Icma.az
close
up
RU
Deputat: “Qayıdış ədalətin bərpasıdır”

Deputat: “Qayıdış ədalətin bərpasıdır”

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Azərbaycan xalqının tarix boyu üzləşdiyi faciələrin ağır nəticələri xalqımızın yaddaşında dərin izlər buraxıb. 

Xüsusilə 30 ilə yaxın davam etmiş işğalın ağrılı mirası hələ də minlərlə ailənin taleyində, dağıdılmış torpaqlarda və itirilmiş insan həyatlarında öz izini saxlayır.

Bu reallığı nəzərə alaraq, BMT-nin İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsinin 75-ci ildönümünə həsr olunmuş yüksək səviyyəli tədbirdə Azərbaycan üç mühüm məsələ irəli sürmüşdür”.

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentinin bugünkü iclasında deputat Pərvanə Vəliyeva deyib.

Deputat qeyd edib ki, birinci məsələ münaqişə zamanı itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasıdır:

“Bu günədək 4 000-ə qədər Azərbaycan vətəndaşı itkin düşmüş hesab olunur. Onların arasında 150 nəfər Xocalı sakini də var. Bu statistika sadəcə rəqəm deyil, hər biri bir ailənin yarımçıq taleyi, bitməyən gözləntisi, sükut içində çəkilən iztirabıdır.

Ötən il itkin düşmüş şəxslərin ailələri ilk dəfə olaraq BMT-də görüşlər və aksiya keçirərək beynəlxalq ictimaiyyətə səsləndilər.

Dünya birliyi bu məsələdə daha fəal iştirak etməli, ailələrə təsəlli və hüquqi aydınlıq gətirəcək mexanizmlərin gücləndirilməsinə çalışmalıdır.

BMT-in itkinlər üzrə xüsusi məruzəçisinin təmin edilməsi üzrə müraciət isə hələ də icra olunmur.İkinci məsələ, azad edilmiş ərazilərin minalardan təmizlənməsi və mina qurbanlarının reabilitasiyasıdır. Müharibə bitsə də, minalarla zəhərlənmiş torpaqlarda səssiz ölüm can almağa davam edir. Bu, insanların öz torpaqlarına təhlükəsiz qayıdışı və dayanıqlı inkişaf üçün əsas şərtdir.

Üçüncü məsələ, məcburi köçkünlərin öz ata-baba torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmin edilməsidir. Bu proses yalnız fiziki köç deyil, həm də ədalətin bərpası və insan hüquqlarının təmin olunması deməkdir.

Eyni zamanda, bu çərçivədə etnik təmizləməyə məruz qalmış azərbaycanlıların Qərbi Azərbaycana sülh yolu ilə qayıdış məsələsi də diqqət mərkəzində olmalıdır”.Deputat əlavə edib ki, Xocalı memorial kompleksi soyqırım qurbanlarının əziz xatirəsini əbədiləşdirdi:

“İtkin düşmüş şəxslərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə də xüsusi bir abidənin ucaldılması və onların xatirəsinə həsr olunmuş rəsmi anım gününün təsis edilməsi məqsədəuyğun olardı.

Bu, həm ailələrin ağrı-acısını bölüşmək, həm də gələcək nəsillərə ədalətin və humanizmin əhəmiyyətini çatdırmaq baxımından mühüm addım olar.

Davamlı sülh ərazi bütövlüyü ilə yanaşı, insan talelərinin bərpasından və müharibənin ağır nəticələrinin aradan qaldırılmasından keçir. Azərbaycan sülh gündəliyinə sadiq olaraq qalır, lakin ədalətin bərpa olunması da sülhün tərkib hissəsidir”.

Vilayət Muxtar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Fevral 2026 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see462

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see330

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see307

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see278

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see249

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see248

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see244

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see244

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see234

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see220

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see208

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see207

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see205

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see203

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see200

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see199

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see197

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see196

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see190

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri