Ayxan Abbasov: Çalışırıq ki, futbolçularımızı gərginlikdən çıxaraq
Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Şamaxı" Misli Premyer Liqasının 21-ci turunda səfərdə "Neftçi"yə 0:1 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Oyuna yaxşı başladıq. 100 faizli qol epizodlarından istifadə edə bilmədik. İlk hissənin sonunda qapımıza penalti təyin edildi. Təəssüf ki, bununla da matçın taleyi həll olundu. Sonradan dəyişikliklər etsək də, əfsuslar olsun ki, alınmadı. Bu matçı unudub, qarşıdakı oyunlara hazırlaşacağıq. Komandama inanıram. Bu durumdan, inşallah, birlikdə çıxacağıq.
- Turnir cədvəlində sizdən geridə olan komandalarla xal fərqi qapanır. Bu, komandanız üzərində nə dərəcədə gərginlik yaradır?
- Bilirdik ki, böyük xal fərqimiz yox idi. Qarşıda oyunlar var. Həmişə demişəm ki, çempionatın sonuna qədər mübarizə gedəcək. Hələ heç nə bitməyib. Çalışırıq ki, futbolçularımızı gərginlikdən çıxaraq və növbəti oyunlara kökləyək.
- Cəlal Hüseynovun performansını necə qiymətləndirirsiz? Onunla bağlı hansı addımlar atacaqsız?
- Hansısa futbolçu barədə fərdi danışmaq düzgün olmaz. Cəlal komandamıza yeni qoşulub. Texniki səhvləri çox edir. Gəncdir, üzərində çox çalışmalıdır. Səbirli olmaq lazımdır.
Elçin Əlixan
saytlarin hazirlanmasi
Baxış sayı:62
Bu xəbər 31 Yanvar 2025 20:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















