzinə (CİMER) şikayət ünvanlayıblar. Şikayətdən sonra Giresun Vilayət Səhiyyə İdarəsi tərəfindən araşdırmaya başlanılıb.
Araşdırma çərçivəsində həmin şəxsin xəstəxanadakı vəzifəsi, səlahiyyətləri və cərrahi əməliyyatlarda iştirak edib-etmədiyi yoxlanılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 09 Noyabr 2026 20:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















