Icma.az
close
up
RU
Az yeyirəm, ancaq kökəlirəm... SƏBƏBLƏR

Az yeyirəm, ancaq kökəlirəm... SƏBƏBLƏR

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bəzən insanlar hiss edir ki, onların çəkisi səbəbsiz olaraq artır - qidalanma dəyişilməyib, fiziki hərəkətlik normadadır, ancaq çəki artır.

Bəzən bu insanlar hətta pəhriz saxlamağa, daha az yeməyə çalışsalar da, bunun heç bir köməyi olmur və bədən çəkisi artmaqda davam edir.

Belə halın səbəbləri müxtəlif ola bilər. Saglamolun.az bildirir ki, bəzi xəstəliklər və pozulmalar bədən çəkisinin artmasına gətirib çıxardır. Bu səbəbdən əgər siz özünüzdə bədən çəkisinin "səbəbsiz" artmasını müşahidə edirsinizsə, pəhrizə oturmağa tələsməyin, həkim müayinəsindən keçin.

Beləliklə, çəkinin "səbəsiz" artması bu kimi pozulmalar zamanı baş verə bilər:

- Hipotireoz (qalxanvari vəzi xəstəliyi) zamanı qalxanvari vəzi öz hormonlarını daha az miqdarda ifraz edir.

Qalxanvari vəzi orqanizmdə gedən bir çox proseslərə (o cümlədən, maddələr mübadiləsi proseslərinə) təsir edir. Qalxanvari vəzinin fəaliyyətinin zəifləməsi həmçinin mübadilə proseslərini bir qədər zəiflədir və bundan əlavə orqanizmdə artıq mayenin yığılmasına (şişkinlik) səbəb olur. Bunlar isə bədən çəkisinin artmasına gətirib çıxardır.

- Qadınlarda hormonal pozulmalar çəkinin artmasına səbəb ola bilər. Belə ki, polikistoz yumurtalıqlar sindromu olan qadınların bir çoxu artıq çəkidən əziyyət çəkir.

Bu pozulma zamanı qadının orqanizmində kişi hormonları artıq miqdarlarda ifraz olunur. Bu isə tüklənməyə, dəridə səpkilərə, menstruasiyanın pozulmasına, sonsuzluğa səbəb olur.

- Bəzi böyrək və ürək xəstəlikləri zamanı bədəndə artıq maye yığılır. Bu isə çəkinin artmasına səbəb olur.

- Şəkərli diabet piylənmənin əsas səbəblərindən biri sayılır. Şəkərli diabetin digər simptomları - səbəbsiz susuzluq, sidik ifrazının artması, dəridə qaşınma, dəridə yaraların gec sağalması və s. Özünüzdə bu simptomları müşahidə edirsinizsə, endokrinoloqa müraciət edin.

- Xroniki stress, depressiya çəkinin artmasına səbəb ola bilər.

- Menopauza (klimaks) hətta cavan qadınlarda başlaya bilər. Klimaks zamanı menstruasiyalar qeyri-müntəzəm olur, qısalır və ya əksinə uzanır, qadın çəki yığmağa başlayır. Mütləq ginekoloqa müraciət edin. Müalicənin köməyi ilə klimaksı taxirə salmaq mümkündür.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Oktyabr 2026 22:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see420

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see314

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see233

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see232

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see228

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see223

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see219

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see212

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see212

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see200

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see197

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see197

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see193

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see187

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see185

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see185

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see181

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see178

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see174

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri