Icma.az
close
up
RU
Ayxan Abbasov: “Çalışırıq ki, daha yuxarı pillələrə qalxaq”

Ayxan Abbasov: “Çalışırıq ki, daha yuxarı pillələrə qalxaq”

Idmanxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Şamaxı” Misli Premyer Liqasının 32-ci turunda səfərdə “Turan Tovuz”la 1:1 hesablı heç-heçə edib.

İdmanxeber.az xəbər verir ki, qonaqların baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Çətin və maraqlı oyun oldu. Hər iki komanda qalib gəlmək istəyirdi. Birinci hissədə mübarizə daha çox meydanın mərkəzində getdi. İkinci yarıda futbolçularımdan sürətli hücumlar görmək istəyirdim. İkinci hissəyə baxsaq, 2 xal itirən biz olduq. Komandamdan razı qaldım. Xallarımızın üstünə xal gəldi. Rəqibin üstün cəhətlərini bilirdik. Elə bundan da qol vurdular. Ondan sonrakı standart vəziyyətlərdə futbolçularım yaxşı çıxış etdilər. Hər xal bizim üçün vacibdir. Çalışırıq ki, daha yuxarı pillələrə qalxaq.

– Leroy Mikels zədədən sonra qayıtdı və onu bu gün fərqli mövqedə oynatdız. Performansını bəyəndiz?

– Sistemə baxsaz, mövqeyi hücum görünürdü. Amma oyunun içində bəzi detallar var idi. Məncə, tapşırıqları yerinə yetirdi. İkinci hissədə daha yaxşı idi. Tam hazır deyil. Amma Leroya inanırıq. Zədədən sonra pis performans göstərmədi.

– 1-ci Liqada və Əvəzedicilər liqasında U-21 millisi üçün futbolçular tapa bilirsiz?

– Əvəzedicilər liqasında daha çox 2006-2007-ci il təvəllüdlü futbolçulara baxıram. Onlar bizim gələcəyimizdir. I Liqa maraqlı oldu. “İmişli” – “Qəbələ” matçını izlədim. Yaxşı mənada təəccübləndim. Oyunçular var. Əvəzedicilər liqasından da bəyəndiyimiz futbolçu var. “Şamaxı”ya gətirmək istəyirik. İnanmaq lazımdır. Bu gün Rüfət Abbasovla Edqar Adilxanov göz qabağındadır. Çempionatda stabil oynayırlar. Rauf Rüstəmlinin bugünkü performansına baxın. Azərbaycanda ən yaxşı dayaq yarımmüdafiəçilərindən ola bilər.

– Demək olar ki, günah yerli futbolçularda yox, onları üzə çıxarmayan klublardadır?

– Razıyam. İnanmaq lazımdır. Burada futbolçuların da günahı var, klubların da. Tez bir zamanda nəticə qazanmaq istəyirik. Bəzi klublar fəlsəfələrini öz büdcələrinə uyğun seçməlidir. I Liqadan gələn komanda fikirləşir ki, 10 legioner gətirib oynadaq. Amma hansını əziyyəti olan yerli oyunçular var. Biz “Turan Tovuz”a gələndə I Liqadakı heyətdən 13 futbolçu saxladıq. Faiq Hacıyev bu gün göz qabağındadır. “Turan Tovuz”da əsas heyətin üzvüdür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 25 Aprel 2025 21:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see136

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri