Icma.az
close
up
RU
Niyə kişilər qadınlardan daha az yaşayırlar? Səbəblər

Niyə kişilər qadınlardan daha az yaşayırlar? Səbəblər

Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.


Açıqlanan son rəsmi statistikya görə, Azərbaycanda qadınlar kişilərdən orta hesabla 4,9 il daha çox yaşayırlar.
Yeniavaz.com
xəbər verir ki, Azərbaycanda kişilərin orta ömür müddəti 73,5 ilə, qadınların orta ömür müddəti isə 78,4 ilə bərabərdir.
Qeyd edək ki, 2016-cı illə müqayisədə kişilərin orta ömür müddəti dəyişməz qalıb. Qadınların orta ömür müddəti isə 0,4 il artıb.
Məlumat üçün bildirək ki, dünyanın heç bir ölkəsində kişilərin orta ömür müddəti qadınların orta ömür müddətindən çox deyil. BMT-nin Əhali Fondunun açıqladığı məlumatlar göstərir ki, istisnasız olaraq bütün dünyada qadınlar kişilərdən çox yaşayırlar.
Aparılan tədqiqatlar göstərir ki, kişilərin qadınlardan daha az yaşaması, müxtəlif sosial, iqtisadi və bioloji faktorlarından qaynaqlanır.
Bioloji baxımdan, qadınların ömür uzunluğu kişilərdən daha uzundur. Hormonlar, xüsusilə estrogenin qoruyucu təsiri, qadınları bəzi xəstəliklərdən qoruyur. Kişilər isə testesteronun təsiri ilə bəzi xəstəliklərə qarşı daha həssas ola bilirlər.
Əksər mütəxəssislər belə hesab edirlər ki, kişilərin qadınlardan daha az yaşaması, yalnız bioloji amillərlə izah edilə bilən bir məsələ deyil. Bu fərq sosial davranışlar, həyat tərzi, iqtisadi vəziyyət və tibbi xidmətlərə münasibət kimi bir çox kompleks faktorlardan asılıdır. Hər bir insanın sağlamlığına daha çox diqqət yetirməsi, sağlam həyat tərzini seçməsi və erkən müayinələrə müraciət etməsi bu fərqin azaldılmasına kömək edə bilər.
Bildirilir ki, bu fərqin yaranmasında bir neçə əsas amil rol oynayır:
- Kişilər arasında siqaret çəkmək, spirtli içkilərdən istifadə və qeyri-sağlam həyat tərzi daha geniş yayılıb. Tədqiqatlar göstərir ki, kişilərin spirtli içkilərdən istifadəsi, ürək-damar xəstəliklərinə və digər sağlamlıq problemlərinə səbəb olur. Eyni zamanda, kişilər qadınlara nisbətən daha çox riskli davranışlar sərgiləyir, bu da onların sağlamlığına mənfi təsir edir;
- Kişilər, xüsusilə orta yaş dövründə, ürək-damar xəstəliklərindən, xərçəngdən və digər ciddi xəstəliklərdən daha çox əziyyət çəkirlər. Üstəlik, kişilər qadınlara nisbətən xəstəliklərə qarşı daha az diqqət ayırır, tibbi nəzarətə müraciət etməkdə çətinlik çəkirlər;
- Kişilərin iqtisadi və sosial həyatda daha çox təzyiq altında olduqları müşahidə edilir. Yüksək işsizlik, iqtisadi çətinliklər və ailə dolanışığı üçün daha çox məsuliyyət daşımaq kişilərdə yüksək stressə səbəb olur. Bu da onların psixoloji və fiziki sağlamlığına mənfi təsir edir.
Murad Məmmədov
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:336
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 24 Fevral 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri