Icma.az
close
up
RU
Ayxan Abbasovun Fərid Hacıyevdən narazı qalmasının şok səbəbi... bu qədər olmaz!

Ayxan Abbasovun Fərid Hacıyevdən narazı qalmasının şok səbəbi... bu qədər olmaz!

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Misli premyer-liqasının 34-cü turunun "Sabah" - "Şamaxı" matçı Masazır təmsilçisinin 3:1 hesablı qələbəsiylə nəticələndi.

"Şirlər"in baş məşqçisi Ayxan Abbasovun oyunsonrası mətbuat konfransında dedikləriylə tanışsız. İş ondadı ki, mütəxəssis matçın baş hakimi Fərid Hacıyevin qərarlarından narazı qalıb-qalmaması haqda sualı eşidən kimi simasında yaranan reaksiyayla sanki "bezmişəm ondan" sözlərini işlətdi. Və çox keçmədi ki, həmin ifadələr cümlələrdə əksini tapdı:

"Fərid Hacıyevdən həmişə narazı qalmışam. Bu haqda çox danışmaq istəmirəm. Hakimlərə həmişə dəstək olmağa çalışmışıq. Top çıxıb, fol verir. Futbolçunun əziyyətini yerə vurur. Ayıbdı. Sonra künc zərbəsi verir. Rəqib də həmin epizodda qol vurur. Neçə dəfə lazım olsa da, sarı vərəqə göstərmədi. Ancaq daha sadə epizodlarda bizə "sarı" verilir. Ümumiyyətlə, Fərid Hacıyev oyunu zəif idarə etdi. Səbəbini bilmirəm".

Fərid Hacıyevin "Şamaxı"nın hansı oyunlarını idarə etdiyi və həmin matçların necə yadda qaldığını araşdırmaq qərarına gəldik. Ədalət təmsilçisi cari mövsümdə "şirlər"in dörd matçını idarə edib.
2-ci tur: "Araz-Naxçıvan" - "Şamaxı" 1:0
10-cu tur: "Şamaxı" - "Araz-Naxçıvan" 0:1
29-cu tur: "Şamaxı" - "Neftçi" 0:2
34-cü tur: "Sabah" - "Şamaxı" 3:1
Göründüyü kimi, Fərid Hacıyevin meydanda olduğu qarşılaşmalarda "Şamaxı" xal qazana bilməyib. Rəqiblərdən 7 qol buraxan komanda cəmi bir dəfə fərqlənib. Maraq üçün qeyd edək ki, "fit sahibi" bu 4 görüşdə 11 sarı vərəqə göstərib. Bunlardan 6-sı "şirlər"in, 5-i rəqiblərin payına düşüb. Həmçinin cəmi bir penalti təyin olunub ki, "Neftçi"nin futbolçusu Ramil Şeydayev 42-ci dəqiqədə hesabı açıb.
Statistika diqqətimizi cəlb etdiyindən Ayxan Abbasovun "Turan Tovuz"da çalışarkən bu hakimin iş başında olduğu matçlara da diqqət yetirdik. Məlum oldu ki, ədalət təmsilçisi 2022/23 və 2023/24 mövsümlərində "bozqurd"un 3 oyununda iş başında olub və Tovuz təmsilçisi bu qarşılaşmalarda da qələbə qazana bilməyib.
Öz aramızdı, Ayxan Abbasovun Fərid Hacıyevin idarəçiliyindən narazı qalması normadı. Bu qədər düşərsiz hakim olar?
KƏNAN BAHADIR
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 11 May 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see248

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see238

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see216

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see153

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see149

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see148

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see146

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see141

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see139

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see136

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see134

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see134

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri