Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

Roma nın Raspadori planı

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

Azad edilmiş torpaqlarımızın dirçəlişi və Böyük Qayıdış ədalətin təntənəsinə çevriləcək

Azad edilmiş torpaqlarımızın dirçəlişi və Böyük Qayıdış ədalətin təntənəsinə çevriləcək

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


"Bayraqları bayraq yapan üstündəki qandır, Torpaq əgər uğrunda ölən varsa, Vətəndir!" misraları boşuna deyilməyib, təsadüfən yazılmayıb. Bu misralardakı böyük həqiqət qəhrəmanlarımızın yurd sevgisindən, onların Vətən uğrunda şəhadətindən doğub. 27 Sentyabr - Anım Günü də məhz bu həqiqətin təsdiqidir. Bu gün torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını fəda edərək, onu böyük Vətənə çevirən gerçək qəhrəmanlarımızın sevgi və sayğı ilə anıldığı gündür.
2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsindən (və ya İkinci Qarabağ müharibəsindən) beş il keçir. Azərbaycan xalqı şanlı Vətən müharibəsində torpaqlarımızın azad olunması uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir. 44 gün davam edən Vətən müharibəsinin gətirdiyi böyük Qələbə uzun illər ərzində yürüdülən uzaqgörən siyasətin, möhkəm təməllər üzərində qurulmuş strategiyanın, peşəkar ordu quruculuğunun və sarsılmaz iqtisadi gücün məntiqi nəticəsi idi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər sayəsində Qarabağ və Şərqi Zəngəzur torpaqları işğaldan azad edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu.
Beş il öncə bütün dünya Azərbaycan xalqının yurd sevgisinə, Azərbaycan Ordusunun döyüş gücünə və əzmkarlığına şahidlik etdi. Zaman keçdikcə bu qalibiyyət savaşının möhtəşəm nəticələri öz əhəmiyyətini daha aydın şəkildə göstərir. Bəli, 44 günlük Vətən müharibəsi və onun nəticələri obyektiv tarixi gerçəklikdir. 27 sentyabrdan başlanan böyük Zəfər yolu 8 noyabr 2020-ci ildə tarixi Qələbəmizlə və 10 noyabr Üçtərəfli Bəyanatı (Ermənistanın kapitulyasiyası) ilə yekunlaşdı. 44 gün davam edən müharibənin hər dəqiqəsi tarixə döndü, ən yeni tariximizə qızıl hərflərlə yazıldı.
Azərbaycan xalqının yaddaşına misilsiz qəhrəmanlıq və qürur günü kimi həkk olunan 27 sentyabr günü tariximizin dönüş nöqtəsidir. Məhz həmin gün başlanan 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu 30 il davam edən işğala son qoyaraq tarixi ədaləti bərpa etdi. Prezident, Ali Baş Komandan İlham Əliyev bu günü əbədiləşdirmək məqsədilə 2 dekabr 2020-ci il tarixli müvafiq Sərəncamı imzalamaqla 27 sentyabrın hər il “Anım Günü” kimi qeyd olunmasını rəsmiləşdirdi. Beləliklə, Anım Günü şəhidlərimizin müqəddəs xatirəsinə dərin ehtiramın ifadəsi olmaqla yanaşı, həm də Azərbaycan xalqının azadlıq uğrunda iradəsinin, milli birlik və həmrəyliyimizin rəsmi simvoluna çevrildi.
27 Sentyabr – Anım Günü, həmçinin gələcək nəsillərə müstəqil dövlətçilik, suverenlik uğrunda mübarizəyə və Vətənin müdafiəsinə həmişə hazır olmaq dərsidir. Bu baxımdan, Anım Günü həm də nəsillərin varisliyini ifadə edir, xalqımızın mübarizə əzmini, milli birliyini və qəhrəmanlığını təcəssüm etdirən mənəvi məktəb rolunu oynayır. 27 sentyabrdan başlayan 44 günlük yol bütövlükdə Azərbaycanın hərbi və siyasi iradəsinin, xalq-iqtidar birliyinin parlaq təzahürü oldu. Müharibə günlərində həm xalqımız, həm də siyasi qüvvələrimiz Prezident və Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək tarixi birlik nümayiş etdirdi.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız böyük əzm və iradə, dəmir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi. Həmin günlərdə biz həddindən artıq məkrli, namərd düşmənlə üz-üzə idik. İşğalçı Ermənistan rəhbərliyi 44 gün ərzində bir neçə dəfə təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə aldı, dinc şəhərlərimizi bombaladı, çox sayda müharibə cinayətləri törətdi. Lakin bütün mənfur cəhdlərinə baxmayaraq işğalçılar rəşadətli Azərbaycan Ordusunun zəfər yürüşü qarşısında tab gətirə bilmədilər. 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olundu.
27 Sentyabr – Anım Günü şəhidlərimizin mübarizə və qəhrəmanlığının rəmzidir. Həmin gün başlanan böyük mübarizə son 200 ildə davamlı olaraq haqqı tapdanan, torpaqları qəsb olunan, lakin öz haqqını qorumaq əzmindən heç vaxt dönməyən bir xalqın ədalətli mübarizəsi idi. Prezident İlham Əliyevin bugünlərdə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 80-ci sessiyasında etdiyi çıxışı zamanı vurğuladığı kimi Azərbaycan uzun illər işğal və ədalətsizlikdən əziyyət çəkdiyi, ikili standartlarla üz-üzə qaldığı halda, BMT nizamnaməsinə, müvafiq qətnamələrinə və beynəlxalq hüquq prinsiplərinə əsaslanaraq öz ərazi bütövlüyünü və suverenliyini özü bərpa etdi.
Bizim xalqımız heç zaman müharibə istəməyib. Dövlətimiz daim beynəlxalq hüququn norma və prinsiplərinə sadiq qalaraq münaqişənin sülh yolu ilə həllinə çalışıb. Ancaq xarici havadarlarının dəstəyi ilə Azərbaycan ərazilərinin 20 faizini işğal edən təcavüzkar Ermənistan rəhbərliyinin "Miatsum", "böyük Ermənistan" kimi davakar daşnak ideologiyalarına əsaslanaraq işğalçı siyasəti davam etdirməsi və davamlı təxribatlara yol verməsi bizim üçün savaşdan başqa bir yol qoymadı, müharibəni qaçılmaz etdi. Bədnam Minsk Qrupunun açıq ermənipərəst siyasət yürütməsi və beynəlxalq ictimaiyyətin ikili standartlara əsaslanan yanaşmaları tarixi ədaləti yalnız öz gücümüzlə bərpa edə biləcəyimizi göstərdi. Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, ordumuzun peşəkarlığı və xalqımızın əzmi nəticəsində Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə öz torpaq bütövlüyünü bərpa etdi.
44 günlük müharibə zamanı və ondan sonrakı günlərdə Prezident İlham Əliyev həm də diplomatik müstəvidə yorulmadan mübarizə apardı və eləcə də dünya mediası ilə sıx əməkdaşlıq quraraq Ermənistanın dezinformasiya siyasətinin qarşısını aldı, beynəlxalq ictimaiyyətin müharibə həqiqətləri ilə bağlı obyektiv məlumatlandırılmasını təmin etdi. Dünyanın aparıcı beynəlxalq təşkilatlarının tribunasından Azərbaycanın haqq səsini dünyaya çatdıran Prezident İlham Əliyev Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, BMT Baş Assambleyasında və digər nüfuzlu platformalarda etdiyi çıxışlarında Ermənistanın işğalçı siyasətini davamlı şəkildə ifşa etdi, dünya birliyini isə ədalətə və beynəlxalq hüquqa sadiq olmağa çağırdı.
2025-ci il sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında etdiyi çıxışında da Cənab Prezident, "Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı dünya quraq” çağırışı ilə bir daha beynəlxalq ictimaiyyətə müraciət etdi. Bu çağırış qalib Azərbaycan dövlətinin haqlı mövqeyinin və beynəlxalq hüquqa söykənən siyasətinin BMT-nin ali kürsüsündən ifadəsi olmaqla yanaşı, həmçinin qlobal sülhə, ədalətə, sabitlik və əməkdaşlığa dəvətin bariz nümunəsidir. Müharibə meydanında qalib olan Azərbaycan bu gün həm də sülhün və ədalətin carçısı kimi çıxış edir.
Prezident İlham Əliyevin vurğuladığı kimi indi Azərbaycan yeni bir dövrə qədəm qoyub. Biz həm müharibəni udduq, həm də sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Beləliklə, bu gün Azərbaycan BMT qətnamələrini BMT-nin heç bir dəstəyi olmadan, sırf öz hərbi gücünün sayəsində yerinə yetirən, beynəlxalq hüququn icrasını təmin edən yeganə dövlətdir. Bu isə məhz 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük İkinci Qarabağ müharibəsində qazandığımız tarixi Zəfərin nəticəsində mümkün olub.
Ali Baş Komandanımızın qətiyyətli mövqeyi və dəmir iradəsi bu qalibiyyəti bizə yaşatdı. Biz şəhidlərimizin qisasını döyüş meydanında aldıq, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik. Eyni zamanda, Cənubi Qafqazda yeni reallıqlar yaratdıq. İndi o möhtəşəm başlanğıcdan, taleyimizi dəyişən tarixi gündən – 27 sentyabr 2020-ci ildən beş il ötür. Bu Qələbəni bizə bəxş edən fədakar şəhidlərimiz, qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Şəhidlərimizin, qazilərimizin yenilməz döyüş ruhu gələcək nəsillərimiz üçün əsl qəhrəmanlıq nümunəsidir. Vətən uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyir, onların fədakarlığını dərin hörmət və ehtiramla anırıq. Biz bundan sonra daim qalib ölkə və qürurlu xalq kimi yaşayacağıq. Azad edilmiş torpaqlarımızın dirçəlişi və Böyük Qayıdış isə ədalətin təntənəsinə çevriləcək.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 27 Sentyabr 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see268

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see228

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see222

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see203

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see192

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see190

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see174

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see165

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see155

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see148

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see146

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see144

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see144

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

25 Dekabr 2025 19:17see140

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see138

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see133

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

26 Dekabr 2025 00:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri