Icma.az
close
up
RU
Ayxan Abbasov: Həvəsdən düşməməliyik

Ayxan Abbasov: Həvəsdən düşməməliyik

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Misli Premyer Liqasının XV turunun "Şamaxı" - "Kəpəz" oyunundan (0:1) sonra meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov oyunla bağlı fikirlərini bölüşüb.

Sport24.az xəbər verir ki, mütəxəssis ilk öncə matç haqqında danışıb. 

- Üzücü məğlubiyyət oldu. Matçın stressli, ağır keçəcəyini bilirdik. Futbolçular çalışır istəklidir. Sonluq çatmır. Epizodları dəyərləndirə bilmirik və ucuz səhvlər edirik. Təəssüf... Futbolçulara da dedim, bu durumdan çıxmaq lazımdır. İkinci dövrə xal baxımından yaxşı keçmir. Qışa qədər istədiyimiz xalları yığmaq şansımız var. Çətinlik olacaq, buna hazır olmalıyıq. Hansı yükün altına girdiyimizi bilirik. Toparlanın, gələcək oyunlara hazırlaşacağıq.

- Ardıcıl 2 oyundur, qapınıza penalti təyin edilir. Bu, nə ilə bağlıdır?

- Bugünkü oyunda top oyunçumuzun əlinə dəymişdi. Səhv etmirəmsə, qapısına ən çox penalti təyin edilən komandayıq. Diqqətsizlik var. Əvvəlki oyunda da, bu gün də.

- Azarkeşlər sizi istefaya səsləndi. Sizcə, onların sizdən gözləntiləri nədir?

- Azarkeşlər nəticəyə görə məyusdur. Lakin reallığı başa düşməliyik. Birinci dövrəni çox yaxşı keçirdik və gözləntiləri artırdıq. Əvvəldən çətin oyunlarımızın olacağını demişdim. Futbolda xırda detallar nəticəyə təsir edir. İkinci dövrədə xal qazana biləcəyimiz oyunlar var idi, amma olmadı. Həvəsdən düşməməliyik. Son sıraya yaxınıq, amma birinci dövrədəki kimi bir dövrə keçirsək, bu xallar Premyer Liqada qalmağımıza kömək edəcək.

- Luis Paçu sizin komandanızda diüüət çəkmişdi. Sonra bir müddət kənarda qaldı və "Kəpəz"ə keçdi. Bu gün isə oyunun qəhrəmanı oldu...

- Paçu bəyəndiyim oyunçudur. Lakin heyfslənmək üçün gecdir. Transferlər üçün çalışırıq.

- İlkin Muradov nə üçün klubdan ayrıldı?

- İlkinlə söhbətimiz oldu, özü də bilir. Xarakterlərimiz düz gəlmirsə, böyütmək lazım deyil. Komandaya pis təsir edəcək nəyinsə olmasını istəmədik. İlkinin debütü mənim rəhbərliyim altında olmuşdu. Lakin fikirlər üst-üstə düşməyəndə yollar ayrılmalıdır.

- Qurban Səfərov 2 il öncə potensiallı uşaqlardan sayılırdı. Lakin bu gün 3-5 dəqiqə şans qazanır.

- Hələ gəncdir. İki həftə zədəli oldu. Potensiallı gənclərimiz var və onlar artırmalı, məsuliyyəti dərk etməlidirlər. Edqar, Qurban, Rauf U-21 yığmasının üzvləridir. Premyer Liqa oyunlarında daha rahat oynamalıdırlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://sport24.az
archiveBu xəbər 30 Noyabr 2024 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see363

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see333

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see315

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see259

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see253

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see245

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see233

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see212

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see207

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see198

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see197

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see190

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see185

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see184

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see179

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see176

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see171

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see171

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see162

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri