Mark Rutte: Elə vəziyyət yaratmalıyıq ki, Ukrayna atəşkəsdən sonra bir daha hücuma məruz qalmasın
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Berlin, 28 dekabr, AZƏRTAC
Biz elə vəziyyət yaratmalıyıq ki, Ukrayna atəşkəsdən və ya sülh sazişindən sonra bir daha hücuma məruz qalmasın.
AZƏRTAC xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte Almaniyanın “Bild” nəşrinə videomüsahibəsində deyib.
Baş katib bildirib ki, əsas hədəf Rusiyanın Ukraynaya yenidən hücumunun onun üçün fəlakətli nəticələr doğuracağını başa düşməsidir. Bunun üçün üç əsas amili qeyd edən M. Rutte deyib: “Birinci amil Ukrayna Silahlı Qüvvələridir. O, mükəmməl vəziyyətdə olmalıdır. Əlbəttə, bu müharibə zamanı artıq fövqəladə fəaliyyət göstərir, lakin müharibədən və ya uzunmüddətli atəşkəsdən sonra da ölkəni qoruya bilməlidir.
İkinci amil Fransa və Böyük Britaniyanın rəhbərlik etdiyi, Almaniya və digər ölkələrin qatıldığı “istəklilər koalisiyasıdır”. Bu koalisiya Ukrayna Silahlı Qüvvələrinə əlavə olaraq, Rusiyanın bir daha belə bir addım atmağa cəsarət etməməsi üçün lazım olan bütün vasitələri təmin edəcək.
Üçüncü səviyyə isə Amerika Birləşmiş Ştatlarıdır (ABŞ). ABŞ Prezidenti avqustda bu prosesdə iştirak etmək istədiyini bəyan edib. Hazırda biz bu üç elementi – Ukrayna Silahlı Qüvvələrini, “istəklilər koalisiyası”nı və ABŞ-ın töhfəsini elə bir şəkildə birləşdirmək üzərində işləyirik ki, Rusiya Ukraynaya bir daha toxuna bilməyəcəyini aydın şəkildə anlasın”.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 28 Dekabr 2025 21:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















