Icma.az
close
up
RU
Ayxan Abbasov: Ukraynanı daha yaxından tanıyırıq, futbolçularımıza inanıram

Ayxan Abbasov: Ukraynanı daha yaxından tanıyırıq, futbolçularımıza inanıram

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Futbolçularıma bir kəlmə dedim ki, biz İslandiya ilə oyunu çox vacib edə bilərik. Bu həyəcanı yaşamağı haqq edirlər. Çox istəyərdim ki, İslandiya matçını Bakıda çox vacibə çevirək”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Polşada Ukrayna yığmasına qarşı görüşdən öncə keçirilən mətbuat konfransında deyib.

Mütəxəssis sabahki qarşılaşmaya yüksək motivasiyada hazırlaşdıqlarını bildirib: “Sabah bizi yenə gərgin oyun gözləyir. İlk oyunumuz Fransaya qarşı səfərdə idi, indi də Ukrayna ilə səfərdə oynayırıq. Ardıcıl iki səfər matçı da çətindir. Üç günlük pauza var. Futbolçularımızda yorğunçuluq olur. Amma çalışacağıq ki, nələrisə dəyişək və daha yaxşı olaq. Komandamıza, futbolçularımıza inanıram. Necə ki, Fransa ilə mübarizə apardılar, bu oyunda da aparmalıyıq. Bu görüşdə daha da yaxşı olmalıyıq. Ukrayna da bilirik ki, bu förüşə final kimi yanışır. Son matçda ağır səfərdə mühüm qələbə qazandılar. İslandiyada bütün komandalar üçün oynamaq çətindir. Ukrayna bizimlə heç-heçə etdikdən sonra bizə yanaşmaları başqa cür olacaq. Bu, bizi çəkindirmir. Əgər biz gələcəyə nikbin baxmaq istəyiriksə, çəkinmədən mübarizə aparmalıyıq. Futbolçularımıza da bunu bildirmişik. İnanıram ki, sabah yaxşı mübarizə apara biləcəyik".

Abbasov sabah meydanda strategiya və taktika baxımından bəzi dətişikliklər olacağını vurğulayıb: “Necə ki, Ukrayna Fransaya qarşı mübarizə aparırdı, rəqib ondan üstün idi. Ukrayna da tələsmədi, bütün oyunu əks-hücumda keçirirdi. Bu da normaldır. Bu gün də bizlə Ukrayna arasındakı fərq də məlumdur. Oyunun gedişatı da önəmlidir. Çalışdığımızın alınıb-alınmaması da önəmlidir. Bəzi fikirlərimiz var. Bunu indi deməyimiz düzgün olmaz. Rəqibə görə də bəzi dəyişikliklər olacaq”.

Abbasov Ukrayna millisinin zəif və güclü tərəflərini də vurğulayıb: “Ukrayna millisində güclü, fərdi keyfiyyətə malik oyunçular var. Son matçda da bunu göstərdi. Təhlil zamanı oyunçularımıza bunu göstərmişik. Hücum xəttindəki oyunçuları yaxşıdır. Avropada yaxşı klublarda oynayırlar. Güclü müdafiəçisi var, PSJ-də oynayır. Bu da komandanın ustalığından söz etdirir. Fərdi də yanaşmışıq. Futbolçularımıza bunları göstərmişik. İlk oyunda oynamışıq deyə, Ukraynanı daha yaxından tanıyırıq”.

Baş məşqçi komandasınln yaxşı oyunla qələbəyə daha tez yaxınlaşacaqlarını vurğulayıb: “Biz hər oyunda çalışırıq ki, futbolçularımızda qələbə ruhu olsun. Rəqibin fərqi yoxdur. Ən çətin rəqib olanda demirik ki, oyunu udmaq istəmirik. Oyundan-oyuna futbolçularda fərq olacaq, inam gələcək. Xal qazanmq istəyirik. 4 komanda olanda daha çətindir. Rəqiblər bizdən üstündür. Futbolda bu gün mümkünsüz heç nə yoxdur. Sevinirəm ki, futbolçular bunu anlayır. Yanaşmaları fərqlidir. Allah qoysa, belə davam etsək, nəticə olacaq”.

Ayxan Abbasov baqajlar gec gəlməsinin planlarına hər hansı təsir etmədiyini bildirib: “Məşq etmişik, elə də problem olmayıb. Bəli, nələrsə gecikmişdi. Amma dünənki planımızda dəyişiklik olmadı. Bərpanı qaldığımız oteldə keçdik, oynamayanlar məşq etdi. Yəqin ki, bu da hansısa təzyiqdir. Amma heç bir problem yoxdur. Hər şey qaydasındadır”.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 12 Oktyabr 2025 22:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri