Moskvada mobil internet məhdudlaşdırılır Səbəbləri açıqlandı
Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Moskvada Üçüncü Nəqliyyat Halqası hüdudlarında mobil internetin işində müvəqqəti məhdudiyyətlər tətbiq olunur.
"AzPolitika" xəbər verir ki, bu barədə Rusiya Rəqəmsal İnkişaf Nazirliyi (Mintsifrı) məlumat yayıb.
Məhdudiyyətlər oktyabrın 27-dən 29-dək qüvvədə olacaq. Qərar Qaz İxrac Edən Ölkələr Forumu və "Rusiya-Afrika" sammitləri zamanı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə izah edilir.
Qadağalar oktyabrın 27 və 28-də saat 11:30-dan başlayaraq gün ərzində, oktyabrın 29-da isə saat 9:30-dan etibarən tətbiq olunacaq. Nazirlikdən bildirilib ki, "ağ siyahı"ya daxil olan ən çox tələbat olunan və sosial əhəmiyyət kəsb edən xidmətlər və saytlar, eləcə də səsli rabitə, ev interneti və Wi-Fi adi rejimdə işləməyə davam edəcək.
Xatırladaq ki, Rusiya bölgələrində mobil internetin kəsilməsi 2025-ci ilin yazından etibarən kütləvi xarakter alıb. Hakimiyyət bu addımı Ukrayna PUA-larının hücumlarından müdafiə zərurəti ilə əsaslandırır. Məhdudiyyətlər zamanı yalnız nazirliyin 2025-ci ilin sentyabrında formalaşdırmağa başladığı "ağ siyahı"dakı xidmətlər (dövlət xidmətləri, treydinq platformaları, banklar, iri rus sosial şəbəkələri və "Mah" messenceri) işləyir.
Moskva əvvəllər də buna bənzər məhdudiyyətlərlə üzləşib. Belə ki, 2026-cı ilin martında paytaxtın mərkəzində mobil internet təxminən bir həftə fasilələrlə işləmişdi. Prezidentin mətbuat katibi Dmitri Peskov o zaman məhdudiyyətlərin "zəruri olduğu müddətə qədər" davam edəcəyini bildirmişdi.
“AzPolitika.info”
Baxış sayı:94
Bu xəbər 27 Oktyabr 2026 09:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















