Icma.az
close
up
RU
Ayxan Abbasovun gəlişindən sonra milli komandada dəyişiklik hiss olunur MÜSAHİBƏ

Ayxan Abbasovun gəlişindən sonra milli komandada dəyişiklik hiss olunur MÜSAHİBƏ

Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.

Azərbaycan milli komandasının sabiq futbolçusu Füzuli Məmmədov Sportal.az saytına müsahibə verib. 

- Azərbaycan milli komandası İslandiya ilə qarşılaşacaq. Bu tsiklə 0:5 uduzduğumuz rəqiblə Bakıdakı görüşdən nə gözləyirsən?

- Milli komandamız Reykyavikdə acınacaqlı məğlubiyyət almışdı. Bu matç rəqib üçün çox önəmlidir. Çünki mütləq qalib gəlməlidir ki, Ukrayna ilə görüşdə şansları olsun və o matça final oyunu kimi çıxsınlar. Ayxan Abbasovun gəlişindən sonrakı oyunları nəzərə alsaq, millimizdə əməlli-başlı yüksəliş var. Yüksəliş nədir, deyim. Plan, sxem, futbolçuların əzmkarlığı, meydanda döyüşkənliyi. Bu da ümid verir ki, millimizin uğurlu çıxışına inanım. Ümid edirəm ki,doğma azarkeşlər önündə millimiz uğurlu çıxış edəcək, islandlara uduzmayacaq. İlk dəqiqələrdə kobud səhvlər olmasa, rəqib qol vura bilməsə, millimiz islandları əks-hücumlarda tutub, cəzalandıra, hətta qalib gələ bilər. 

- Şahruddin Məhəmmədəliyev, Mahir Emreli, Elvin Cəfərquliyev olmayacaq. Millinin hazırkı heyəti haqda hansı fikirdəsən? Onların yoxluğu təsir edə bilər?

- Tam səmimi deyim, üçü də millimiz üçün çox önəmli oyunçulardır. İstər-istəməz təsiri olacaq. Çünki təcrübəli oyunçulardır. Onların olmaması bizi məyus edir. Ayxan müəllimin mətbuat konfransında dediklərini də oxudum. Dedi ki, bu, istər-istəməz bir balaca problem yaradacaq. Amma artıq azərbaycanlı futbolçular haqda çox məlumatlı məşqçidir. Düşünürəm ki, çalışacaq bunların öhdəsindən gəlsin. Son matçlarda Səlahət Ağayevin da performansı göstərir ki, yaxşı durumdadır. Ayxan müəllim çatışmazlığı aradan qaldırmağı bacaracaq. 

- Milli komandaya yeni dəvət edilən Rüfət Abdullazadənin İslandiya və ya Fransa görüşündə şans veriləcəyini düşünürsən? Elə Mahir Emrelinin mövqeyindədir...

- Əgər Ayxan müəllim onu milliyə dəvət edibsə, demək ki, futbolçu yaxşı formadadır. Mahir Emreli də, Musa Qurbanlı da yoxdur. Milliyə dəvət olunubsa, demək ki, hər bir futbolçunun oynamaq şansı var. Rüfət yaxşı futbolçudur, bəyəndiyim oyunçulardandır. Hər dəqiqə hazır olmalıdır. Şans verilərsə, öz performansı ilə komandasına dəstək olmalıdır. 

- Ayxan Abbasovun rəhbərliyi altında geridə qalan 3 görüşdə milli komandamızın oyununda və ya hansısa detallarda proqress olduğunu düşünürsən? İslandiya və Fransa görüşlərindən ümumilikdə neçə xal və ya ümumiyyətlə, xal götürməyimiz realdırmı?

- Ayxan müəllimin gəlişindən sonra milli komandada dəyişiklik hiss olunur. O, komandanın gücünü düzgün bölür. Rəqibləri təhlil etdikdən sonra oyun planı seçir və o plana uyğun da futbolçular meydanda performana göstərir. Oyunçular indi meydanda daha istəkli, daha döyüşkəndilər. Hər top uğrunda mübarizə aparırlar. Bu da azərbaycanlı məşqçinin azərbaycanlı futbolçulara yanaşması, onları daha yaxşı tanımasından irəli gələn keyfiyyətdir. Əlbəttə ki, dəyişiklik aşkar hiss olubur. Ümid edirəm ki, komandamız bu oyunda qalib gələcək. 

- Yəqin ki, Ayxan Abbasovun rəhbərliyi altında millinin qarşısına qoyulacaq əsas hədəf Millətlər Liqasında D divizionundan C divizionuna çıxarmaq olacaq? Hazırkı heyət bunu etməyə yetərlidir?

- Tam səmimi deyim ki, Ayxan müəllimin qarşısına hansı hədəfin qoyulması ilə bağlı məlumatım yoxdur. Amma ümid edirəm ki, qarşıdakı matçlarda millimiz daha yaxşı oyunlar sərgiləyəcək. Millimizə uğurlar arzulayıram.

Mirbağırağa

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://sportal.az
archiveBu xəbər 13 Noyabr 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see199

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see165

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see156

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see130

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri