Ayxan Abbasov: “Sabah” hazırda Azərbaycanda ən yaxşı formada olan komandadır”
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
“Bu gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində səfərdə Finlandiya təmsilçisi “KuPS” ilə oynayacaq “Sabah” hazırda Azərbaycanda ən yaxşı formada olan komandadır”.
Bunu Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov deyib.
O, Bakıdakı ilk matçda “Sabah”ın rəqibindən fəal təsir bağışladığını xatırladıb.
“İlk görüşü izlədim, “Sabah”ın üstün oyunu nəzərə çarpırdı. Təəssüf ki, əlverişli imkanlardan istifadə edə bilmədilər. “KuPS” “Sabah”ın ilk rəqibindən fərqləndiyini göstərdi. Sistematik futbola üstünlük verən komandadır. Qol vəziyyətlərindən yararlana bilməsələr də, oyundan qopmurlar və öz vaxtlarını gözləyirlər. Topa sahibolmada və mövqe hücumlarında sonluğu gətirə bilirlər. Səfərdə bunu edə bildilərsə, evdə azarkeşləri qarşısında daha effektli ola bilərlər”, - deyə o report.az-a açıqlamasında söyləyib.
A.Abbasov “Sabah”ın yenə qol imkanları yaxalayacağını qeyd edib:
“İlk matçda “Sabah” yaxşı hücumlar etdi, qol şansları oldu. Deməli, həmin boşluqları yenə tapmaq mümkündür. Çempionlar Liqasında zəif rəqib yoxdur, hər bir komanda öz ölkəsinin çempionudur. Mübarizə yüksək səviyyədə olmalı, diqqətli davranılmalıdır. İnanıram ki, “Sabah” bu turu keçəcək. Çünki bu, vacibdir. “Sabah” Çempionlar Liqasında təcrübə qazanır, ilk ilidir. Hər oyun onlar üçün böyük sınaqdır. Ümidimiz böyükdür. Çünki “Sabah” hazırda ölkədə ən yaxşı formada olan kollektivdir”.
Qeyd edək ki, “KuPS” - “Sabah” matçı bu gün, Bakı vaxtı ilə saat 19:00-da Kuopio şəhər Mərkəzi stadionunda start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 28 İyul 2026 18:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















