Icma.az
close
up
RU
Menu

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Azərbaycan benzini hansı ölkələrə satır?

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Ayxan Abbasov və Eyfel qülləsi

Ayxan Abbasov və Eyfel qülləsi

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sena çayının sahilində yerləşən və onu inşa edən memar Qustav Eyfelin şərəfinə adlandıran qüllə bütün dünyada təkcə Parisin yox, ümumilikdə Fransanın rəmzinə çevrilib.

Bu qüllə Azərbaycanda da xeyli məşhurlaşmışdı. Fransa millisi ilə qarşılaşma üçün Bakıda Parisə səfər edən nümayəndə heyəti Eyfel qülləsinin qarşısında zövqləri oxşayan şəkillər çəkdirir, bu şəkillər sosial şəbəkələrin bəzəyinə çevrilirdi. “Oser faciəsi” gözümüzü elə qorxutmuşdu ki, belə şəkillərə baxanda belə o qorxulu nəticəni unuda bilmirdik. Qorxurduq ki, Mbappe və komanda yoldaşları Şahruddin Məhəmmədəliyevin qoruduğu qapıdan 10-dan çox qol keçirər. Ondan sonra da “Oser faciəsi” unudular və onun yerini “Paris faciəsi” tutar.
Çox şükür, qorxduğumuz başımıza gəlmədi. Düzdü, oyun keyfiyyəti, statistik göstəricilər baxımından hesab arasındakı fərq daha böyük ola bilərdi. Amma futbolda son nəticəni qapı xəttindən keçən qollar müəyyənləşdirir ki, bu göstərici də bizim “xeyrimizə” oldu. Şahruddin Məhəmmədəliyevin qapısına cəmi üç qol vuruldu ki, biz bığlı-saqqalı kişilər buna qol götürüb oynamağa, sevinməyə başladıq.
Futbolçularımızın əzmkarlığı, Ayxan Abbasovun Fernando Santuşun boşaltdığı posta gətirilməsindən sonra baş verən dəyişikliklər yekun nəticəyə təsir etdi. Bunu etiraf etməmək mümkün deyil. Di gəl ki, bu dəyişikliklər elə də ciddi əhəmiyyət daşımır. Daşısaydı, meydanda sərgilənən oyunun keyfiyyətində də hiss olunardı, fransızların qapıçısı 90 dəqiqə ərzində samovar qaynadıb, çay içməzdi. Şübhə etmirəm ki, turnir cədvəli Fransa millisindən Azərbaycanın qapısına 10 qol vurmağı tələb etsəydi, onlar bunu həyata keçirmək üçün dəridən-qabıqdan çıxardılar və sonda buna artıqlamasıyla nail olardılar.
Ukrayna ilə Polşada keçirilən qarşılaşmada da həmin o müsbət dəyişikliklər müşahidə olunurdu. Lakin elə Fransayla oyunda olduğu kimi, həmin o dəyişikliklər yekun nəticədə həlledici olmadı. Yəni ki, uduzduq və meydandan xalsız ayrıldıq. Məsələ də bundan ibarətdi. Azərbaycan millisini yenicə müstəqillik qazanmış, Buxarestə ilk beynəlxalq səfər oyununa yollanan komandayla müqayisə etmək lazım deyil. Həmin vaxt da 0:3 hesabıyla uduzmağa şükr edirdik, indi də. Nə anladıq bu işdən? O zamandan bəri Azərbaycanda çox şey dəyişib. Təkcə futbolumuzdan başqa. Deyərdim ki, bu sahədə daha da geri getmişik. Sovetdən qalan uşaq futbol məktəbləri məhv edilib, az-çox istedadlarımız da sıradan çıxıb. Bu futbol xarabalığının içində təkcə “Qarabağ” baş qaldırıb, ürəyimizi açmağa, bükülən qəddimizi dirçəltməyə çalışır.
Sözsüz, Azərbaycan futbolundakı problemlərin səbəbkarı Ayxan Abbasov deyil. Biz bu çuxura onunla düşməmişik və indi də Ayxan bəyin bizi dərin çuxurdan, sonu görünməyən bataqlıqdan çıxarmasını tələb etmirik. Problemlərin kökündə daha ciddi məsələlər dayanır. Biz futbolumuzun inkişafına məhz ordan başlamalıyıq. Abbasovlu yığma Fransayla heç-heçə edib, Ukraynanı məğlub etsəydi belə, bunu inkişaf saymaq mümkün deyildi. Necə ki, nəticə baxımından heç nə əldə etməmişik. Məni təəssüfləndirən təfəkkürümüzün 30 il geriyə getməsi, Anadolu türklərinin “yenildik, ama döyülmədik” məsəlinə üstünlük verməyimizdi. Sussam da, yaşananları müşahidə edirəm. Görürəm ki, bilərəkdən, ya da bilməyərəkdən Ayxan Abbasovun adı ətrafında süni şou, ajiotaj yaradılır. Guya ki, tezliklə Ayxan Abbasov millimizə böyük qələbələr qazandıracaq, millimizi Santuşun arzuladığı böyük turnirlərin final mərhələsinə aparacaq.
Olmayacaq, əzizlərim. Özünüzü niyə aldadırsız? Ayxan Abbasovu tərifləməyə aludə olub, futbolumuzun problemlərini unutmayaq. Buyurun, Ayxan bəy çətin səfərdən dönən kimi onun komandası “Şamaxı” “Kəpəz”ə 1:4 hesabıyla məğlub oldu. Görünür bəy tərifi Abbasovu Parisdə Eyfel qülləsinin lap kəlləsinə qaldırıbmış. Adam tərif selindən məst olub, ordan enməyə macal tapmadı ki, komandasını “Kəpəz”lə oyuna hazırlasın. Nəticə acınacaqlı oldu. “Kəpəz” bu mövsümdə ilk 3 xalı “Şamaxı”dan aldı. İmkan verin Ayxan Abbasov “Şamaxı”yla məşğul olsun. Sonuncu pillə ilə xal fərqi cəmi 6-ya bərabərdi.
AMAL

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:218
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 20 Oktyabr 2025 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see366

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see358

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see354

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see325

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see251

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see238

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see233

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see231

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see227

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see222

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see218

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see209

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see207

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see201

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see196

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see194

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see190

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see164

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri