Icma.az
close
up
RU
2025 ci ildə doğulan uşaqlarla abortların sayı bərabər olub ŞƏRH

2025 ci ildə doğulan uşaqlarla abortların sayı bərabər olub ŞƏRH

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Görünən odur ki, Azərbaycanda uşaqların sosial müdafiəsinin gücləndirilməsi üçün daha təkmilləşdirilmiş mexanizmlərə ehtiyac var”

“Uşaqların Beynəlxalq Müdafiəsi Günü çərçivəsində gənc nəslin sağlamlığı, fərdi inkişafı və sosial müdafiəsinin təşkili ön planda saxlanılmalıdır. Onlar erkən yaşlarından yetkinlik dövrünədək müstəqil şəxsiyyət kimi formalaşmalı, cəmiyyətdə öz fərdi yerini tapmağı bacarmalıdır. Elə insanlar var ki, 50 yaşa çatsalar da, şəxsiyyət kimi formalaşma səviyyələri bioloji yaşları ilə üst-üstə düşmür. Bu gedişat ailədaxili tərbiyədən və təhsilin keyfiyyət dərəcəsindən asılı olaraq formalaşır”. 

Bu sözləri sosioloq Naib Niftəliyev Sherg.az-a 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə öz fikirlərini bölüşərkən bildirib.

Sosioloqun fikrincə, fərdin sağlam mühitdə böyüməsi üçün ailədaxili harmoniya ilə dövlətin sosial-hüquqi təminat mexanizmləri paralel şəkildə fəaliyyət göstərməlidir:

“Dünyanın bir sıra ölkələrində uşaqların müdafiəsi və rifahının yüksəldilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Bunlar arasında ən vacibi sosial təminatdır. Ailə planlaması proqramlarının icra edildiyi ölkələrdə çoxuşaqlı ailə modeli ictimai qınağla üzləşir. Bu yanaşmanın arxasında müəyyən obyektiv səbəblər dayansa da, insanları uşaq dünyaya gətirdiklərinə görə mühakimə etmək doğru deyil. Unutmayaq ki, sabahın memarları bu günün uşaqlarıdır. Uşaqlar dünya əhalisinin 12 faizini təşkil edir. Onların təxminən yarım milyardının xəstəlik, yoxsulluq və aclıq içində yaşaması, bəşəriyyətin böyük humanitar fəlakətlə üz-üzə qaldığını göstərir”. 

N.Niftəliyev qeyd edib ki, hüquq-mühafizə strukturları, müharibələr, epidemiyalar və digər dağıdıcı proseslərin qurbanına çevrilən uşaqların hüquqlarının müdafiəsində yetərsiz qalıb:

“Azərbaycanda isə vəziyyət bir qədər fərqlidir. Uşaq hüquqları ilə bağlı qəbul edilən çoxsaylı qərarlara rəğmən, bu gün xalqı ən çox düşündürən məsələ uşaq pulunun verilməsi üzərində dayanıb. Məsələnin hər zaman gündəmdə qalması, uşaqların sosial vəiyyəti ilə bağlı köklü problemlərin olduğunu aşkara çıxarır. 2025-ci ilin statistik məlumatlarına görə, doğulan uşaqlarla abortların sayı bərabər olub. Görünən odur ki, Azərbaycanda uşaqların sosial müdafiəsinin gücləndirilməsi üçün daha təkmilləşdirilmiş mexanizmlərə ehtiyac var”. 

Sosioloq onu da bildirib ki, dayanıqlı gələcək üçün sosial dövlət modeli gücləndirilməli, uşaq müavinətləri isə artırılmalıdır:

“Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə və ardıcıl fəaliyyəti əsasında uşaqların qarşılaşdıqları sosial-demoqrafik böhranlar aradan qaldırılmalıdır. Uşaqların gələcəyini təhdid altına salan aktual problemlərdən biri də onların hüquq və maraqlarının müdafiədən kənarda qalmasıdır. Azərbaycanda bu istiqamətdə müxtəlif çağırışlar səslənsə də, heç bir rəsmi qurum və qeyri-hökumət təşkilatı davamlı addımlar atmaq istəmir. Əgər biz bu gün uşaqları sağlam böyüdə bilmiriksə, gələcəyimizi də eyni dərəcədə sosial, mənəvi və demoqrafik böhrana məhkum edirik".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 İyun 2026 21:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri