Icma.az
close
up
RU
Ayxan Abbasov: Heyətin güclənməsinə ehtiyacımız var

Ayxan Abbasov: Heyətin güclənməsinə ehtiyacımız var

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

""Zirə"yə öz təşəkkürümü bildirmək istəyirəm. Bilirsiniz ki, oyun planımızda biraz dəyişiklik oldu. Yeni komandayıq. Bizə qoşulan yeni futbolçularla birlikdə təlim-məşq toplanışımızın yaxşı keçdiyini düşünürəm. Əsas odur ki, zədə olmadı".

İdman.biz xəbər verir ki, bunu "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov "Zirə" (2:1) ilə yoxlama matçından sonra deyib.

Təcrübəli mütəxəssis komandasının hazırlığını dəyərləndirib: "Heyəti büdcəmizə uyğun formalaşdırmışıq. Belə deyək, bu komanda mübarizə apara biləcək. Məqsədlərdən danışanda aydındır ki, əsas məqsəd qələbələrdir, amma elə klublar var ki, onlarla çətin olacaq. Heyətin güclənməsinə ehtiyacımız var, 2-3 futbolçu da istərdik. Elə mövqelər var ki, orada çətinliklərlə üzləşə bilərik, çünki mövsüm uzun marafondur. Komandanın böyük hissəsi gənclərdən ibarətdir, amma onlara inanıram. Abdulla Şuaybuya gəldikdə isə, ondan çox şey gözləyirik. Bilirəm ki, “Kəpəz”də yaxşı mövsüm keçirib. Ötən il I Liqada idi. Hələ ideal formada deyil. Amma inanın ki, çox böyük istəyi var və mən inanıram ki, bizə çox kömək edəcək.

Ayxan Abbasov bəzi klubların ev oyunlarını Şamaxıda keçirməsindən narazılığını dilə gətirib: "Premyer Liqanın bəzi klublarının (“Karvan” və “İmişli”) ev oyunlarını Şamaxı Şəhər Stadionunda keçirməsi bizim üçün problem ola bilər. Bilmirəm, bunu məcburiyyətdən edirlər, yoxsa başqa səbəbdən. Bildiyiniz kimi, stadionda işıqlandırma yoxdur və bu, məşq prosesimizi poza bilər. Məsələn, əgər cümə və şənbə günləri başqaları oynayacaqsa, bazar günü “Şamaxı” oyunu olarsa, biz ümumiyyətlə 1-2 gün məşq edə bilməyəcəyik. Əgər futbolumuzun inkişafını istəyiriksə, meydançalar lazımdır. Məncə, buna sərmayə qoyulmalıdır. Meydanlar olmadan çətin olacaq. Müvəqqəti olaraq haradasa oynamaq olar, amma biz daha peşəkar olmalıyıq”.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 10 Avqust 2025 01:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see423

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see415

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see291

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see272

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see261

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see254

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see252

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see249

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see246

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see231

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see219

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see213

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see211

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see206

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see205

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see202

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri